Toyda kütləvi dava: MƏKTƏB DİREKTORU DÖYÜLDÜ
1-09-2017 09:07

Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib
Cəlilabadda toyda kütləvi dava baş verib.
Hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.
R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.