Axtarış
The search found 105779 results in 0.014 seconds.
Search results
6 GÜNƏ 23 İNTİHAR: dəhşətin qarşısı necə alına bilər?
Günümüzdə insanlar psixi sağlamlıqlarının qeydinə fiziki sağlamlıqları qədər qalmalıdır.
Bu sözləri son günlər intihar hallarının artmasının səbəblərini şərh edən psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, intiharların sayının artması təkcə Azərbaycan üçün deyil, dünya üçün aktual problemlərdəndir.Muxalifet - 31-08-2017
ABŞ İŞİD üzvlərinin təxliyə edilməsini əngəllədi
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Livan sərhədindən keçən İŞİD karvanını hava hücumları ilə vuracaqlarını bəyan edib.
Terorçuların Hizbullah və İŞİD arasında əldə edilən razılaşma əsasında Livandan Suriyanın şərq sərhədlərinə keçirilməsi nəzərdə tutlub.
Yazılı açıqlamada İŞİD-in dünyəvi terror təşkilatı olması və fəaliyyətini genişləndirmək üçün terrorçuları bir yerdən başqa yerə daşımasının həll yolu olmadığı bildirilib.Muxalifet - 31-08-2017
Azərbaycan regionda ən güclü orduya malikdir - "Global Firepower"in reytinqi
Reytinqdə Azərbaycan 58-ci, Gürcüstan 82-ci, Ermənistan 93-cü yeri tutub
Azərbaycan dünyada ən yaxşı orduların reytinqində region ölkələrini üstələyib.
Bu barədə "Report" "Global Firepower" beynəlxalq şirkətinin dərc etdiyi hesabata istinadən xəbər verir.
Reytinqdə Azərbaycan 58-ci, Gürcüstan 82-ci, Ermənistan 93-cü yeri tutub. Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü ordunun sahibidir.Muxalifet - 31-08-2017
Tərtər sakini keçmiş qaynını ölümcül bıçaqlayıb
Tərtərdə ölümə qəsd hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Tağı Mətləb oğlu Həsənov aralarında yaranmış mübahisə zəminində keçmiş qaynı, 1991-ci il təvəllüdlü Ruslan Ağalarova çoxsaylı bıçaq xəsarətləri yetirib. R. Ağalarov ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədən T. Həsənov saxlanılıb.Muxalifet - 31-08-2017
Sentyabrdan manatın məzənnəsində dəyişiklik gözlənilir...
“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”.
Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq:Muxalifet - 31-08-2017
Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır
Azərbaycan və Avropa İttifaqı "Aİ ölkələri və Azərbaycan arasında vahid aviasiya məkanı haqqında Saziş" üzrə danışıqların növbəti mərhələsini keçirmək niyyətindədirlər.
Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Bakıda keçiriləcək görüş zamanı sazişin yekun variantının razılaşdırılacağı gözlənilir.
Azərbaycan və Aİ dördillik fasilədən sonra bu sazişlə bağlı danışıqları bərpa etmək qərarına gəliblər. İyul ayında Brüsseldə tərəflər arasında danışıqlar keçirilmiş, sənədlərin böyük hissəsi razılaşdırılmışdı.Muxalifet - 31-08-2017
“Qarabağ” braziliyalı yarımmüdafiəçi ilə anlaşdı
“Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır.
Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrikenin keçidini reallaşdırmaq üzrədir. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək.
Hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, "Qarabağ" klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq.Muxalifet - 31-08-2017
Azərbaycanlı professordan İran Təhsil Nazirliyinə cavab
Meşginşəhr Azad Universitetinin keçmiş rəisi professor Bəhram Abbaszadə İranın Təhsil Nazirliyinə məktubla müraciət edib.
"GünAz TV" xəbər verir ki, məktubda Təhsil Nazirliyinin farscada qəliz ləhcəsi olanların məktəblərdə müəllim işləyə bilməyəcəkləri barədə yeni irqçi qanunları kəskin tənqid edilərək İranda 40 milyon türkün olduğu xatırladılıb.Muxalifet - 31-08-2017
4 günlük tətil başlayır - QURBAN BAYRAMI
Sabahdan Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 günlük tətil başlayır.
Ölkədə sentyabrın 1-dən 4-dək qeyri iş günüdür.
Belə ki, ayın 1-də və 2-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-dən 4-dək tətil olacaq. Sentyabrın 5-i isə iş günüdür.Muxalifet - 31-08-2017
İzmirdə həbsxana avtobusunu partlatdılar — FOTO
İzmirdə həbsxananın servis avtobusuna bomba ilə hücum ediblər.
Buca rayonunda həbsxananın işçilərini daşıyan avtobus hərəkət edərkən yolun kənarındakı zibil qabına yerləşdirilən bomba partlayıb. Nəticədə 8 nəfər xəsarət alıb.Muxalifet - 31-08-2017
Milli Məclisdən kanadalı deputatların Qarabağa qanunsuz səfərinə ETİRAZ
Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov erməni kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bəyanat verib.
Bəyanatda F.Muradov bildirir ki, bəzi erməni kütləvi informasiya vasitələrində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Ermənistanda səfərdə olması və Dağlıq Qarabağa gedəcəkləri ilə bağlı məlumat yayılıb:Muxalifet - 31-08-2017
İngiltərəli imam: "Həcc zəngin müsəlmanların dəbdəbəli tətil əyləncəsinə çevrilir…"
"The İndependent" İngiltərənin Leeds şəhərindəki Məkkə Məscidinin imamı Qari Asimin Həcc ziyarəti haqqında məqaləsini dərc edib.
İmam yazır ki, bu həftə müsəlman zəvvarlar 5 gün davam edəcək Həcc ziyarətinə başlayırlar.
Həcc dünyanın ən böyük insan toplantısıdır.
Həccə gələnlərin sayı 1930-cu illərdəki 30 min nəfərdən indi 2 milyona çatıb.
"Bu həftə müsəlmanlar Səudiyyə Ərəbistanındakı Məkkə şəhərinə - peyğəmbərin doğulduğu yerə səfər edəcəklər ki, Allahı həyatlarının mərkəzinə gətirsinlər", imam yazır.Muxalifet - 31-08-2017
Ərdoğan gələn seçkidən niyə narahatdır?
Bu ay Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yaradılış günü təntənə ilə qeyd olunur
"Financial Times" qəzetinin Ankara müxbiri Laura Pitel yazır ki, bu ay Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının yaradılış günü təntənə ilə qeyd olunur.
Bununla əlaqədar avtobus dayanacaqlarında və iri lövhələrdə partiyanın lideri Rəcəb Tayyib Ərdoğanın portretlərini görmək olar…Bir də bu lövhələrdə "AK sevgisinin 16 yaşı var" sözləri yazılıb.Muxalifet - 31-08-2017
İlk dünya çempionumuz qəzəbləndi: “Mən o oteldə olmamışam”
Türkiyədə oteldən qovulan idmançıların sırasında nahaq yerə adımın çəkilməsi ilə bağlı yazılı şəkildə aidiyyəti qurumlara müraciət etmişəm. Sonradan mənim etirazım nəzərə alındı və bütün o yayılan məlumatlar təkzib olundu. Adım da dərhal həmin siyahıdan çıxarıldı və haqq-ədalət öz yerini az da olsa tapdı.
Muxalifet - 31-08-2017
Türkiyədə dövlət çevrilişinə dəstək verən “muzdlu qatil”dən YENİ PLAN
Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlan Yaxın Şərqi qarışdırmaq üçün yeni planlarını tətbiq edir.
Türkiyənin “Yeni Şəfəq” nəşri xəbər verir ki, Dahlanın nəzarətində işləyən Suriya Milli Müxalif və İnqilabçı Qüvvələr Koalisiyasının keçmiş rəhbəri Əhməd Carba müxtəlif tayfalardan topladığı 3 min ərəb döyüşçünü ABŞ-PYD ittifaqına verib.
Carbanın Hasekedə qərargah qurduğu və İdlibə hücuma hazırlaşdığı bildirilir.Muxalifet - 31-08-2017
Rus ordusu 2008-də niyə Tiflisə girmədi? – Saakaşvilinin naziri açıqladı
Rusiya Gürcüstana qarşı ən yeni təsir rıçaqlarından istifadə edir.
Bunu “Qordon” saytına müsahibəsində Gürcüstanın keçmiş təhsil naziri Dmitri Şaşkin söyləyib.Muxalifet - 31-08-2017
"İnterpol" daha bir azərbaycanlını axtarışa verdi
"İnterpol" daha bir azərbaycanlı barədə axtarış elan edib.
Trend-in məlumatına görə, 1995-ci il təvəllüdlü Cahangir Bəkirov xuliqanlıqda təqsirləndirilir.
Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə axtarışa verilməsi haqqında qərar qəbul edib.
Həmin qərar əsasında İnterpol C.Bəkirov barəsində beynəlxalq axtarış elan edib.Muxalifet - 31-08-2017
"Putinlə razılaşmadıq" - MAKRON ETİRAF ETDİ
Fransa və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.
Prezidentin sözlərinə görə, Fransa Rusiya ilə vətəndaş cəmiyyətləri arasında danışıqları başladıb. Paris iqlim məsələlərində Rusiya ilə həmrəydir. Suriya məsələsində də birgə irəliləyişlər müşahidə olunur. Gələcəkdə bu problemin yaxınlaşma nöqtələrini tapmağa ehtiyac var.
Qeyd edək ki, Fransa və Rusiya prezidentləri may ayında Parisdə görüşmüşdü./axar.azMuxalifet - 31-08-2017
“Moody’s” Türkiyənin iqtisadi artım proqnozunu kəskin artırıb
“Moody’s” beynəlxalq reytinq agentliyi Türkiyənin 2017-ci il üçün iqtisadi artım proqnozunu 2,6%-dən 3,7%-ə yüksəldib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə “Moody’s” agentliyinin icmal proqnozunda bildirilib. Hesabatda həmçinin qeyd olunub ki, Türkiyə iqtisadiyyatının 2018-ci ildə 2,9% deyil, 3,2% artacağı proqnozlaşdırılır.Muxalifet - 31-08-2017
“ “Fərat qalxanı” əməliyyatı Türkiyənin gücünü nümayiş etdirdi” – ƏRDOĞAN
Türkiyə Silahlı Qüvvələrinin Suriyada terrorçulara qarşı uğurla apardığı “Fərat qalxanı” əməliyyatı Ankaranın gücünü nümayiş etdirdi.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, zərurət yaranacağı təqdirdə Türkiyə oxşar əməliyyatı davam etdirə bilər.
Dövlət başçısı əlavə edib ki, Türkiyə Suriyada hadisələrin istənilən formada inkişafına hazırdır.Muxalifet - 31-08-2017