Ağ Ev Konqresdən maliyyə yardımı istəyir - 125 MİLYARD DOLLAR...

Ağ Ev Konqresdən Harvey fırtınasından zərər çəkənlərə yardım üçün fövqəladə maliyyələşdirmə istəyəcək.
Texas qubernatoru Greg Abbott daha əvvəl deyib ki, bərpa üçün ştata federal dövlətdən 125 milyard dollardan çox vəsait lazım ola bilər.
Tufan nəticəsində azı 39 nəfər dünyasını dəyişib.
Vitse-prezident Mike Pence Texas ştatına səfəri zamanı "Amerika xalqı sizinlədir," deyib.
"Biz bu şəhər və bu ştat və bu region əvvəlkindən daha yaxşı bərpa edilənə qədər hər gün burada olacağıq," cənab Pence bildirib.
Prezident Trampın ilkin yardım olaraq 5.9 milyard dollar təklif təqdim edəcəyi gözlənilir, - Associated Press yazır.
Cənab Pence deyib ki, 311 min insan təbii fəlakət yardımı üçün qeydiyyatdan keçib və konqresin qərarına ümid edir.
Vəsaitin zərərçəkənlərə nə qədər tez çata biləcəyi hələ aydın deyil.
Ağ Ev həmçinin bildirib ki, prezident Trump təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün öz pulundan 1 milyon dollar bağışlayacaq.
Təbii fəlakətə görə, 779 min texaslı təxliyyə edilmək üçün göstəriş verilib. Daha 980 min nəfər könüllü şəkildə öz evlərini tərk edib, Reuters xəbər agentliyi bildirir.
ABŞ-ın Federal Fövqəladə Hallar Agentliyi bildirib ki, onun komandası 3,800-dən çox insan xilas edib və artıq 90 mindən çox insan təbii fəlakət yardımı üçün təsdiqlənib.
Prezident Trump və həyat yoldaşı Melania-nın şənbə günü Texas ştatına qayıdacağı gözlənilir.
Prezident həftənin əvvəlində daşqından zərər çəkən ştatı ziyarət edib(bbc).