Axtarış
The search found 105779 results in 0.025 seconds.
Search results
Xalq artisti Rafiq Hüseynov reanimasiyaya yerləşdirildi
"Rafiq müəllim, o qədər də yaxşı deyil. Hal-hazırda reanimassiyadadır”.
Bunu Modern.az-a bir neçə gün bundan əvvəl Türkiyədə yenidən əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib.
Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyat da bağırsağında aparılıb.
S. Hüseynova Xalq artistinin səhhətinin əməliyyatdan bir gün sonra pisləşdiyini bildirib:Muxalifet - 31-08-2017
Keçmiş məhkum 2 nəfəri bıçaqladı - ŞİRVANDA
Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də Şirvan şəhərinin Xəqani küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.Muxalifet - 31-08-2017
Cənubi Koreyadan ŞOK AÇIQLAMA — Kim Çen İni öldürmək üçün qrup hazırlanır
Seul hökuməti yeni bir qrup hazırladığını bəyan edib.
Məqsəd Şimali Koreyanın hücumuna sürətli şəkildə cavab verə bilmək üçün Kim Çen İni və yaxın müşavilərini öldürməkdir.
Şimali Koreya və ABŞ-ın həyata keçirdiyi nüvə sınaqlarından sonra Koreya yarımadasında gərginlik daha da artıb. Cənubi Koreya Kim Çen İnə sui-qəsd təşkil etmək üçün yeni bir dəstə hazırlayır.
Bu barədə məlumat Cənubi Koreya mətbuatına hökumətdəki mənbələrdən daxil olub. Hazırlanan dəstə müharibə olacağı təqdirdə Kim Çen İni və yaxın müşavirlərini qətlə yetirəcək.Muxalifet - 31-08-2017
Bakıda villaya soxulub “Galendevagen”in təkərlərini deşdilər
Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.
Muxalifet - 31-08-2017
“Qarabağ”ın yeni hədəfi: İran millisinin hücumçusu
“Transfer pəncərəsi”nin son günündə fəallığını artıran “Qarabağ” hücum xəttini gücləndirməkdə israrlıdı.
Ağdam təmsilçisi bu ölkədə çıxış edən daha bir oyunçunun keçidini həll etmək niyyətindədi.
PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürməyə hazırlaşan Azərbaycan çempionu “Olimpiakos”un hücumçusu Kərim Ansarifard üçün də qarşı tərəflə danışıqlar aparır.Muxalifet - 31-08-2017
Ermənistanda hərbçiyə səhv qan köçürdülər - 5 gün sonra öldü
Ermənistanın Vayk şəhərində müqaviləli hərbçi, Cermuk sakini Vahe Markaryan dünyasını dəyişib. Məlumata görə, erməni hərbçi xidmətdən sonra fərdi təsərrüaftla məşğul olarkən traktorun altında qalıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qonşunun azyaşlı uşağı yaxınlıqdakı traktorun sükanı arxasında oturub və onu Vehe istiqamətinə sürüb. Sıxılmış vəziyyətdə qalan Vahenin ayağı zədələnib və bağırsağı partlayıb.
Nəticədə erməni hərbçi çoxlu qan itib. Bir neçə xəstəxanaya aparılan Vahe 5 gün sonra Muratsan klinikasında ölüb.Muxalifet - 31-08-2017
İrəvanda etiraz aksiyası: "Bura yaşanılası ölkə deyil" (VİDEO)
Ermənistanda hökümət binasının qarşısına toplaşan "Nairit" zavodunun keçmiş işçiləri yenidən etiraz aksiyası keçirir.
Erməni KİV-lərin verdiyi xəbərə görə, onlar hakimiyyətin laqeydliyindən şikayətçidirlər.
Aksiya iştirakçıları: "Artıq üç ildir ki, mübarizə aparırıq, lakin bir nəticə əldə edə bilməmişik. Bir xalq sözü var: Divardan asılan silah bir gün atəş açar. Doğru deyirlər, Ermənistan yaşanılası ölkə deyil, bura ölüm yeridir"
Etirazçılar bildiriblər ki, zavodda yanğın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib./azvisionMuxalifet - 31-08-2017
“Amnesty International” Mehman Əliyevə görə prezidentə məktub göndərdi
Amnesty International prezident İlham Əliyevə elektron məktub göndərərək Mehman Əliyevin azadlığa buraxılmasına çağırıb
Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı müstəqil Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.
Bəyanatda deyilir ki, M.Əliyev avqustun 24-də tənqidi yazılarına cavab olaraq vergidən yayınma və digər cinayətlərdə ittiham olunaraq özbaşına saxlanmaya məruz qalıb. Ona qarşı da son illər Azərbaycanda hökuməti tənqid edənləri susdurmaq üçün istifadə edilən ittihamlardan istifadə olunub.Muxalifet - 31-08-2017
Məhkəmə Mehman Əliyevin 48 saatlıq saxlanılmasına dair şikayətini təmin etməyib
Cümə axşamı günü Yasamal Rayon Məhkəməsi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən əvvəl, 48 saatlıq tutulmasına qarşı şikayətini təmin etməyib.
Turan agentliyinin direktorunun vəkili Fariz Namazlı BBC-yə bildirib ki, məhkəmənin bu qərarı barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Onun sözlərinə görə, Mehman Əliyevin ilk dəfə avqustun 24-ü şübhəli qismində tutulması "qanunsuz" olub.
Mehman Əliyev səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə təqsirləndirilir.Muxalifet - 31-08-2017
Polat Aləmdar “Kurtlar Vadisi” üçün qurban kəsdi – FOTO
Necati Şaşmaz “Kurtlar Vadisi:Vatan”nın başlaması münasibəti ilə qurban kəsib.
“Milliyet” xəbər verir ki, aktyor Azərbaycanda da maraqla izlənən ekran işi üçün Antalyanın Korkuteli rayonunda qurban kəsib. O, kəsdiyi qurbanları “15 İyul şəhidlərinin ruhuna” deyərək yerli əhaliyə paylayıb.
Film 29 sentyabrda kinoteatrlarda nümayiş olacaq.Muxalifet - 31-08-2017
Donbas separatçısı: Rusiya bizi satdı, Ukraynaya birləşək
Donbas Ukraynanın nəzarətinə qayıdacaq.
Bu sözləri qondarma Donetsk Xalq Respublikasının “mərkəzi seçki komitəsi”nin keçmiş sədri Roman Lyaqin öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, Rusiya Donbas separatçılarını satıb:Muxalifet - 31-08-2017
İndi də Oğuzda meşə yanır
Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub və yanğınsöndürmə işlərinə başlanıb.
Əlavə məlumat veriləcək.Muxalifet - 31-08-2017
Şəkidə 33 yaşlı qadını maşın vurub: Sürücü qaçıb
Zərərçəkən qadının vəziyyətinin ağır olduğu bildirilir
Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 33 yaşlı Natavan Osmanova yolu keçmək istəyərkən, naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.Muxalifet - 31-08-2017
İngiltərədə yaşayan azərbaycanlı şair: ""Qarabağ"a dəstək üçün stadionda olacağıq"
“Qarabağ”ın Çempionlar Liqasında oyunu həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən böyük önəm daşıyır.
Bu sözləri İngilərənin Southampton şəhərində yaşayan azərbaycanlı şair Rauf Muradov bildirib.
“Bu, həm də dünya ictimaiyyətinin diqqətini işğal olunmuş ərazilərə yönəltmək deməkdir. Yəni, Ağdamın və digər ərazilərimizin işğal altında olmasını hər dəfə vurğulamaq lazımdır. Həmin günü dostlarımla birgə komandamıza dəstək verəcəyik",-deyə R.Muradov vurğulayıb.Muxalifet - 31-08-2017
Erməni politoloqdan ETİRAF: “Qarabağ problemi Ermənistana faciə yaşadır”
“Son 25 ildə Qarabağ münaqişəsinin həllində heç bir müsbət dəyişiklik və irəliləyiş olmayıb".
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə politoloq Ayk Martirosyan keçirdiyi mətbuat konfransında deyib.
O, Qarabağ münaqişəsini erməni xalqının ən böyük faciəsi adlandırıb.Muxalifet - 31-08-2017
Dilqəm Əsgərovun oğluna Şengen vizası verildi
2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova Şengen vizası verilib.
Modern.az saytının məlumatına görə, Xarici İşlər Nazirliyinin yardımı ilə vizanın alınmasında məqsəd Kürdoğlu Əsgərovun ATƏT-in Varşava Sammitində iştirakını təmin etməkdir.
Kürdoğlu hüquq müdafiəçisi Əhməd Şahidovla birgə Varşavaya yola düşəcək. ATƏT Sammitində azərbaycanlı girovlar barədə həqiqətlərin Kürdoğlunun dilindən səsləndiriləcəyi gözlənilir.Muxalifet - 31-08-2017
Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib
Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətə baxılıb.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ə.Muxtarlının şikayətini təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.Muxalifet - 31-08-2017
VASİF TALIBOV KİÇİK OĞLUNA TOY EDİR - Mərasim Bakıda təşkil olunur
Sentyabrın 15-də Bakıdakı “Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.
Bu barədə “AzPolitika”ya məlumatlı mənbələr bildirib.
Cənab Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in Daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.Muxalifet - 31-08-2017
Kriminal jarqonla danışan məktəb direktoruna məxsus MALİKANƏLƏR
Bakının Sabunçu rayonunun 187 saylı orta məktəbinin direktoru, məktəbdə müəllimlərdən haqq yığılması haqda sual verən jurnalisti telefonda hədələyən və bu zaman kriminal jarqonlardan gen-bol istifadə edən Nailə Məmmədovaya məxsus olduğu iddia edilən malikanələrinin fotolarını dərc ediblər.
Muxalifet - 31-08-2017
“Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi
“Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixləri arasında Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildi.
Muxalifet2 - 31-08-2017