Axtarış
The search found 105779 results in 0.03 seconds.
Search results
Ruslara işləyən alman siyasətçilərinin Qarabağ səfəri ətrafında qalmaqal
Almaniyada radikal sağçı mövqeyə malik “Almaniya üçün alternativ” (AfD) partiyasından olan iki deputatın Azərbaycanın işğal altındakı ərazilərinə bu ilin fevralında etdiyi səfərə görə cinayət işi qaldırılıb.
Virtualaz.org xəbər verir ki, bunu Azərbaycanın Berlindəki səfirliyinin mətbuat katibi Vüqar Qafarov “Schweriner Volkszeitung” qəzetinin əməkdaşına bildirib.Muxalifet - 31-08-2017
İsti və külək Oğuzdakı yanğının söndürülməsinə mane olur
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş verən yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.Muxalifet - 31-08-2017
Hakim vəkildən şikayət edib
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Hakim vəkilin özünə də müvafiq məktub göndərib.
“Məktubda bildirilir ki, guya, vəkil müdafiə hüququnun pozuntusu görüntüsü yaratmaqla prosesin gedişatına mane olmağa cəhd edib”, – E.Sadıqov bildirib.
Əslində vəkilin və müttəhimin hüquqları pozulub. Qanunvericiliyin tələblərinə zidd olaraq hazırlıq iclası vəkilin iştirakı olmadan keçirilib.Muxalifet - 31-08-2017
“Nazirlərin növbəti görüşü barədə məlumatımız yoxdur” - Zaxarova
Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib.
APA xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin bu barədə sualını cavablandırıb. O bildirib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.Muxalifet2 - 31-08-2017
Qurbanlıq bazarında qiymətlər: SATICILAR YALAN DANIŞIR
Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq var.
Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Muxalifet.az azvision.az-a istinadən bildirir ki, əməkdaşlar paytaxtda təşkil olunan qurbanlıq heyvanların satış məntəqəsinə baş çəkərək qiymətlərlə maraqlanıb.Muxalifet2 - 31-08-2017
Prokuror 16 il iş istədi, hakim 5 il verdi - MƏHKƏMƏDƏ QƏRİBƏ HADİSƏ
Adam öldürməyə cəhddə təqsirləndirilən Vəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Vəli Əhmədovun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 5 il müddətinə azadlıqdan məhrum olunub.Muxalifet2 - 31-08-2017
Vəkillər Mehman Əliyevin işi üzrə Yasamal məhkəməsinin qərarından şikayət verəcək
Müdafiə tərəfi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanılması ilə bağlı şikayəti təmin etməyən Yasamal rayon məhkəməsinin bugünki qərarından apellyasiya şikayəti verəcək. Bu barədə vəkil Fuad Ağayev bildirib.
Şikayət Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidari Araşdırılması Departamentinin müstəntiqi Vüsal İbadovun M.Əliyevin saxlanması haqqında qərarından verilmişdi.Muxalifet - 31-08-2017
"Mehman Əliyevə qarşı ittihamlar quramadır" – Müdafiə Komitəsi
Avqustun 31-də "Siyasi Məhbuslarsız Azərbaycan" qurumunun təşkilatçılığı ilə "Mehman Əliyevə Azadlıq Komitəsi"nin toplantısı keçirilib.
Natiqlər "Turan" İnformasiya Agentliyinin baş direktoru M.Əliyevin həbsinin səbəbləri, bu həbsin nə dərəcədə qanuna uyğun olmasını və müdafiə üsullarını müzakirə ediblər.
M.Əliyevin həbsinə səbəb olan Vergilər Nazirlyinin vergidən yayınma ilə bağlı sənədlərini təhlil edən iqtisadçı Qubad İbadoğlu bu həbsi əsassız adlandırıb.Muxalifet - 31-08-2017
Şəmkirdə qatarın vurduğu qadınla bağlı - TƏFƏRRÜAT
Şəmkir rayonunda qatarın qadını vurması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Muxalifet - 31-08-2017
Bu gün Kəbənin örtüyü dəyişdirilib
Örtüyün hazırlanmasında 700 kq saf ipək, 120 kq gümüş və qızıldan istifadə olunub
Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü (Kisve-i Şərif) dəyişdirilib.
Türkiyə KİV xəbər verir ki, bu örtük Məkkədə 150 nəfər tərəfindən on ay ərzində toxunub.Muxalifet - 31-08-2017
Kardaşyan da Trampa qarşı çıxdı: "Mənim qızım ondan daha yaxşı prezident olar"
Nadir hallarda siyasətdən danışan erməni pornoulduz Kim Kardaşyan növbəti müsahibələrinin birində ABŞ prezidenti Donald Trampı aşağılayıb.
Muxalifet.az bildirir ki, musavat.com bununla bağlı erməni mediasına istinadən məlumat verir.
“Bu, sirr deyil ki, mən hazırkı prezidentdən razı deyiləm. İstənilən başqa adam daha yaxşı prezident ola bilərdi, nəinki o. Mənim dörd yaşlı qızım daha yaxşı işlər görərdi, daha yaxşı prezident olardı, nəinki o” - deyə, 37 yaşlı gözəlçə iddialı danışıb.Muxalifet2 - 31-08-2017
Həbsxanaya saatin içində heroin keçirmək istədi: TUTULDU
Saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Muxalifet - 31-08-2017
MEHMAN ƏLİYEV... - Şərhsiz
Deməyə sözüm var...
Muxalifet - 31-08-2017
"Qazprom" "Türk axını" kəmərinin 220 km-ni inşa edib
Rusiyanın quru hissəsində iki mikrotunelin qazılması və boruların daşınması başa çatıb
Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin dəniz hissəsinin 220 km-ni inşa edib.
TASS agentliyi xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller bildirib.
O qeyd edib ki, Rusiyanın quru hissəsində iki mikrotunelin qazılması və boruların daşınması başa çatıb.
Qeyd edək ki, “Qazprom” bu il mayın 7-də “Türk axını” kəmərinin Qara dəniz sahilində dəniz hissəsinin inşasına başlayıb.Muxalifet - 31-08-2017
ABŞ Koreya yarımadası üzərində bombardmançı təyyarələr, F-35-lər uçurdu
ABŞ-a məxsus F-35B qırıcıları və Cənubi Koreya hava qüvvələrinin F-15K təyyarələri birgə hərbi manevrdə. 31 avqust, 2017.
ABŞ və onun müttəfiqləri Şimali Koreyanın raket sınağına hərbi təlimlərin gücləndirilməsi ilə cavab verirlər.
Muxalifet - 31-08-2017
“Turan” agentliyi sabahdan fəaliyyətini dayandıracaq
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətini qeyri-müəyyən vaxta kimi dayandırmaq məcburiyyətindədir.
Kollektiv “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin avqustun 24-də şübhəli şəxs qismində tutulması haqda müstəntiqin qərarından verilmiş apelyasiya şikayətinin dünən rədd edilməsindən sonra belə qərara gəlib.Muxalifet - 31-08-2017
RATİ Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırıb
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Bakı Apellyasiya Məhkəməsinin veteran jurnalist Mehman Əliyevin həbsdə saxlanılmasına dair dünənki qərarını pisləyir. RATİ Avropa İttifaqı, Avropa Şurası, Amerika Birləşmiş Ştatları və Kanadanı fundamental insan hüquqlarına qarşı hörmətsizliyin bütün mümkün hədlərini aşmış Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Muxalifet - 31-08-2017
Bakıda iki sərnişin avtobusu toqquşub, 11 nəfər xəsarət alıb
Yaralılardan ikisinin vəziyyəti ağırdır
Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.
Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir./reportMuxalifet - 31-08-2017
Şahdağ Milli Parkında yanğın başlayıb
Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.Muxalifet - 31-08-2017
Qubada 2 avtomobil toqquşub: ölən var
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Quba-Xaçmaz avtomobil yolunda minik və yük maşınlarının toqquşması nəticəsində Xaçmaz rayon Müşkür kənd sakini, 1968-ci il təvəllüdlü Əkbər Abdullayev ölüb.
Mərhumun meyiti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 31-08-2017