Axtarış
The search found 105779 results in 0.028 seconds.
Search results
Bakıda hotellərdə bütün yerlər bron edildi
Qurban bayramı günləri üçün Bakıdakı hotellərdə demək olar ki, yerlərin hamısı bron edilib.
Bunu Teleqraf.com-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Müsəlman ölkələrində Qurban bayramının fərqli müddət ərzində - 3, 7, 10 gün keçirildiyini deyən M.Ağakərimovun sözlərinə görə, bayramda Azərbaycana daha çox ərəb ölkələrindən və İrandan turistin gələcəyi gözlənilir. Eləcə də Qazaxıstan və Özbəkistandan da turistlərin gələcəyi proqnozlaşdırılır.Muxalifet - 1-09-2017
Moskvada Nadir şahın qılıncı oğurlandı
Moskvada Nadir şahın qılıncı oğurlanıb.
Rusiya polisi Dağıstandakı muzeydən oğurluq etməkdə şübhəli bilinənləri həbs edib. Oğrular muzeydən 100-dən çox əntiq əşya, o cümlədən Nadir şahın qılıncını aparıblar.
Qeyd edək ki, çox böyük tarixi əhəmiyyət daşıyan bu əntiq qılınc 1 milyon avro həcmində dəyərləndirilir.
Xatırladaq ki, oğurluq hadisəsi bu ilin iyununda olub.Muxalifet - 1-09-2017
Həcc ziyarətində heç belə edən olmamışdı - VİDEO
Bir neçə gündür ki, insanlar Həcc ziyarətinə axışır və ordan öz foto, videolarını paylaşırlar.
Lakin bir insanın ziyarətə gedərkən, ağlagəlməz, çox rahat və müasir üsula əl atması maraq doğurub.
Məkkəyə Həcc ziyarətinə gedən bir insanın maraqlı ziyarətini görüntülü şəkildə təqdim edirik:Muxalifet - 1-09-2017
"Trampın sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək" – KQB generalı
ABŞ Prezidenti Donald Trampın təsdiqlədiyi sanksiyalar artıq Rusiyaya təsir etməyə başlayıb.
Muxalifet.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında siyasətçi Yevgeni Marçuk söyləyib. O, bu sanksiyaların, tezliklə, Rusiya üçün yeni “sürpriz”lər yaradacağını bildirib:
“Bu qərar qlobal dünya siyasətində böyük dönüşdür. ABŞ bunun sayəsində Rusiyanı özünün qara siyahısında olan İran və Şimali Koreya ilə eyni mövqeyə qoyur. Artıq Amerika özünün rəsmi düşmənlərini üçə çatdırdı.Muxalifet - 1-09-2017
31 yaşlı qadın özünü asdı - SALYANDA
İntiharın səbəbi hələlik məlum deyil
Salyanda intihar hadisəsi baş verib.
Hadisə rayonun mərkəzindən 40 kilometr aralıda yerləşən Xıdırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 31 yaşlı Kamalə İkram qızı Göyüşova yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-09-2017
Qəbələdə yanğın davam edir – BÜTÜN QÜVVƏLƏR SƏFƏRBƏR OLUNUB
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ dağlarında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN xəbər verir ki, rayonun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb və söndürmə işlərinə başlanıb.
Əlavə məlumat veriləcək.Muxalifet - 1-09-2017
“Amerika PKK-nı qoruyan bir ölkə səviyyəsinə düşüb” - ƏRDOĞAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirib.
Muxalifet - 1-09-2017
Hökumət qüvvələri ilə qarşıdurmada 400-ə yaxın insan öldü - MYANMADA
Myanma ordusu bir həftə əvvəl hökumət qüvvələri ilə rohincə müsəlmanları arasında başlayan qarşıdurmalar zamanı təqribən 400 insanın öldüyünü bildirib.
“RİA "Novosti" xəbər verir ki, tərəflər arasında silahlı toqquşma indiyədək davam edir.
Bundan əvvəl 100 nəfərin öldüyü bildirilirdi.
Myanma ordusunun bəyanatında deyilir ki, avqustun 25-dən indiyədək 90 silahlı toqquşma baş verib. Bunun nəticəsində 370 qiyamçı məhv edilib.
Hökumət qüvvələri arasında itkilərin sayı 15 nəfərdir.Muxalifet2 - 1-09-2017
Süni qiymət artımına qarşı əlavə tədbirlərə başlanıldı – ƏT KƏSİMİ SAHƏSİNDƏ
Kənd Təsərrüfatı Nazirliyi gələcəkdə ət kəsimi və satışı sahəsində süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
"Gələcəkdə məqsədimiz ondan ibarətdir ki, həm bu tədbiri, həm məntəqələrin sayını, həm də heyvanların sayını artıraq ki, Bakıda bazara intervensiya edərək süni qiymət artımının qarşısı alınsın və əhali ucuz və keyfiyyətli heyvanlarla təmin olunsun", - deyə nazir müavini bildirib.Muxalifet2 - 1-09-2017
RUSİYANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZ PLANI
Siyasi hakimiyyətə və orduya nəzarət edən Kreml ölkəmizi özünün müstəmləkəsinə çevrimək istəyir
Muxalifet2 - 1-09-2017
MİKAYIL CABBAROVA SƏRT TƏPKİ - “Bu, Azərbaycanın milli ideallarına sayğısızlıq və milləti fəlakətə aparmaqdır”
Mehriban Vəzir: “Nə qədər çabalasalar da, Azərbaycanın gələcəyi rus dili ilə bağlı deyil”
Sabir Rüstəmxanlı: “Təhsil nazirimiz və başda oturanlar bu siyasəti bizə izah etsinlər”
“Rus dili ana ilə balanın ünsiyyətinə soxulur”
Muxalifet2 - 1-09-2017
Şəmkirdə qız üstündə qanlı olay – OĞLANI DÖYÜB KOR ETDİLƏR
Şəmkirin Qaracəmli kəndində sevgilisinə görə başqa şəxs tərəfindən döyülən gənc kor olub.
Muxalifet2 - 1-09-2017
Toyda əri ilə dalaşan qadının dəhşətli sonu – ÖZÜNÜ ASDI
Dünən Salyan rayonunun Xıdırlı kəndində 31 yaşlı qadının özünü asaraq intihar etməsi hadisəsinin təfərrüatı məlum olub.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, anasının evinin hamam otağında özünü asaraq həyatına son qoyan Göyüşova Kəmalə İkram qızı ailəli olub və 5 yaşlı qızı varmış.
Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl Kəmalə Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.Muxalifet2 - 1-09-2017
"Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir" - MARQVELAŞVİLİ
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
APA xəbər verir ki, dövlət başçısı müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.
“Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Bizim əcdadlarımız ölkəmizi birlikdə qurublar və tarix yaradıblar. Sizi və ailələrinizi Qurban bayramı münasibətilə təbrik edərək uğurlar və firavanlıq diləyirəm”, - deyə G. Marqvelaşvili təbrikində qeyd edib.Muxalifet2 - 1-09-2017
“TURAN” Agentliyi fəaliyyətini dayandırdı – KOLLEKTİVİN BƏYANATI
Bu gündən etibarən “TURAN” Agentliyi fəaliyyətini qeyri-müəyyən zamana qədər dayandırdı. Bu barədə Agentliyin kollektivi Bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda bildirilir:
““Turan” agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.
Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.Muxalifet2 - 1-09-2017
Tiflisdə də yanğın başladı - MTATSMİNDA DAĞINDA
Gürcüstanın paytaxtı Tiflis şəhərində, Mtatsminda dağındakı meşə ərazisində yanğın başlayıb.
APA-nin yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə helikopter cəlb olunub. Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, avqustun 8-də gecə saatlarında adıçəkilən dağda güclü yanğın baş vermişdi.Muxalifet2 - 1-09-2017
LAVROV QƏRBİ İTTİHAM ETDİ – “...Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı”
“Rusiya NATO ilə münasibətlərin istənilən inkişafında öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qadirdir”.
Muxalifet2 - 1-09-2017
Dağlıq Qarabağda erməni əsgəri ölüb
Bu gün Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda erməni əsgəri ölüb.
“news.am” saytının verdiyi xəbərə görə, hadisə saat 11:50-də Dağlıq Qarabağın şərqində baş verib.
Mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparır.Muxalifet - 1-09-2017
Sarkisyan Azərbaycanda yol açılışına qatılıb
Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər.
“news.am” saytının verdiyi xəbərə görə, yol “Hayastan” erməni fondu tərəfindən 2013-2014-cü illərdə keçirilən telemarafonlar vasitəsilə toplanan vəsait hesabına inşa olunub. S. Sarkisyan və B. Saakyan daha sonra Dadivank kilsəsində olublar və şam yandırıblar. Onlar Əsgəranda açılmış şərab zavoduna da baş çəkiblər.Muxalifet - 1-09-2017
“Əsədlə sülh inşa edə bilmərik” - Fransa XİN rəhbəri
Fransa hökumətindən Suriya probleminin həlli ilə bağlı növbəti açıqlama verilib.
Fransanın xarici işlər naziri Jan İv Le Drian prezident Emmanuel Makrondan fərqli mövqe ortaya qoyub. RTL radiosuna müsahibə verən nazir Suriyada Bəşər Əsədlə sülh qurulmasının mümkün olmadığını bildirib: “Əsədlə sülh inşa edə bilmərik. Bu, çözüm olmaz. Çözüm yeni bir Konstitusiyanın qəbulu və seçkilərin keçirilməsi üçün təqvim tərtib etməkdir. Bu keçid Əsədlə ola bilməz”.Muxalifet - 1-09-2017