Axtarış
The search found 105785 results in 0.061 seconds.
Search results
Sevil Əliyeva Vaqif Mustafayevin işdən niyə çıxarıldığını açıqladı
Ötən gün Azərbaycan KİV-i 2006-cı ildən Space telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.
Virtualaz.org telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.
Muxalifet2 - 6-02-2021
Fransada yaşayış binasında partlayış: 3 nəfər yaralanıb, 2-si itkin düşüb
Fransanın Bordo şəhərinin mərkəzində yerləşən yaşayış binalarından birində partlayış olub.
“Report” xəbər verir ki, məlumatı BFMTV yayıb.
Hadisə nəticəsində nəticəsində 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb. Partlayışın dalğasından ətraf binaların pəncərələrinin şüşələri də sınıb.
Partlayışın səbəbi, dağıntılar və itkilər barədə hələlik məlumat yayılmayıb.
Muxalifet2 - 6-02-2021
ALMANİYA SEL SULARINA QƏRQ OLDU
Almaniyada Rayn və Mozel çaylarının daşması səbəbindən bir çox şəhər və kəndləri su basıb.
Belə ki, daşqından ən çox zərər çəkən şəhər və kəndlər Rayn çayı sahillərundə yerləşən Koblenz şəhəri, Neuwied, Braubach və Andernachdır.
Bəzi yerlərə suyun səviyyəsi 7,22 metrə qədər yüksəlib. Suyun daşması səbəbindən bir neçə magistral əhəmiyyəli yollar bağlanıb.Muxalifet2 - 6-02-2021
Bakıda şirkət əməkdaşı intihar etdi
Paytaxtın Səbail rayonunda intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Ağdam rayon sakini, 44 yaşlı Razi Allahverdiyev özünü asaraq intihar edib.
O, Bakıdakı şirkətlərdən birində elektrik vəzifəsində çalıırmış.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 6-02-2021
Space TV-nin yeni rəhbərinin adı bəlli oldu – TELEKANALIN İDARƏÇİLİYİ TURAN İBRAHİMOVA HƏVALƏ EDİLDİ
İki gün öncə yerli mediada Space TV-nin rəhbəri Vaqif Mustafayevin istefa verməsi barədə xəbərlər yayıldı. Bu gün səhər saatlarında isə V. Mustafayevin istefa vermədiyi, vəzifədən qovulduğu bəlli oldu.
Muxalifet2 - 6-02-2021
Azərbaycanda daha 115 nəfər koronavirusa yoluxdu - 3 NƏFƏR ÖLDÜ
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.
Muxalifet2 - 6-02-2021
İŞİD-in valyuta ehtiyatları...
İraq və Suriyada mövcudluğunu davam etdirən terror təşkilatı İŞİD-in 100 milyon dollar valyuta ehtiyatı olduğu təxmin edilir.
Virtualaz.org bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İŞİD və Əl-Qaidə ilə bağlı hesabatında belə deyilir.
Sənədə əsasən, İraq və Suriyada terror təşkilatının təxminən 10 min aktiv döyüşçüsü var. Onlar əsasən qəsd, təzyiq və adam qaçırma qarşılığında pul tələb etmə yolu ilə gəlir əldə edirlər. Bundan başqa, terror təşkilatı xaricdən qeyri-rəsmi maliyyə şəbəkələri vasitəsi ilə də pul vəsaitləri toplayır.
Muxalifet2 - 6-02-2021
İRƏVANDAN GƏLƏN FRANSALI JURNALİST LAÇINDAN GERİ QAYTARILIB - “İcazəni Azərbaycandan alın!”
“Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib”. Bu sözləri öz “Telegram” hesabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb.
Onlar rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və haraya getdiklərini soruşublar.
Muxalifet2 - 6-02-2021
Azərbaycan diasporunun Almaniyada görəcəyi işlər müzakirə olunub
Azərbaycan-Türkiyə Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Muxalifet.az xəbər verir ki, görüş zamanı Almaniyada Azərbaycan diasporunun durumu, görüləcək işlər, plan və perspektivlərlə bağlı müzakirələr aparılıb.
Ufuk Kamal Ufuk bundan sonra da Almaniyada Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların qorunması, brilik, həmrəylik naminə fəaliyyətin davam etdiriləcəyini diqqətə çatdırıb.
Muxalifet2 - 7-02-2021
Rusiyadan gələn iki polkovnikin iştirakı ilə Yerevanda yeni ittifaq yarandı
Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.
Muxalifet2 - 7-02-2021
Ərdoğan Avropanı islamofobiyada ittiham etdi
“Qərb dünyası zəhərli bir sarmaşıq kimi gündən-günə böyüyən bu təhdid qarşısında qabaqlayıcı tədbir görməməkdə israr edir. Müsəlmanların müqəddəs dəyərlərinə edilən hücumlar görməzdən gəlinir”.
“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyənin uğurları bəzilərini narahat edir:
Muxalifet2 - 7-02-2021
KEÇMİŞ NAZİRİN "SAĞ ƏLİ" DƏ HƏBS OLUNDU - Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakını mənimsəmə faktı və...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş Aparat rəhbəri Əjdər ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.
Bu haqda məlumat verən mənbə bildirir ki, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.
Qeyd edək ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.
Muxalifet2 - 7-02-2021
İndi isə “böcək-dronlar” döyüşə atılır... - ÇƏKİSİ CƏMİ 250 QRAMDIR
İsrailin SpearUAV şirkəti Hindistanın “Paras Aerospace” şirkəti ilə niyyət memorandumu imzalayıb. Xarici KİV-lər xəbər verir ki, memorandum İsrail şirkətinin Hindistan hüquq-mühafizə orqanlarının və ordusunun ehtiyacları üçün Ninox 40 pilotsuz sistemlərini təchiz etməsini nəzərdə tutur.
Memorandum Aero İndia-2021 beynəlxalq sərgisi çərçivəsində imzalanıb. Ninox 40 pilotsuz sistemləri ilk dəəf bu sərgidə nümayiş etdirilib.
Muxalifet2 - 7-02-2021
Tovuzda kütləvi dava olub, bıçaqlanan var
Tovuzda xəsarətlə nəticələnən kütləvi dava olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
Dava zamanı 1984-cü il təvəllüdlü Elşad Vəliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 7-02-2021
DÖVLƏTİN O MİLYARDLARA EHTİYACI VAR! - Oliqarx-talançılarla hesablaşmada son mərhələ...
Korrupsioner məmurların bir-brinin ardınca həbs olunması cəmiyyətdə təqdir olunsa da, ortaya çıxan sualların sayı da az deyil. Çünki indi həbsxanaya göndərilən şəxslər vaxtilə hakimiyyət komandasında təmil olunaraq yüksək vəzifələr tutublar. Onların sırasında ölkənin mühüm sahələrinə uzun illər rəhbərlik etmiş şəxslər də var.
Muxalifet2 - 7-02-2021
BAKI METROSU BU TARİXDƏN AÇILIR - Maşınistlərə işdə olmaq tapşırığı verilib
“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib. Bu barədə modern.az saytına metropoliten işçiləri bildiriblər.
Muxalifet2 - 7-02-2021
Gürcüstan quru sərhədlərini açmağa hazırlaşır
Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb, ölkəyə giriş rejimini sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük. Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Nazir bildirib ki, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Onun sözlərinə görə, növbəti mərhələ quru sərhədləri barədə düşünməkdir ki, bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.
Muxalifet2 - 7-02-2021
Bill Qeyts bəşəriyyəti yeni qlobal təhlükə gözlədiyini bildirib
“Microsoft”un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.
“Report”un məlumatına görə, bu barədə "Qovorit Moskva” bildirib.
Qeytsin sözlərinə görə, bəşəriyyət yeni təbii kataklizmlər gözləyir. "Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - iş adamı deyib.
O, bioterrorizmi böyük təhlükə adlandırıb.
“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", - “Microsoft”un qurucusu bildirib.
Muxalifet2 - 7-02-2021
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu – 2 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.
Muxalifet2 - 7-02-2021
Sahil Babayevə etiraz olundu - AKSİYA
Sahibkar Tural Alışanlının yaxınları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq etiraz ediblər.
Onlar Tural Alışanlının fərdi evlərin tikintisi ilə bağlı ƏƏSMN-dən 157 321 manat almalı olduğunu bildiriblər. Ailəsinin dediyinə görə, Tural Alışanlı dəfələrlə pulu tələb etsə də, ƏƏSMN onun pulunu verməyib.Onlar qeyd ediblər ki, Sahil Babayev "Asan Radio"da verilişdə olarkən Tural Alışanlı Sahil Babayevə əmək müqaviləsini pozduğunu bildirib, lakin Sahil Babayev suala doğru cavab verməkdən yayınıb.
Muxalifet2 - 7-02-2021