Axtarış
The search found 105785 results in 0.032 seconds.
Search results
TALANÇI OLİQARXLAR YENİDƏN HƏDƏFDƏ – Daha kimlərin həbsi real görünür?...
Pandemiya, daha sonra müharibə dövründə səngiyən məmur həbslərinə yenidən strat verilib. Ötən ilin son ayından başlayaraq bir neçə yüksək vəzifəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ötən ilin dekabr ayının 9-da Cəlilabad rayonunun icra başçısı Namiq ZeynalovDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatdan sonra barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Muxalifet2 - 4-02-2021
Gürcüstanda biznesmen qətlə yetirilib
Gürcüstanın Poti şəhərinin mərkəzində qətl hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, naməlum şəxslər maşında olan 43 yaşlı kişiyə ona yaxın atəş açıblar.
Qətlə yetirilən şəxsin iş adamı Quram Axalaya olduğu müəyyən edilib. Şahidlərin sözlərinə görə, o, avtomobilində oğlunu gözləyərkən yaxınlıqdan keçən maşından atəşə tutulub. Biznesmen təcili tibbi yardım maşını hadisə yerinə çatana qədər ölüb.
Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb. Digər detallar hələ açıqlanmır.
Muxalifet2 - 4-02-2021
"Vaksin vurulandan sonra da xəstələnmək mümkündür" - Baş infeksionist
Artıq bir neçə həftədir ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovu deyib.
Muxalifet4 - 4-02-2021
Ayseli və 10 yaşlı oğlunu vəhşicəsinə öldürüb Azərbaycana qaçdı - DƏHŞƏTLİ CİNAYƏT FAKTI
Rusiyanın Kaluqa şəhəri. 2017-ci ilin isti avqust günlərindən biri. İrina Kamışova evə gedərkən yolüstü general Popov küçəsində yerləşən, kirayə verdiyi ikinci mənzilinə baş çəkməyi qərara alır. O, mənzili ailəyə kirayə vermişdi. “Hansısa qafqazlılardır”,-qadın rəfiqələrinə belə demişdi.
Muxalifet2 - 4-02-2021
LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı
Ölkə başçısının məmurların “Şuşanı işğal planı” barədə söylədiklərindən sonra həmin müsahibədə barəsində söz açılan 6 iri məmurun “həyat və yaradıcılığı” barədə mətbuatda xeyli informasiyalar yayıldı. Ancaq əslində, bu informasiyalar yeni deyil və uzun illərdir elə hakimiyyət də daxil olmaqla, hamı kimin nəylə varlandığını və nələrə sahib olduğunu yaxşı bilir...
Muxalifet4 - 4-02-2021
Kəmalədin Heydərov niyə susur? – “Qərarlara təsir etmək imkanını itirib”
Prezident İlham Əliyevin AzTV-yə verdiyi müsahibədə tənqid etdiyi məmurların fəaliyyəti yenidən diqqət mərkəzinə çevrilib. Hazırda mətbuat və cəmiyyət həmin şəxslərin personasını təftiş edir, qaranlıq məqamları üzə çıxarmağa çalışır. Sözsüz ki, bu sırada həmin məmurların sahib olduqları mülklərlə bağlı xəbərlər çoxluq təşkil edir.
Muxalifet4 - 4-02-2021
SƏLİM MÜSLÜMOVUN HƏBSİ TƏSDİQLƏNDİ! - DTX sabiq nazirlə bağlı rəsmi məlumat yaydı / Yenilənib
Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılmışdır.
Muxalifet4 - 4-02-2021
"SUYUN QİYMƏTİNİN BİRDƏN-BİRƏ İKİ DƏFƏ ARTIRILMASI HEÇ BİR MƏNTİQƏ SIĞMIR" - "Xalqla açıq, səmimi danışmaq gərəkir..."
"Hazırkı reallıqlar şəraitində Tarif Şurasının qəbul etdiyi qərarın Milli Məclisdə geriyə dəyişdirilməsi real görünmür. Təbii ki, tənqidi çıxışlar olar, amma bu halda da realda qiymətlə bağlı heç nə əsaslı surətdə dəyişməyəcək, dəyişən yalnız o olacaq ki, benzinin, dizel yanacağının, qazın, elektrik enerjisinin, suyun və s. qiyməti tənzimlənən məhsul və xidmətlərin qiymətlərinin qaldırılması barədə qərarlar qəbul edən Tarif Şurası kənarda duracaq.
Muxalifet4 - 4-02-2021
Paşinyan nümayəndə heyətini təsdiqlədi - AZƏRBAYCANLA DANIŞIQLAR ÜÇÜN...
Ermənistanın baş nazir Nikol Paşinyan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Hökumətin saytında dərc olunan sərəncama əsasən, baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun həmsədri, xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin edilib.
Muxalifet4 - 4-02-2021
Feministlər Azadlıq meydanında aksiya keçirdilər
Aksiyanın şüarı: "Qadın qətlləri siyasidir”
Fevralın 4-də feministlər Azadlıq Meydanında "Qadın qətlləri siyasidir” şüarıyla aksiya keçiriblər.
Muxalifet2 - 4-02-2021
55 MİLYONUN ARXASINDAN MEHDİYEV ÇIXIR - “Rasim Məmmədov bizə də atıb” mesajı nəyə xidmət edir?
Prezident Aparatının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini olan general rütbəli oğlu Teymur Mehdiyev və 10 il deputat mandatı gəzdirmiş kürəkəni İlham Əliyevin “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədovu dələduzluqda günahlandıraraq, ona qarşı müvafiq qaydada 4 milyon və 3.5 milyon dollarlıq iddia qaldırması mətbuatda və cəmiyyətdə şok effekti yaratmışdı.
Muxalifet4 - 4-02-2021
COVAX Azərbaycana ayrılacaq vaksinin həcmini- Açıqlayıb
COVAX platforması ölkələr arasında koronavirus əleyhinə vaksinin bölüşdürülməsi üzrə proqnozunu dərc edib.
“Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan 506 400 doza peyvənd əldə edəcək.
Qonşu Gürcüstana 214 050, Ermənistana isə 146 400 doza çatdırılacaq.
Vaksinlərin dünyanın 145 ölkəsi üzrə bölgüsü fevral ayında həyata keçiriləcək. Təqdim olunacaq dozalar hər bir ölkədə əhalinin, təxminən, 3,3 %-nin peyvəndləməsinə kifayət edəcək.
Peyvəndlərin paylanılmasının bu ilin iyun ayınadək başa çatdırılması nəzərdə tutulub.
Muxalifet2 - 4-02-2021
Bakıda istismarı dayandırılmış neft quyusunda yanğın olub
4 fevral 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.
Muxalifet2 - 4-02-2021
Moskva-Bakı-Moskva marşrutu üzrə reyslər yerinə yetirilməyə başlanılır
Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"ndan bildirilib
Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.
Muxalifet2 - 4-02-2021
Daha 1 hərbçimiz həlak oldu, 2-si yaralandı - AĞDAMDA
Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Muxalifet2 - 4-02-2021
Ərzaq qiymətləri yeddi ilin rekordunu vurub
Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb.
“Report” xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.
Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir.
Muxalifet2 - 4-02-2021
Ata və oğulun biznes imperiyası - Saleh Məmmədov: Hesab günü yaxınlaşır
Muxalifet2 - 4-02-2021
Altay Həsənov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Altay Tofik oğlu Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Muxalifet2 - 4-02-2021
İki oğlunun Qarabağda itkin düşdüyünü iddia edən qadınla bağlı AÇIQLAMA
Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir.
Bu barədə Mətbuat Şurasından bildirilib.
Muxalifet2 - 5-02-2021
Hansı halda koronovirusa təkrar yoluxma mümkündür? - ALİMLƏR AÇIQLADI
Koronavirusa təkrar yoluxma yalnız orqanizmdə qalmış patogenin reaksiyası deyil, həm də zəifləmiş immunitet fonunda yeni yoluxma ilə bağlı ola bilər.
Xarici mətbuat xəbər verir ki, bu qənaətə Yelsk Universitetinin Tibbi məktəbinin alimləri gəliblər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi hesab edir ki, ilkin yoluxmadan sonra 90 gün ərzində koronavirus testinin müsbət nəticəsi çox güman ki, təkrar yoluxmanı yox, virusun sabit bölünməsini göstərir.
Muxalifet2 - 5-02-2021