Axtarış

The search found 105785 results in 0.036 seconds.

Search results

  1. “Amerika qayıdır!”: Bayden xarici siyasət kursunu açıqladı

    ABŞ prezidenti Co Bayden fevralın 4-də Dövlət Departamentində ölkənin yeni xarici siyasət kursunu elan edib. Prezident çıxışında  Çin və Rusiyanın “avtoritarlığına” qarşı çıxacağını və dünya müttəfiqləri ilə bağları yenidən möhkəmləndirəcəyini deyib.

    “Amerika qayıdır”, “diplomatiya qayıdır” şüarlarını səsləndirən prezident, Donald Tramp administrasiyasının dörd ilindən sonra ölkənin xarici siyasətinin gələcək istiqamətlərinə aydınlıq gətirib.

    Muxalifet2 - 5-02-2021

  2. Yeni nazir daha 3 nəfəri vəzifəsindən azad etdi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində dəyişiklik olub.

    “Report”un əldə etdiyi məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.

    Nazirin əmrinə əsasən “AzinTelekom”un direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib.

    Muxalifet2 - 5-02-2021

  3. “NAVALNININ CƏSARƏTİ REJİMİ QORXUDUR, ONA GÖRƏ DƏ...” – “Putin, öz kürsüsündə əvvəlki kimi rahat otura bilməyəcək”

    Müşahidələr göstərir ki, müxaifətçi Aleksey Navalnının 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsilə Rusiyada etirazların səngiməsi yox, daha da artması ehtimalı kifayət qədər yüksəkdir.

    Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu mövzuyla bağlı Çexiyanın “Respekt” nəşri “Navalnı cəsarətlidir, amma Putinə qarşı daha çox rusiyalı çıxmalıdır” başlıqlı maraqlı məqalə dərc edib. Həmin məqalədə deyilir:

    Muxalifet2 - 5-02-2021

  4. ZİYA MƏMMƏDOV DA İSTİNTAQA ÇAĞIRILIB... – “Ölkəni çapıb-talamış oliqarxlarla haqq-hesab vaxtı çatıb"

    Dövlət büdcəsini talamaqda, külli miqdarda mənimsəmələrdə, vəzifə saxtakarlığında, rüşvət almaqda və başqa cinayətlərdə ittiham olunaraq həbs edilən keçmiş məmurların əhatə dairəsi böyüyür.

    İlin əvvəlindən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərov, "Baku Stell Comany" MMC-nin rəhbəri Rasim Məmmədov və sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs ediliblər.

    Muxalifet2 - 5-02-2021

  5. Paşinyan Türkiyəni tənqid edən naziri istefaya göndərir...

    Ermənistan baş naziri Nikol Paşinyan xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır. Ona görə də onun istefaya göndərilməsi və ya özünün istefa məktubu yazacağı gözlənilir.

    Bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır.

    “Görünən odur ki, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvadakı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib. Nazir qayıtdıqdan sonra sərt bir söhbət baş tutub. Baş nazir nazirə xəbərdarlıq edib”, - deyə nəşr yazıb.

    Muxalifet2 - 5-02-2021

  6. Bakıda betonqarışdıran maşınla işləyən fəhlə faciəvi şəkildə öldü - RƏSMİ

    Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Xəzər rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı betonqarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Muxalifet2 - 5-02-2021

  7. Bakıda daha 5 müəllim, 1 şagird koronavirusa yoluxdu - RƏSMİ

    Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və 1 məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

    İdarədən verilən məlumata görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

    Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir.

    Muxalifet2 - 5-02-2021

  8. Şəhid müəllimin gələcəyin müəllimi olacaq qızı ilə müsahibə... - FOTOLAR

    44 günlük Şanlı Vətən müharibəsində düşmənə dərs,  şagirdlərinə nümunə olan qəhrəman müəllimlərimizdən biri də Əvdil Quliyevdir.

    Muxalifet2 - 5-02-2021

  9. SUBORDİNASİYA! – Jalə Mütəllimova yazır

    İzn ver, regional idarə tikim...
    İzn ver, zastava tikim...
    İzn ver, mərkəzi bankın baş  idarəsini yaradım...
    İzn ver, aeroport anbarı tikim...
    Beləcə, "izn ver" sədaları artır...
    Beyni iflas edir adamın. Və çıxıb efirdə deməli olur ki, əl çəkin, yerinizi, bilin, işinizi görün, vermirəm, vəssalam!..

    ***

    Muxalifet2 - 5-02-2021

  10. MEHDİYEVİN HƏYAT YOLDAŞI DA MƏHKƏMƏYƏ VERİLDİ – Şərab biznesi ortaya çıxdı / FOTOLAR

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.

    Yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

    Muxalifet2 - 5-02-2021

  11. "Axı bu yazıq əsgərin qəhrəmanlığı nədən ibarətdir? Maksimal yaxşı ölməkdən?...” - SOFİYA KİRAKOSYAN TƏHLÜKƏLİ ERMƏNİ MİFLƏRİ HAQDA

    “Əgər bu müharibəni həqiqətən Paşinyan sadəcə olaraq üçtərəfli bəyanatı imzalamaqla dayandırıbsa, o zaman erməni əsgərini niyə belə tərifləyirlər? Doğrudanmı erməni əsgəri müstəsna nəsə edib? Biz bütün əraziləri əldən verdik, o cümlədən Şuşanı. Bunun minlərlə səbəbi var. Əlbətdə, demək olmaz ki, bunda həmin erməni əsgəri günahkardır. Eləcədə bu doğru deyil ki, erməni əsgərini anlaşılmaz şəkildə idola çevirsinlər, əgər əsgər qəhrəmancasına müqavimət göstəribsə belə ancaq uduzub...”

    Muxalifet2 - 5-02-2021

  12. SUDAN MİLYONLAR “ÇIXARANLAR” – Tender oyunlarının milyonçuya çevirdiyi “Azərsu” məmurları

    Azərbaycanda hər dəfə enerji daşıyıcılarının, yanacağın, kommunal xərclərin – əhalinin sosial durumuna birbaşa təsir edən məhsul və xidmətlərin bahalaşması böyük etirazlara səbəb olur. Və bu zaman kimiləri Tarif Şurasını, kimiləri hökuməti, kimiləri də qiymət artımının baş verdiyi sahəyə aid konkret təşkilatı günahlandırır ki, bu da təbiidir…

    Muxalifet2 - 5-02-2021

  13. "ÖTƏN İL 89 MİLYON ARTIQ VƏ ƏSASSIZ ÖDƏNİŞLƏR AŞKARLANIB" - 52 milyon manat məmurlar tərəfindən mənimsənilib

    “Dövlət büdcəsi xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biridir". 

    Bunu nazir Samir Şərifov rəhbərlik etdiyi qurumda keçirilmiş 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclasında deyib.

    Muxalifet2 - 5-02-2021

  14. “TÜRK ORDUSUNUN HÜCUMUNU GÖZLƏYİRDİK” – “Şuşanı deyil, Stepanakerti təslim etmək daha doğru olardı”

    “Turan” agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O, müharibədə ermənilərin məğlubiyyətinin əsas səbəbləri barədə maraqlı fikirlər səsləndirib.

    Muxalifet2 - 5-02-2021

  15. Ziya Məmmədov Ucarda mal-qara saxlayır, arpa-buğda əkir...

    Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olur. 

    Bu barədə unikal.org-a Z.Məmmədovun özü məlumat verib:

    "Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil", - deyə sabiq nazir bildirib. 

    Muxalifet2 - 5-02-2021

  16. Azərbaycanda daha 138 nəfər koronavirusa yoluxdu – 5 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycanda son sutkada koronavirus infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib. Hazırda 2 994 aktiv xəstə var.

    Muxalifet2 - 5-02-2021

  17. Yeni direktor iki şöbə müdirini və elmi katibi vəzifəsindən azad etdi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun iki əməkdaşı işdən çıxarılıb, daha iki əməkdaşının isə vəzifəsi dəyişdirilib.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Muxalifet2 - 5-02-2021

  18. ​“Space” TV-nin prezidenti istefa ərizəsi yazdı

    Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib.
     
    Muxalifet.az xəbər verir ki, unikal.org-un məlumatına görə, “Space” TV-nin prezidenti Vaqif Mustafayev istefa ərizəsi yazaraq kanalı tərk edib.
     
    Qeyd edək ki, V. Mustafayev kanala 2006-cı ildən rəhbərlik edirdi.

    Muxalifet2 - 5-02-2021

  19. Azərbaycanlı professor Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsləhətçisi oldu

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor və keçmiş rektor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.
    Türkiyə KİV-ləri xəbər verir ki, sərəncam Rəsmi Gəzetdə dərc olunub.

    Professor Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.

    Muxalifet2 - 6-02-2021

  20. Kütləvi vaksinasiya nefti bahalaşdırır

    Fevralın 5-də neftin qiyməti bir il ərzində ən yüksək həddinə çatıb. Reuters agentliyi yazır ki, neftin bir barrelinin qiymətinin 60 dollara çatmasına iqtisadi dirçəlişə olan ümidlərin artması, habelə OPEC qrupu və onun müttəfiqlərinin hasilat ixtisarını davam etdirməsi səbəb olub.

    Muxalifet2 - 6-02-2021

Pages