Axtarış

The search found 105785 results in 0.13 seconds.

Search results

  1. Bakıda metronun açılması xəbərinə aydınlıq gətirildi

    Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

    Muxalifet2 - 7-02-2021

  2. "ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək" - BAYDEN

    Birləşmiş Ştatlar İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qaytarmaq üçün tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. Bunu Amerika prezidenti Co Bayden “CBS” televiziyasına verdiyi müsahibəsində deyib.

    Dövlət başçısından rəsmi Tehranı JCPOA müzakirələrinə qaytarmaq üçün ilk addımı atıb İran əleyhinə sanksiyaları ləğv edib-etməyəcəyi soruşulub.

    Bayden suala cavabında “Xeyr” deyib.

    Muxalifet2 - 7-02-2021

  3. Baş prokuror İlkin Süleymanovla bağlı məhkəməyə MÜRACİƏT ETDİ

    Baş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.

    Muxalifet2 - 8-02-2021

  4. Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdədir

    Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfərə gəlib.

    Səfər iki ölkə arasında əməkdaşlığın “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə kimi sahələrinin gücləndirilməsinə istiqamətlənib.

    Muxalifet2 - 8-02-2021

  5. "ASAN xidmət"in mərkəz direktoru “AzinTelekom”un rəhbərliyinə gətirildi - YENİLƏNİB

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
     
    Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
     
    Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
     
    Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub.
     

    Muxalifet2 - 8-02-2021

  6. Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

    "Report"un məlumatına görə, sərəncam əsasən Qars müqaviləsinin 100 illiyi muxtar respublikada qeyd ediləcək.

    Bununla əlaqədar “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq ediləcək.

    Sərəncamda qeyd olunub ki, 2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur.

    Muxalifet2 - 8-02-2021

  7. “Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb

    Koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən karantin rejimi müddətində “Nar" müxtəlif kanalları vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Qeyd edək ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 93%-lik yüksək göstəriciyə nail olub.
     

    Muxalifet2 - 8-02-2021

  8. “PREZİDENTİN CƏMİYYƏTLƏ AÇIQ TƏMASA GİRMƏSİNİ TƏQDİR EDİRİK” – “Ölkədə azad, ədalətli seçkilər keçirilməsi yolu ilə dövlət qurumları üzərində ictimai nəzarət təmin edilməlidir...”

    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

    Muxalifet2 - 8-02-2021

  9. Roma Papası: “Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm”

    Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb. “Moskva-Bakı” portalının məlumatına görə, Papa Fransisk bu barədə Vatikanda akkreditə olunan diplomatik korpus rəhbərləri qarşısında çıxışı zamanı deyib.

    “Mən Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”, - Roma Papası qeyd edib.

    Onun sözlərinə görə, közərməyə davam edən münaqişələr bütün regionda sabitlik və təhlükəsizliyi pozur.

    “Hazırkı dövrdə dinlərarası dialoq xalqların və mədəniyyətlərin qovuşması üçün vacib komponent sayılır”, - Roma Papası vurğulayıb.

    Muxalifet2 - 8-02-2021

  10. Rasim Məmmədovu əvəzləyəcək şəxsin adı bəlli oldu

    “Baku Steel Company”yə yeni baş direktor təyin edilib.

    Şirkətin KİV-də yayılan bəyanatında bildirilir ki, bu vəzifəni Kamal Mirsahib oğlu İbrahimov tutub.

    Bundan əvvəl Kamal İbrahimov “Qala Sığorta” şirkətinin rəhbəri olub.

    “Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.

    Muxalifet2 - 8-02-2021

  11. Naxçıvana dəhlizin açılacağını eşidib Qars və İğdırda torpaqları beşqat baha alanlar kimlərdir... - GÖKSEL GÜLBEY SAKİNLƏRİ AYIQ-SAYIQ OLMAĞA ÇAĞIRIR

    Ermənistanın təslim olması ilə nəticələnən Qarabağ müharibəsini dayandıran 10 noyabr üçtərəfli razılaşması Naxçıvanla Azərbaycan arasındakı “Zəngəzur dəhlizi” kimi bilinən nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Və bu dəhlizin açılmasına dair hazırlıqlar Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində ərazi almaq istəyənlərin də kəskin artmasına səbəb olub. 
    Türkiyə KİV-ləri xəbər verir ki, bu haqda Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib.

    Muxalifet2 - 8-02-2021

  12. “ONLAR YA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD EDİBLƏR, YA DA...” - “Prezidentin “mən elə şey deyərəm ki, xalq iyrənər” ifadəsi o deməkdir ki...”

    Sərdar Cəlaloğlu: “Siyasi etika tələb edirdi ki, Prezidentin adını çəkdiyi şəxslər istefa versinlər”

    “Nə qədər ki, onlar yüksək vəzifələrdədir, Azərbaycanda milli birlikdən söhbət gedə bilməz”

    Muxalifet2 - 8-02-2021

  13. AZƏRBAYCANDA “AĞ ÖLÜM” TƏHLÜKƏSİ BÖYÜYÜR... – Gəncləri məhvə aparan “səssiz ölümə” nə zaman “dur” deyiləcək?!

    Son vaxtla küçələrdə, blokların girişində və binaların tinində tez-tez gənclərin “qəribə” hərəkətlərinin şahidi oluruq. Bu zaman istər-istəməz özümüzə sual verməli oluruq: axı, nələr baş verir? Valideynini yaxından tanıdığımız, uşaqlıqdan gözümüzün önündə böyüyən bu gəncləri “qəribə” edən, dəyişən nədir? Təbii ki, bu sualın cavabını tapmaq üçün çox düşünmək də lazım gəlmir...
    Bəs, gəncləri “səssizcə ölümə sürükləyən” kimlərdir? Gələcəyimizi kimlər məhv edir?

    Muxalifet2 - 8-02-2021

  14. "OĞLUM POLİSLƏR TƏRƏFİNDƏN VƏHŞİCƏSİNƏ DÖYÜLÜB" – Şəhid xanımı: “O, hazırda Sumqayıt Şəhər Polis İdarəsinin zirzəmisində saxlanılır…”

    Qubadlı rayonunda məcburi köçkün düşən və hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 41-də yaşayan, şəhid xanımı Nəcəfquliyeva Fəxriyə Əmirulla qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri  cənab Vilayət Eyvazova, Ədliyyə naziri Fikrət Məmmədova, Baş naziri Əli Əsədova və Ombudsman Səbinə Əliyevaya müraciət edən şikayətçi yazır:

    Muxalifet2 - 8-02-2021

  15. BEŞ HƏRBİ QULLUQÇUMUZ MİNAYA DÜŞDÜ - Polkovnik-leytenantın ayağı amputasiya edilib / FOTO

    Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb. Hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

    Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

    Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

    Muxalifet2 - 9-02-2021

  16. RAMİZ MEHDİYEVDƏN GECƏ HƏMLƏSİ - Akademik yeni açıqlamayla "sədaqət andı"nı təkrarladı

    “Son günlər bəzi ölkə KİV-lərində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı əsası olmayan, böhtan xarakterli məlumatlar yayılır. Bir daha mətbuatdakı həmkarlarımızın diqqətinə çatdırırıq ki, jurnalistlərin başlıca missiyası cəmiyyəti həqiqi və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir. Kiminsə sifarişi əsasında başqalarına böhtan atmaq, yalan məlumatları tirajlamaq gerçək qələm sahiblərinə yaraşan davranış tərzi deyil”.

    Muxalifet2 - 9-02-2021

  17. XANKƏNDİNDƏN ŞUŞAYA HÜCUMUN QARŞISI NECƏ ALINDI? - Komandan açıqladı

    “Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet2 - 9-02-2021

  18. METTALLURGİYA SƏNAYESİ KİMİN TAPŞIRIĞI İLƏ VƏ NİYƏ MƏHV EDİLİB? - Sensasiyalı iddialar

    Rasim Məmmədov “Baku Steel Company”dən (BSC) uzaqlaşdırılacağını 2018-ci ildən sonra bilirmiş. Buna görə də ən müxtəlif yollarla özünü həbsdən qurtarmağa, gələcəkdə metallurgiya sahəsində şəxsən özünün bir zavodunun olmasına çalışırmış. Bu barədə müsavat.com. məlumat verib.

    Muxalifet2 - 9-02-2021

  19. Əli Həsənovdan Heydər Əliyevə hörmətsizlik - FOTOLAR

    Prezidentin keçmiş köməkçisinə məxsus Qərbi Kaspi Universitetində döşəmələri silmək üçün Heydər Əliyevin portreti əks olunmuş köynəklərdən istifadə olunur

    Ramiz Mehdiyev və Əli Həsənovun müdaxiləsi nəticəsində Heydər Əliyev haqqında çəkilən filmin yayımlanmasının qarşısı alınıb

    Muxalifet2 - 9-02-2021

  20. 400 NƏFƏRİ DOLANDIRDI, 2019-CU İLDƏ 11 İL HƏBS CƏZASI ALDI, 1 İL SONRA AZAD OLUNDU - Tikinti fırıldaqçısı Əkbər Cəfərovun himayəçisi kimlərdir...

    Bir mənzili 6 adama satan, 400 nəfərə yaxın vətəndaşın pulunu mənimsəyən “AENT-E” MMC-nin rəhbəri Əkbər Cəfərov da, nəhayət ki, layiq olduğu cəzanı alacaq?

    Tikinti şirkətinin rəhbəri barəsində dəfələrlə həbs qərarı verilsə də, hələ də azadlıqda gəzir…

    Muxalifet2 - 9-02-2021

Pages