KEÇMİŞ NAZİR SƏLİM MÜSLÜMOV SAXLANILDI... - Milyonlarla manatlıq korrupsiya faktı...

Baxış sayı:
1390

Dünən sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov saxlanılıb. 

Muxalifet.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verilib.

Keçmiş nazirə qarşı irəli sürülən ittihamlar hələlik açıqlanmır.

Muxalifet.az xəbər verir ki, Səlim Müslümov zaman-zaman mətbuatda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və milyonlarla manatlıq korrupsiya faktına yol verməkdə ittiham olunub. Bu baxımdan, saxlanılmasında həmin iddiaların rolunun olduğu istisna olunmur.