“Mən də vaksin vurdurmuşam, özümü yaxşı hiss edirəm" - SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİ

Baxış sayı:
751

"Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".

Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:

“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümummiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.