Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən hərbçilərə qarşı növbəti əməliyyat - 238 NƏFƏR HƏBS OLUNMALIDIR
19-01-2021 13:14
Baxış sayı:
844

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində daha bir genişmiqyaslı əməliyyat keçirilir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, başda İzmir olmaqla ölkənin 60 vilayətində paralel keçirilən əməliyyatlar Silahlı Qüvvələrin terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 238 üzvünün saxlanılması məqsədilə aparılır. Onlardan 218-i hazırda fəaliyyətdə olan və əksəriyyəti yüksək rütbəli hərbiçilərdir.
Təqsirləndirilən şəxslərin FETÖ-nün məsul şəxsləri ilə telefon əlaqəsi yaratdıqları müəyyən olunub.
Əməliyyatlar davam etdirilir.