Baş nazir koronavirus əleyhinə vaksinasiya strategiyasını təsdiq etdi - SƏRƏNCAM

Baxış sayı:
931

Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.