Düşmənin dağın altında yerləşən bunkeri, labirintə bənzər tunelləri... - VİDEO

Baxış sayı:
1141

Düşmənin Qarabağda mövcud olmuş müdafiə istehkamlarından daha birinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlara əsasən Ermənistan ordusu 30 ilə yaxındır işğal altında saxladığı və 44 günlük müharibədə ordumuzun azad etdiyi ərazilərdə beton istehkamlarla yanaşı dağın altında bunker və tunellər şəbəkəsi də qurubmuş. Bu kadrlarda (relyefə əsasən kadrların Xocavənd və ya Füzuli istiqamətində çəkildiyi təxmin edilə bilər) görünür ki, düşmən dağın altında möhkəmləndirilmiş bunker yaradıb, labirintə oxşayan tunellərlə həmin bunkerdən müşahidə postlarına yollar çəkib. Beləliklə, nəzəri baxımdan düşmənin dağın altında qurduğu bu bazanı almaq və dağıtmaq qeyri mümkün idi. Lakin Azərbaycan ordusu düşməni bu cür keçilməz müdafiə istehkamlarından vurub çıxardı və onu Şuşaya qədər qovdu...