Axtarış

The search found 105793 results in 0.097 seconds.

Search results

  1. Yerevanda Paşinyanın əleyhinə növbəti aksiya - BU DƏFƏ "NİKOLSUZ ERMƏNİSTAN" ŞÜARI İLƏ

    Ermənistan müxalifəti Yerevanda növbəti itaətsizlik aksiyası - "Ləyaqət yürüşü» keçirir.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazçılara görə, bu yürüş Paşinyan və onun hökumətinə iddia etdikləri kimi, heç də xalqın dəstəyini almadıqlarını sübut etmək məqsədi daşıyır.

    Etirazçılar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

    Muxalifet2 - 14-12-2020

  2. Girovluqdan azad edilən Dilqəm Əsgərovun ailəsindən VİDEOREPORTAJ

    Bu gün erməni girovluğundan azad edilərək Azərbaycana gətirilmiş Dilqəm Əsgərovun ailəsində böyük sevinc yaşanıb.

    Baku TV Əsgərovlar ailəsinin yaşadığı Şəmkirdə olub və D.Əsgərovun oğlundan atasının azad olunması ilə bağlı açıqlama alıb.

    Sözügedən süjeti təqdim edirik:

    Muxalifet2 - 14-12-2020

  3. RUSİYA QARABAĞDAKI ERMƏNİ SEPARATÇILARINI YENİDƏN SİLAHLANDIRIB? - Qarabağın işğalında Moskvanın rolu Azərbaycanda unudulmayıb

    Bu ilin sentyabrın 27-də Azərbaycan Ordusu Dağlıq Qarabağı və ətraf rayonları erməni işğalçılarından təmizləmək, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini gerçəkləşdirmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Nəticədə işğalçı Ermənistanın bütün hərbçiləri və qanunsuz silahlı dəstələri Azərbaycan torpaqlarından çıxarıldı. Proses sona yaxınlaşanda Rusiya atəşkəs təşəbbüsü ilə çıxış etdi.

    Muxalifet2 - 14-12-2020

  4. Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı - FOTO

    Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.

    Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

    Fotodan görünür ki, əsirlikdən qaytarılmış hərbçimiz həkim nəzarəti altındadır.

    Qeyd edək ki, Amin Musayevin ailəsi onun qaytarılması xəbərini oxu.az-a təsdiqləyib.

    Muxalifet2 - 14-12-2020

  5. Ərdoğan bu dəfə Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dahi şairimiz Əhməd Cavadın şeirini səsləndirib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    “Qafqaz İslam Ordusunu Bakıya 18 kilometr məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hislərini bu cür misralara töküb:

    Dağa, daşa sancağını öpdürüb,

    Duman kimi bu dağları bürüdün.

    Dənizlərə salam rəsmi yapdırıb,

    Göylərdəki bulud kimi yürüdün.

    Yürü, yürü batan günün izinə,

    Gülümsəyir doğan günəş üzünə.

    Qardaşlığın fərmanına baş əyib,

    Muxalifet2 - 14-12-2020

  6. Bu gün vətənə qaytarılan bütün əsir və girovların adları - SİYAHI

    Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.

    Əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub.

    Muxalifet2 - 14-12-2020

  7. Oqtay Şirəliyevin qızına Rusiya XİN-də vəzifə verildi

    Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyində vəzifəyə təyin olunub.

    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Nərmin Şirəliyeva Rusiya XİN-in strukturlarından biri olan "Rossotrudniçestvo"nun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.

    N.Şirəliyeva indiyə kimi Moskva vilayətininin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

    Qeyd edək ki, N.Şirəliyeva Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızıdır.

    Muxalifet2 - 14-12-2020

  8. Azərbaycanda daha bir həkim koronavirusdan öldü – FOTO

    Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib. 

    Belə ki, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.

    Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib./report

    Muxalifet2 - 14-12-2020

  9. 40-dan çox erməni əsirin olduğu təyyarə İrəvana enib - 9 ƏSİRİN QARŞILIĞINDA...

    40-dan çox erməni əsirin olduğu təyyarə bir neçə dəqiqə əvvəl İrəvanın Erebuni aerodromuna enib.
    Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
    Qeyd edək ki, Ermənistannın baş naziri Nikol Paşinyan buna qədər bildirmişdi ki, İrəvan və Bakı “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi barədə razılığa gəliblər. Erməni tərəfinin bildirdiyinə görə, Azərbaycanda bu ölkənin 60 hərbi qulluqçusu və 40 mülki şəxs əsirlikdə saxlanılırdı./apa

    Muxalifet2 - 14-12-2020

  10. ABŞ Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib

    ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib. “Qara siyahı”ya həmçinin Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.

    ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edilib.

    Muxalifet2 - 14-12-2020

  11. Hadrutdakı terrorçuların təmizlənməsi və rus sülhməramlılarının qəribə davranışı – VİDEO

    “Caliber” layihəsi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı növbəti video hazırlayıb.

    Hadrut ətrafında baş verən, ordumuzun ərazilərin terrorçulardan təmizlənməsi əməliyyatlarından bəhs edən yeni buraxılışda rus sülhməramlılarının qəribə davranışlarından da bəhs olunub.

    Ətraflı videoda:

     

     

    Muxalifet2 - 15-12-2020

  12. İZLƏRİ VƏTƏN MÜHARİBƏSİNDƏ İTƏN 2 GENERALIN SİRRİ... - Sadıkovla Əkbərov haradadır?

    On illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması barədə ən müxtəlif iddialar var

    Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.

    Muxalifet2 - 15-12-2020

  13. Saakaşvilinin lideri olduğu partiyanın sədri istefa verib

    Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze vəzifəsini tərk etmək barədə qərar qəbul edib.
     
    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu partiya sədri “Facebook” səhifəsində yazıb.  
     
    Onun sözlərinə görə, bu addım onun üçün olduqca çətin olsa da, başqa yol görmür.
     

    Muxalifet2 - 15-12-2020

  14. Ermənistan Baş Qərargah rəisi Paşinyanın əmrini yerinə yetirməkdən imtina edib - ERMƏNİ KİV-İ YAZIR

    Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq qoşunları onun təlimatı ilə erevana gətirmək üçün hazır vəziyyətdə saxlamaq lazım olduğunu deyib.

    Bu barədə "Hraparak" qəzeti Müdafiə Nazirliyindəki mənbələrinə istinad edərək yazır.

    Muxalifet2 - 15-12-2020

  15. Ağcabədi rayon Mərkəzi xəstəxanasının direktoru həbs edildi

    Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

    Muxalifet2 - 15-12-2020

  16. İtkin düşən erməni əsgərlərin valideynləri etiraz aksiyası keçirdi

    Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərin ailələri növbəti dəfə etiraz aksiyası keçiriblər.

    Etirazçılar Müdafiə Nazirliyinin binası qarşısında toplaşaraq rəhbərliklə görüş tələb ediblər.

    İtkin düşən ermənilərin yaxınları yerli mediaya verdikləri açıqlamada deyiblər ki, artıq uzun müddətdir bu cür aksiyalar keçirsələr də, onlara əzizləri haqqında dəqiq məlumat verən yoxdur.

    Muxalifet2 - 15-12-2020

  17. 203 nəqliyyat vasitəsinin postu icazəsiz keçməsinin qarşısı alındı - RƏSMİ AÇIQLAMA

    203 nəqliyyat vasitəsinin müvafiq icazəsi olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Muxalifet2 - 15-12-2020

  18. Müharibənin yeni FAZASI: anti-terror əməliyyatları...

    Müharibə yeni fazaya daxil olur...

    Muxalifet2 - 15-12-2020

  19. Azərbaycanda koronavirus bir ailəni məhv etdi: 10 günə dörd can aldı - BİRİNİN TOYU YENİ OLMUŞDU

    Koronavirus 10 gün ərzində bir ailədən dörd can alıb.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, 44 gün öncə ailə həyatı quran 43 yaşlı Rəşad Rəhimli dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.

    Muxalifet2 - 15-12-2020

  20. KORONAVİRUS DƏHŞƏT YAŞATMAĞA DAVAM EDİR - Azərbaycanda son sutka ərzində daha 41 nəfər vəfat etdi

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 273 yeni yoluxma faktı qeydə alınıb, 4 164 nəfər sağalaraq evə buraxılıb.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

    Analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 183 259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119 005 nəfər müalicə olunaraq sağalıb, 2 007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247-dir.

    Muxalifet2 - 15-12-2020

Pages