Ermənistan parlamentində Paşinyanın tərəfdarları getdikcə azalır - DAHA BİR DEPUTAT MANDATINDAN İMTİNA ETDİ

Baxış sayı:
6242

Ermənistanda hakim "Mənim addımım" partiyasının daha bir deputatı -Tiqran Karapetyan mandatından imtina edib.

Karapetyan bu barədə “FACEBOOK” hesabında yazıb. Bildirib ki, millət vəkili mandatından imtina etmək üçün ərizə təqdim edib.

"Güclü hərbi sənayeyə sahib olacağımıza inanmaqda davam edirəm və mənim həyatımın mənası bunda olacaq. Bizim ümidsizliyə haqqımız yoxdur. Özümüzdə güc tapmalı və yaşamalıyıq".

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından sonra millət vəkilləri Qayane Abramyan, Taqui Tovmasyan, İrəvan Ağsaqqallar Şurasının üzvləri İzabella Abqaryan, Arsen Karapetyan, Mesrop Papikyan “Mənim addımım” fraksiyasını tərk ediblər./virtualaz.org