Axtarış

The search found 105785 results in 0.034 seconds.

Search results

  1. Koronavirus xəstələri və tibbi personal zəhərlənib - "Atletlər Kəndi"ndə nə baş verib?

    "Bir neçə gün əvvəl "Atletlər Kəndi”ndəki karantin mərkəzində və koronavirus xəstələrinin müalicə aldığı bir neçə xəstəxanada baş verən zəhərlənmə olayı ilə bağlı müvafiq qurumlarda araşdırma aparılır”.

    Bu sözləri gununsesi.info-ya açıqlamasında Tibbi Ərazilərin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxışlı bildirib.

    Muxalifet2 - 16-12-2020

  2. "DÖRD GÜN YARALI HALDA DÖYÜŞ BÖLGƏSİNDƏ QALMIŞAM" - Qazimizlə müsahibə / VİDEO

    İkinci Qarabağ savaşı qəhrəmanlarından biri də Asim Quliyevdir. 

    Aprel döyüşlərinin də iştirakçısı olan kapitan Asim Quliyev 44 günlük müharibədə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində gedən döyüşdə yaralanıb.

    "Report"un qazimizlə müsahibəsini təqdim edirik:

     

     

    Muxalifet2 - 16-12-2020

  3. Qarabağda savaş bitdikdən sonra 900-ə yaxın erməni hərbçisinin meyiti tapılıb - RƏSMİ ETİRAF

    "Noyabrın 13-dən Qarabağda həlak olmuş 892 erməni hərbçisinin meyiti aşkarlanıb". Bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan “Sputnik Armenia”ya açıqlamasında deyib.

    "Biz bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapdıq. Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər", - Tadevosyan deyib.

    Muxalifet2 - 16-12-2020

  4. Aylardır axtarılan əsgərimizin bu gün şəhid xəbəri gəldi - FOTO

    Vətən müharibəsində daha bir hərbçimizin şəhid olduğu məlum olub.

    "Report"un Qərb Mərkəzinin məlumatına görə, Qazax rayon sakini, 1995-ci ildə Ürkməzli kəndində anadan olmuş Kərimov Kamil Ələddin oğlu Vətən müharibəsində Murovdağ istiqamətində qəhrəmancasına döyüşüb.

    Müddətdən artıq həqiqi hərbi xidmətdə olan K.Kərimov sonuncu dəfə ailəsi ilə müharibənin başlanmasından bir gün öncə telefonla danışıb. Həmin gündən sonra onunla bağlı heç bir məlumat olmayan ailəsi Kamildən çox narahat idi. Bu gün isə onun şəhid olduğu məlum olub.

    Muxalifet2 - 16-12-2020

  5. “Rusiya ermənilərin atəşkəsi pozmasının qarşısını almalıdır” - ÇAVUŞOĞLU

    Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi ən qısa zamanda yaradılacaq. Mərkəz Azərbaycanın dediyi yerdə olacaq”.

    Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

    Cənubi Qafqazdakı sabitlikdən Ermənistan və erməni xalqı da faydalanacaq. Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır. Əks təqdirdə Azərbaycan Prezidenti İlham Əliyev hansı addımlar atılacağının mesaj verib”, - o bildirib.

    Muxalifet2 - 17-12-2020

  6. Şuşaya sıldırım qayalardan dırmaşıb düşməni əzdi, müharibənin bitməsinə 1 gün qalmış... - XÜSUSİ TƏYİNATLI TURAL XUDİYEVİN DÖYÜŞ YOLU

    Əslən ağdamlı olan Tural Xudiyev Birinci Qarabağ müharibəsindən sonra - 1998-ci ildə Bakıda doğulsa da, İkinci Qarabağ müharibəsində öz qanı ilə qəhrəmanlıq salnaməsi yazıb. Sona qədər, qarış -qarış torpaqlarımızı azad edən minlərlə igidimizin biri olub. 22 yaşlı bu igid doğma yurdu, canından çox sevdiyi Qarabağ uğrundakı döyüşlərdə şücaət göstərib, gözünü qırpmadan torpaq uğrunda canını fəda edib, döyüşün son günündə şəhidilik zirvəsinə yüksəlib.

    Muxalifet2 - 17-12-2020

  7. Dünyanı bəlaya salan şəhərdə şok qərar - FOTO/VİDEO

    Yeni il öncəsi bütün dünyada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirildiyi halda, pandemiyanın beşiyi olan Uhan şəhərində sakinlərdən hətta maska taxmaq məcburiyyəti götürülüb.

    Bu barədə 360 TV xəbər yayıb.

    Muxalifet2 - 17-12-2020

  8. "YATAQ DƏSTLƏRİNİ ÜST-ÜSTƏ YIĞARAQ..." - Almaniyada azərbaycanlıların qaldığı yataqxananı yandırmaq istədilər

    Almaniyada qaçqın yataqxanasını yandırmağa cəhd göstərən sığınacaq axtaranlara polis müdaxilə edib.

    “Report”un Avropa bürosunun Türingiya Əyalət Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, ötən gün Suhl şəhərindəki yataqxanada çıxan qarşıdurma nəticəsində bir qrup sakin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejiminə etiraz etmək üçün yataqxananı yandıracaqlarını bildiriblər.

    Muxalifet2 - 17-12-2020

  9. ROBERT KOÇARYANIN MOSKVAYA SİRLİ GEDİŞİ... - 3 günlük işgüzar səfər, yoxsa...

    Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabrın 17-də Rusiyaya 3 günlük işgüzar səfərə gedib.

    Yerli KİV-lər xəbər verir ki, məlumatı sabiq dövlət başçısının ofisinin Mətbuat xidməti yayıb.

    Səfərlə bağlı əlavə məlumat açıqlanmayıb.

    Muxalifet2 - 17-12-2020

  10. Polşa ordusunun mayoru Azərbaycan ordusunun müharibə təcrübəsini hərb dərsliklərinə salmağa çağırır - “ÜÇÖLÇÜLÜ MÜHARİBƏDİR...”

    Qarabağdakı müharibə fəndləri hərb sənətinə dair dərsliklərə salınmalıdır və diqqətlə öyrənilməlidir. Bu haqda Polşa ordusunun istefada olan mayoru, hərbi ekspert Gjeqoj Trjeçak bildirib. Mayor orduda xidmət edərkən tərkibində pilotsuz uçan aparatların da olduğu eskadrilyaya komandanlıq edib.

    Mayor Trjeçak deyir ki, müasir müharibə “üçölçülü fəzaya keçib”. Belə ki, Qarabağda gedən 44 günlük müharibə Azərbaycan ordusunun dronlardan kütləvi istifadəsi ilə fərqləndi və bu da erməni ordusunun məğlubiyyətinin əsas səbəblərindən biri idi.

    Muxalifet2 - 17-12-2020

  11. Döyüş bölgəsindən 314 Azərbaycan, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb - RƏSMİ AÇIQLAMA

    "Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təmin olunmasıdır".

    Muxalifet2 - 17-12-2020

  12. Koronavirus xəstəsini xəstəxanaya necə yerləşdirmək olur? - HƏDSİZ YOLUXMA HƏDSİZ QAZANC DEMƏKDİR?!

    Deyəsən, səhiyyə sistemi – dərman bazarının başbilənləri koronavirusa yoluxanların hədsiz çoxluğunu "hədsiz qazanca" çevirməyin yollarını tapıb. Həkim, dərman, təcili yardım ucbatından həyatını itirən vətəndaşlarımızın sayı artdıqca, işbaz səhiyyə rəhbərlərinin, dərman mafiyasının, test alverçilərinin bank hesabları şişir.

    Muxalifet2 - 17-12-2020

  13. KƏLBƏCƏRİN DAHA BİR KƏNDİNIN VIRAN EDİLMİŞ GÖRÜNTÜLƏRİ - Video

    Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İmambinəsi kəndindən videogörüntülər yayıb.

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet2 - 17-12-2020

  14. PAŞİNYAN BU TARİXDƏ İSTEFASINI ELAN EDƏCƏK... - Ermənistanda Nikolsuz Yeni il...

    Ermənistanın Baş naziri Nikol Paşinyan istefasını 31 dekabrda elan edəcək.

    Bu barədə “Hraparak” qəzeti yazıb.

    “Paşinyan istefasını və erkən parlament seçkilərinin keçiriləcəyini 31 dekabr Yeni il mesajı zamanı elan edəcək”, - deyə bildirilir.

    Nəşr qeyd edib ki, ölkədə Seçki Məcəlləsinin islahatı prosesi sürətləndirilib.

    Muxalifet2 - 17-12-2020

  15. Hazırda Ermənistanda 3 azərbaycanlı əsir və girov qalır - RƏSMİ BAKI TƏLƏB EDİR Kİ...

    Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən son əsir mübadiləsindən sonra düşmən ölkədə hələ də azərbaycanlı əsir və girovlar qalır.

    Əsir, girov və itkin düşmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının sədr müavini Eldar Səmədovun açıqladığına görə, onların sayı üç nəfərdir.

    Söhbət beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmış əsir və girovlardan gedir. Azərbaycan tərəfi Ermənistandan həmin şəxslərin də qaytarılmasını tələb edir və 10 noyabr üçtərəfli razılaşması əsasında humanitar proseslər davam etdirilir.

    Muxalifet2 - 17-12-2020

  16. "S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir" - TÜRKİYƏDƏN AÇIQLAMA

    "ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.
    Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib. 
    O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna uyğun deyil.

    Muxalifet2 - 17-12-2020

  17. Kəlbəcərdə divara yazılan "veçniy Atatürk" sözü Türkiyə mətbuatında – VİDEO

    İşğaldan azad edilən Kəlbəcərdə əsgərlərimizdən biri divara Türkiyənin birinici prezidenti Mustafa Kamal Atatürkün adını yazıb.
    Bu barədə “Haber Global”ın müxbiri Osman Girgin işğaldan azad edilən Kəlbəcərdən hazırladığı videoreportajda bildirib. 

    Muxalifet2 - 17-12-2020

  18. Sumqayıt Tibb Kolleci “ənənəsinə” sadiq qalıb – Bu şirkətə 30 min manat ayrıldı…

    Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Aktiv-N Ticaret” MMC olub.
    Belə ki, "Aktiv-N Ticaret” MMC Sumqayıt Tibb Kollecinin sifarişilə bu quruma avadanlıqlar satacaq.
    Sumqayıt Tibb Kolleci "Aktiv-N Ticaret” MMC-yə 9 min 950 manat ödəyəcək. Məlumat üçün bildirək ki, "Aktiv-N Ticaret” MMC – 17.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqə elanını 21.10.2020-ci il tarixində elan olunub.

    Muxalifet2 - 17-12-2020

  19. Mədəniyyət Nazirliyi taxta qırıntısı üçün bu şirkətə 60 min manat ödədi – Müəmmalı əməliyyat

    Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 4 lot üzrə keçirilən tender müsabiqələrinin qaliblərinə ümumilikdə 464 min 258 manat 96 qəpik ödəniləcək:

    Muxalifet2 - 15-12-2020

  20. Suqovuşanda 20 erməni əsgərini məhv edən şəhid gizirimiz - FOTO

    44 gün davam edən və böyük qələbəmizlə başa çatan Vətən Müharibəsində qəhrəman Ordumuz şücaət göstərərək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi. Belə qəhrəmanlarımızdan biri də şəhid Niftalı Mehdilidir. 

    Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-cu ildə oranı bitirib. 

    2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-ci ildə xidmətini başa vurub. 

    Muxalifet2 - 17-12-2020

Pages