Rusiyalı zabit Qarabağda ərazini minalardan təmizləyərkən həlak oldu
18-12-2020 23:03
Baxış sayı:
6237

Rusiya ordusunun zabiti Dağlıq Qarabağda - Şuşada ərazinin minalardan təmizlənməsi zamanı həlak olub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"17 dekabrda Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb", - deyə məlumatda bildirilib.
Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.