Mayk Pens xanımı ilə birlikdə peyvənd olundu - VİDEO

Baxış sayı:
1145

ABŞ-ın vitse-prezidenti Mayk Penslə həyat yoldaşı Karen Pens, eləcə də hərbi tibb xidmətinin rəhbəri, vitse-admiral Cerom Adams media nümayəndələrinin iştirakı ilə koronavirusa qarşı peyvənd etdiriblər.

Peyvənd olunma prosesi Ağ Evin saytında canlı yayımlanıb.

“Bu gün biz Karenlə birlikdə Amerika xalqını peyvəndin keyfiyyətinə inandırmaq üçün vaksin etdirmək qərarına gəldik”, - deyə Pens bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirus əleyhinə Pfizer və BioNTech şirkətləri tərəfindən hazırlanan peyvəndin vurulmasına bazar ertəsindən başlanılıb. ABŞ-ın səhiyyə naziri Aleks Azar ay sonunadək 20 milyon, yanvarın sonunadək 50, fevralda isə 100 milyon amerikalının peyvənd olunacağına ümid etdiyini bildirib./qafqazinfo