Axtarış
The search found 105783 results in 0.01 seconds.
Search results
75 il əvvəl itkin düşən cütlüyün qalıqları buzlaqlarda aşkar edildi – ALP DAĞLARINDA
İsveçin Alp dağlarında 75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları kiçik buzlaqlarda aşkar edilib.
Marselin və Fransin Dumolinlər 7 uşaq valideyni olub. Onlar 1942-ci ilin avqust ayının 15-dən bəri itkin idi.
Çütlüyün kiçik qızı Marselin Udri-Dumolin bildirib ki, bütün həyatları valideynlərinin axtarışına sərf edilib. Hazırda 79 yaşı olan həmin xanım bu xəbərin ona rahatlıq verdiyini deyib.
Çütlüyün kimliklərinin müəyyən edilməsi üçün autopsiya və DNT testləri keçiriləcək.Muxalifet2 - 19-07-2017
Ukrayna prezidentindən "Malorossiya keçid dövləti" ideyasına SƏRT REAKSİYA
Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Ukrayna separatçıların işğal etdiyi Donbası oz nəzarəti altına qaytaracaq. O, həmçinin qondarma “Donetsk Xalq Respublikasının” ortaya atdığı "Malorossiya keçid dövləti"nin yaradılması təklifinə də münasibət bildirib.
“Novorossiya” layihəsi tarixə qovuşub. Ukryna Donbas və Krım üzərində suverenliyini bərpa edəcək” - Poroşenkonun bu sözlərini onun mətbuat katibi Svyatoslav Tseqolko öz Twitter səhifəsində yazıb.Muxalifet2 - 19-07-2017
Putin və Tramp arasında daha bir görüş olubmuş - G-20 ÇƏRÇİVƏSİNDƏ
Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilmiş G-20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyr-rəsmi görüş keçiribmiş. Bu barədə “Reuters”ə Ağ Evdəki adı çəkilməyən məmur bildirib.
“The Hill” nəşri də “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri İan Bremmerə istinadən ikinci görüşün keçirildiyini iddia edir. Bremmer prezidentlərin rəsmi danışıqlardan sonra şam yeməyi zamanı təkrar görüşdüklərini bildirib.Muxalifet2 - 19-07-2017
İran ABŞ-ı cavab sanksiyaları ilə HƏDƏLƏDİ
Rəsmi Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini pisləyib və Amerika vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.
Bu barədə ölkə XİN-in bəyanatında bildirilir.
“Tehran, öz növbəsində, İran xalqına və bölgədəki digər müsəlman ölkələrə qarşı düşmən hərəkətlər etmiş ABŞ-ın bir neçə vətəndaşı və şirkətinə qarşı yeni sanksiyalar tətbiq edəcək”, - deyə bəyanatda qeyd olunur. XİN siyahını tezliklə dərc edəcəyini vəd edib.Muxalifet2 - 19-07-2017
ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri - NƏTİCƏLƏR
ÇL-in II təsnifat mərhələsinin cavab görüşləri - NƏTİCƏLƏR
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. İ ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start verilib. Qazaxlar növbəti mərhələyə adlayıblar.
Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nı məğlub edərək, iki oyunda ümumilikdə 6 cavabsız qol vurub və növbəti mərhələyə keçib.
"Vardar" isə "Malmö"nü yarışdan kənarlaşdırıb.
Çempionlar LiqasıMuxalifet2 - 19-07-2017
11 yaşlı qızı maşın vurub - BAKIDA
Uşaq ağır xəsarət alaraq sürücü tərəfindən xəstəxanaya yerləşdirilib
Bakının Binəqədi rayonunda piyada vurulması hadisəsi baş verib.
Xırdalan-Balaxanı yolunda 2006-cı il təvəllüdlü Səfərli Minayə Elçin qızını "Mercedes" markalı avtomobil vurub.
Uşaq ağır xəsarət alaraq sürücü tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sürücü saxlanılıb. Maşın cərimə meydançasına aparılıb.Muxalifet - 19-07-2017
Tramp ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürdü
ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. “RİA Novosti” xəbər verir ki, D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini irəli sürüb.
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür(apa).Muxalifet2 - 19-07-2017
QAZ-24 54 yaşlı kişini vuraraq ÖLDÜRÜB – BİNƏQƏDİDƏ
Bakının Binəqədi rayonu ərazisində piyadanı maşın vuraraq öldürüb.
Biləcəri qəsəbəsində "QAZ-24" markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Ələsgərov Ələddin Musa oğlunu vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilin sürücüsü metal tullantıları yığmaqla məşğul olur.Muxalifet - 19-07-2017
Mosul uğrunda döyüş başa çatdı – İRAQIN BAŞ NAZİRİ TÜRK HƏRBÇİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ
İraqın baş naziri Heydər əl-Abadi Türkiyə hərbçilərini ölkəni tərk etməyə çağırıb.
Bu barədə "Rudaw" telekanalının "Twitter" səhifəsi məlumat yayıb.
O bildirib ki, Mosul uğrunda döyüş başa çatıb.Muxalifet2 - 19-07-2017
ABŞ-ın Rusiyadakı yeni səfiri bəlli oldu - YENİLƏNDİ
Moskvadakı diplomatik missiyaya Con Hantsman rəhbərlik edəcək
Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasının yeni rəhbəri Con Hantsman olacaq.
Bu barədə Amerika KİV-i məlumat yayıb.
Bildirilir ki, diplomat bilavasitə öz vəzifələrinin icrası ilə yanaşı, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcək.Muxalifet - 19-07-2017
18 yaşlı gənc bıçaqlanıb - BAKIDA
Hadisə Azadlıq prospektində baş verib
Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
1999-cu il təvəllüdlü Rəhimov Əli Şahin oğlu Azadlıq prospektində tanışı ilə mübahisə edən zaman bıçaqlanıb.
Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-07-2017
40 yaşlı kişini elektrik cərəyanı vuraraq ÖLDÜRÜB - LERİKDƏ
Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas edə bilməyiblər
Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Bədbəxt hadisə rayonun Günəşli kəndində baş verib.Muxalifet - 19-07-2017
"Qarabağ" "Samtredia"nı məğlub etdi
Matçda yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub
"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia”sının qonağı olub.
Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub. O, cərimə zərbəsindən topu birbaşa tora göndərib. Bununla da hər iki görüşdən qalib ayrılan "Qarabağ" ÇL-nin III mərhələsinə adlayıb.Muxalifet - 19-07-2017
"8 kilometr bazarı"nda kütləvi dava - 4 NƏFƏR...
Bir nəfər ağır xəsarət alıb
Bakının Nizami rayonunda kütləvi dava qeydə alınıb.
27 yaşlı Əliyev Xəqani Mehman oğlu "8 kilometr bazarı"nda 4 nəfər tərəfindən döyülərək ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet - 19-07-2017
60 yaşlı kişini GÜLLƏLƏDİLƏR - BAKIDA
Silahlı insident Xətai rayonunda baş verib
Bakının Xətai rayonu ərazisində silahlı insident olub.
1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsi, ev 14 ünvanında güllələnib.
O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-07-2017
33 yaşlı kişi Mingəçevir su anbarında BATIB – MEYİT AXTARILIR
Onun meyitinin axtarışları davam edir
Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.
Bərdə rayonunun Güloğlular kənd sakini 33 yaşlı Qulu Məmmədov anbarda çimərkən batıb.
Hadisə axşam saatlarında baş verib. O, Bərdədən dostları ilə birlikdə Mingəçevirə çimməyə gəlib. Lakin burada suyun dərin hissəsində çimərkən qəfil yoxa çıxıb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Q.Məmmədov 3 uşaq atasıdır.Muxalifet - 19-07-2017
Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb
Dünən axşamdan batan şəxsin meyiti səhər saatlarında tapılıb.
İyulun 18-də axşam saatlarında Mingəçevir su anbarının 4-cü buxtası deyilən ərazidə Bərdə rayon Güloğlular kənd sakini 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun çimərkən batdığı barədə məlumat əsasında FHN tərəfindən axtarış elan edilib. Səhər saat 8 radələrində meyit xilasedicilər tərəfindən aşkar edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.Muxalifet - 19-07-2017
Yol polisi maşını ilə “avtoş”luq etdi – VİDEO
Üzərində sayrışan işıq və Yol-Patrul Xidməti yazılmış yol polisi avtomobili ilə “avtoş”luq edən sürücünün videosu sosial şəbəkələrdə yayılıb.
"Avtosfer.az" xəbər verir ki, avtomobilin üzərində Azərbaycanın gerbi və Yol-Patrul Xidməti yazısı olsa da, dövlət nömrə nişanı Gürcüstana məxsusdur. Sükan arxasında isə mülkü şəxs var və o, bir neçə dəfə təhlükəli manevrlər edir.
Videonun sonunda danışan gənc bildirir ki, bu, bir film çəkilişi üçün hazırlanan avtomobildir.Muxalifet - 19-07-2017
"Bu ölkə Rusiyaya birləşəcək" – VENEDİKTOV
Malorusiyanın yaradılmasına Kreml xeyir-dua verib.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Exo Moskva” radiosunun rəhbəri Aleksey Venediktov söyləyib.
“Malorusiya”nın yaradılması ilə bağlı tarix elə də pis deyil. Təkcə informasiya məkanından yox, həm də hakimiyyət meydanlarından itən Vladislav Surkov (Rusiya prezidentinin köməkçisi, Novorossiya layihəsinin icraçısı – red.), görünür, məzəli konsepsiya təklif edib. O, gələcəkdə Ukraynanı Rusiyanın tərkib hissəsi edəcək vassal layihəsini işə salıb.Muxalifet - 19-07-2017
Rusiyanın DİL üzərindən İMPERİYA SİYASƏTİ – Ekspert şərhi
Rus dilinin keçmiş SSRİ məkanında ikinci dövlət dili kimi qəbul edilməsi istəyi xalqların suverenliyinə sui-qəsddir.
Bu sözləri Axar.az-a Rusiyanın son zamanlar rus dilindən MDB ölkələrinə təsir vasitəsi kimi istifadə etmək cəhdlərini şərh edən politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya keçmiş SSRİ ərazisində yenidən təsirini bərpa etmək istəyir:Muxalifet - 19-07-2017