ABŞ-ın Rusiyadakı yeni səfiri bəlli oldu - YENİLƏNDİ

Moskvadakı diplomatik missiyaya Con Hantsman rəhbərlik edəcək
 
Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasının yeni rəhbəri Con Hantsman olacaq.
Bu barədə Amerika KİV-i məlumat yayıb.
Bildirilir ki, diplomat bilavasitə öz vəzifələrinin icrası ilə yanaşı, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcək.
Hantsman Amerikanın Yuta ştatının qubernatoru olub, 2009-ci ildən 2011-ci ilədək isə ABŞ-ın Çindəki səfiri vəzifəsini icra edib. KİV-in məlumatına görə, Tramp Hantsmanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid bəsləyir.
***
ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. “RİA Novosti” xəbər verir ki,  D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini irəli sürüb.   
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür(apa).