Axtarış

The search found 105783 results in 0.022 seconds.

Search results

  1. Ağ Ev Trampla Putinin məxfi görüşünü təsdiqlədi

    ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Hamburq şəhrində baş tutan G20 sammitində rəsmi görüşlə bərabər, qeyri-rəsmi formada da bir araya gəliblər.
     
    Bu barədə Ağ Ev məlumat yayıb.
    Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampla Putinin G20 sammiti zamanı qeyri-rəsmi formada görüş keçirdikləri haqqında məlumat yayıb. Görüş şam yeməyi zamanı baş tutub və burada yalnız Rusiya prezidentinin tərcüməçisi iştirak edib. Tərəflər arasında danışıqlar bir saat davam edib.

    Muxalifet - 19-07-2017

  2. Rusiya Qafqazda geniş əməliyyatlara başlaya bilər - Şmuleviç

    Rusiya Qafqazda genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
     
    Bu barədə bəyanatı İsraildən olan politoloq Avraam Şmuleviç söyləyb. O, Rusiyanın Ramzan Kadırovu diktator kimi Çeçenistanın başında saxlamaq istədiyini bildirib.
    Şmuleviçin fikrincə, Rusiya bu addım sayəsində Kadırovu bütün ölkəyə təhdid yaradacaq şəxs kimi təqdim edəcək və bundan öz maraqları üçün istifadə etməyə çalışacaq.

    Muxalifet - 19-07-2017

  3. Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı: “Harda istəsə görüşək...”

    Amerikalı bloqqer və idmançı, aykido və taekvando ustası Benjamin Uittes Rusiya prezidenti Vladimir Putinin cüdo ustası olduğunu şübhə altına alaraq onu “dünyanın istənilən nöqtəsində görüşüb döyüşməyə” çağırıb.
     
    Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin məqaləsində deyilir.

    Muxalifet - 19-07-2017

  4. Daha bir ailə doğma adamından imtinaya məcbur oldu

    Vidadi İsgəndərlinin anası ondan imtina etdi.
     
    Vidadi İsgəndərlinin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət ediblər.
    V.İsgəndərlinin anası Həbibə İsgəndərova və onun qardaşı İsfəndiyar İsgəndərov V.İsgəndərlinin fəaliyyəti ilə bağlı ölkə başçısına müraciət ediblər.
    Məktubda belə deyilir:  “Ailənin üzvü bilərəkdən Azərbaycan barədə şər-böhtan xarakterli məlumatlar və bəyanatlar yayır və bu səbəbdən onlar Vidadini artıq ailə üzvü kimi qəbul etmirlər, belə ki, o, İsgəndərli nəslinin adını ləkələyib”./azadliq.info

    Muxalifet - 19-07-2017

  5. Jurnalistlərin 3-cü binasına 5 milyon ayrıldı

    Jurnalistlər üçün növbəti evin tikintisinə 5 milyon manat ayrılıb.
     
    Bununla bağlı bu gün prezident İlham Əliyev qərar verib. Xatırladaq ki, bu gün jurnalistlər üçün nəzərdə tutulan ikinci evdə mənzil alan jurnalistlərin siyahısı açıqlanıb.

    Muxalifet - 19-07-2017

  6. Tramp Putinlə görüşündən bəhs etdi: "Xeyli zarafat etmişik"

    ABŞ prezidenti Donald Tramp Hamburqda keçirilən "G20" sammiti çərçivəsində Rusiya lideri ilə şam yeməyi barədə məlumat verib.
     
    "Ölkə.Az" xəbər verir ki, bir sıra amerikan mətbuatı bu şam yeməyini iki liderin gizli görüşü adlandırıb.
    Tramp bildirib ki, onun həyat yoldaşı Melaniya şam yeməyi zamanı Rusiya prezidenti ilə yan-yana, masanın digər tərəfində əyləşib: "Artıq desert vaxtı idi. Mən Melaniya ilə salamlaşmaq üçün yaxınlaşdım. Elə fürsətdən istifadə edib Putinlə də salamlaşdım".

    Muxalifet - 20-07-2017

  7. Trampın oğlu, kürəkəni və yardımçısı Senatda Rusiya ilə bağlı ifadə verəcək

    Muxalifet - 20-07-2017

  8. Ev verilən jurnalistlərin SİYAHISI NİYƏ AÇIQLANMADI? - İcrasına başlanılan sərəncamı gizlədirlər! (Müəmma)

     255 jurnalistə ev verilməsi ilə bağlı Prezidentin sərəncamının icrasına başlanılıb.
     
     Rəsmən elan olunmayan məlumata görə, bu dəqiqələrdə jurnalistlərə evlərin paylanması və 3-cü binanın təməlqoyma mərasimi keçirilir. Mərasimdə Prezident İlham Əliyev iştirak edir.

    Muxalifet - 20-07-2017

  9. "Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşdi

    Azərbaycan komandası oyunun hazırlıqlarına başlayıb
     
    Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Moldova “Şerif”i ilə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.
    Qarşılaşma iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra keçiriləcək.

    Muxalifet - 20-07-2017

  10. I və IV ixtisas qruplarının qəbul imtahanının vaxtı açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də 2017/2018-ci tədris ili üçün  ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
     
    İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 191 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2240  nəzarətçi-müəllim cəlb olunacaq.

    Muxalifet - 20-07-2017

  11. Prezident jurnalistlər üçün 3-cü binanın təməlini qoyub

    Bu gün Azərbaycan  jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.
     
    Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

    Muxalifet - 20-07-2017

  12. Türkiyə Almaniya notasının cavabını verdi

    Almaniyalı diplomatların açıqlamaları siyasi nəzakətsizlikdir.
     
    Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:
    "Almanların terrorçuluq ittihamı ilə həbs olunan fəal ilə bağlı açıqlaması Türkiyənin daxili işlərinə müdaxilədir və qəbuledilməzdir".
    Qeyd edək ki, dünən Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb alman vətəndaşı Peter Steudtnerin Türkiyənin Böyükada bölgəsində saxlanılması olub. Türk səfirə Berlin hökumətinin etiraz notası təqdim olunub.

    Muxalifet - 20-07-2017

  13. ABŞ Əsədə qarşı savaşan müxaliflərə dəstəyini ləğv edir

    ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən və Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşan müxalifləri tədris və silahla təmin edən proqramı ləğv edəcəyi açıqlanıb.
     
    Tramp bu qərarı təxminən 1 ay öncə qəbul etmişdi.

    Muxalifet - 20-07-2017

  14. Türkiyədən “Malorossiya”ya sərt münasibət

    Türkiyə Xarici İşlər Nazirliyinin spikeri Hüseyn Müftioğlu Ukraynanın şərqində separatçı qüvvələrin yeni dövlət qurması qərarına Türkiyənin mövqeyini açıqlayıb.
     
    Spiker məsələ barədə sərt çıxışlar edib və yeni dövlət yaradılmasını Ukrayna torpaqlarının bütövlüyünün pozulması kim qəbul edib.
    O bildirib ki, bu növ separatçılıq tərəflər arasında qarşılıqlı anlaşmaları çıxılmaz istiqamətə aparır. Buna görə də Türkiyə başda Minsk qrupu olmaqla, bu məqsədə yönəlmiş bütün sülh tərəfdarlarını hər zaman dəstəkləyəcək.

    Muxalifet - 20-07-2017

  15. Azərbaycanlı deputatdan İran prezidentinə TƏLƏB: "Nazirlərin çoxu Türk olmalıdır"

    İran əhalisinin 50 faizi Azərbaycan dilində danışır.
     
    Bunu İran parlamentində çıxışı zamanı Urmiyadan olan azərbaycanlı millət vəkil Nadir Qazipur söyləyib. Onun fikrincə, İran məktəblərində və universitetlərində türk dili tədris olunmalı, nazirlərin çoxu türk olmalıdır:

    Muxalifet - 20-07-2017

  16. Rusiya S-500-ləri orduya verir

    Rusiya ordusu 2020-ci ildə S-500 zenit raket sistemləri alacaq.
     
    Bunu jurnalistlərə açıqlamasında Rusiyanın “Almaz-Antey” konserninin direktor müavini Vyaçeslav Dzirkaln söyləyib. O, S-500-ün artıq sınaqlardan uğurla keçdiyini bildirib.
    Qeyd edək ki, S-500 Rusiyanın ən müasir zenit raket kompleksləri sayılır. Bu kompleks 600 kilometr məsafədəki bütün hədəfləri yox etməyə qadirdir. S-500-lər həmçinin eyni anda səsdən sürətli olan 10 raketin qarşısını almaq gücündədir.

    Muxalifet - 20-07-2017

  17. Abituriyentlərdən zəif nəticə - MÜQAYİSƏ

    Qəbul imtahanlarında 1-ci və 2-ci imtahanda ən yüksək bal toplayan abituriyentlərin sayı məlum olub.
     
    Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib. K.Əsədov bildirib ki, bu il II qrup üzrə keçirilən 1-ci imtahanda 286 abituriyent 600-dən yuxarı bal toplayıb, ikinci imtahanda 600-dən yuxarı bal toplayanların sayı isə 412 nəfər olub:

    Muxalifet - 20-07-2017

  18. "Azərtelekom"un rəhbəri dəyişdi

    Azərtelekom MMC-nin rəhbəri dəyişib.
     
    Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.
    F. Allahverdiyev açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

    Muxalifet - 20-07-2017

  19. "İran terrorizmin sponsorudur" – ABŞ-dan SENSASİON HESABAT

    İran 2016-cı il ərzində terrorizmin aparıcı sponsoru olaraq qalıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiya ABŞ Dövlət Departamentinin hesabatında yer alıb. Hesabatda Tehranın dəstəklədiyi qruplaşmaların hələ də ABŞ və onun müttəfiqləri üçün təhdid olduğu bildirilib.
    Vaşinqton Hizbullaha tətbiq edilən sərt maliyyə sanksiyalarının belə onun gücünə az təsir etdiyini etiraf edib. Sənəddə, həmçinin, İranın İraq, Suriya və Yəməndə qeyri-stabilliyin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.

    Muxalifet - 20-07-2017

  20. "Lider-55" toyuqları satışa çıxarılır

    Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən ətlik istiqamətli Lider-55 adı verilən yeni toyuqlar 10 gündən sonra satışa çıxarılacaq.
     
    Bu barədə Azərtac-a Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Məmmədov məlumat verib.

    Muxalifet - 20-07-2017

Pages