Axtarış
The search found 105783 results in 0.01 seconds.
Search results
18 yaşlı oğlan kanalda boğuldu
Qusarda rayonunda bədbəxt hadisə qeydə alınıb.
Hadisə rayonun Əniğoba kəndində baş verib. Kənd sakin 18 yaşlı Akif Allahyarov kanalda üzünü yumaq istəyərkən suya düşüb. Epilepsiya xəstəsi olan gənc kanalda boğulub.
Faktla bağı Qusar rayon Prokurorluğunda araşdırma aparılır./apa
Muxalifet - 17-07-2017
700 bal toplayan qızlarla bağlı maraqlı FAKTLAR -FOTO
Bakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuPost.az-a verilən məlumata görə, 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.Muxalifet - 17-07-2017
ABŞ təmas xəttində kəşfiyyat toplayır - “300 KİLOMETR RADİUSDA…”
ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsi Ukraynanın Donbas bölgəsi üzərində növbəti kəşfiyyat uçuşunu həyata keçirib.
Muxalifet.az xəbər verir ki, bu haqda Rusiyanın “Korrespondent” nəşri hərbi aviasiyanın uçuşlarını izləyən qərb saytlarına istinadən yazıb.Muxalifet2 - 17-07-2017
“SOCAR böyük borc yükü altındadır” - RÖVŞƏN AĞAYEV
“SOCAR-ın xarici valyutada borcları 11 milyard dollardan çoxdur”
Muxalifet2 - 17-07-2017
Luqanskdan Kiyevə gedən azərbaycanlı iş adamı yoxa çıxıb
Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib.
Luqanskda yaşayan azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.Muxalifet - 17-07-2017
Bakıda avtomobil qadını vurub
Bakıda maşın yoldan keçən şəxsi vurub.
DİN-in saytının verdiyi məlumata görə, iyulun 15-də saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini Elvin Ağayev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən paytaxt sakini Tamara Selinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 17-07-2017
2 avtomobil toqquşdu – 1 nəfər öldü, 1 yaralı – XIZIDA
Xızı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in saytının verdiyi məlumata görə, iyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasif Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub. Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 17-07-2017
Erməni zabitdən VƏHŞİLİK: Əsgəri özünə qəbir qazmağa məcbur edib
İşğal altında olan Dağlıq Qarabağda yerləşmiş Ermənistan ordusunun bölmələrindən birində hərbçilər arasında atışma baş verib və bunun nəticəsində, bir zabit və müddətli xidmət edən əsgər yaralanıb.
Bu barədə sosial şəbəkələrin erməni seqmentində istifadəçilər yazıb.
Hadisəyə səbəb kimi müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin möhkəmləndirilməsi üzrə mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.Muxalifet - 17-07-2017
Əlində qılınc Təzəpir məscidinə girən şəxslə bağlı YENİ MƏLUMAT
İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.Muxalifet - 17-07-2017
“Məni deputat toxunulmazlığını götürmədən həbs etdilər” - İSA QƏMBƏR
İsa Qəmbərlə bu dəfəki söhbətimiz başqa söhbətlərə bənzəməz. Sıradan bir söhbət deyil çünki. Bu dəfə Müsavatın keçmiş başqanı ilə 24 il bundan əvvəl baş vermiş bir hadisə haqqında danışdıq.
Muxalifet - 17-07-2017
Məcburi köçkünlər “Qaçqınkom”un qarşısına toplaşdı- "7 AYDIR Kİ, SƏFALƏT İÇİNDƏ YAŞAYIRIQ" - FOTO
“İşğaldan əvvəl dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayıb. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb”.
Muxalifet - 17-07-2017
Müxalifət Taarif Şurasının qərarına etiraz etdi - "QƏRARIN DƏRHAL LƏĞV EDİLMƏSİNİ TƏLƏB EDİRİK"
Bu gün KXCP sədri Mirmahmud Mirəlioğlunun, AXP sədri Pənah Hüseynin, ADP sədri Sərdar Cəlaloğlunun, Azadlıq Partiyasının sədri Əhməd Orucun, BAP sədri Elşad Musayevin, VİP sədri Əli Əliyevin və Ağ Partiyanın sədri Tural Abbaslının iştirakı ilə siyasi partiya rəhbərlərinin növbəti görüşü keçirilib.
Muxalifet.az xəbər verir ki, partiya rəhbərləri ölkədə mövcud ictimai-siyasi durumu müzakirə edib.Muxalifet2 - 17-07-2017
"Ləyaqət qanunları" ləyaqətləri, yoxsa hökumətləri qoruyur?
"Economist" yazır ki, Birmanı mülki hakimiyyət sisteminə qaytaran 2015-ci ilin seçkisindən bir ay əvvəl Maung Saungkha adlı bir şair Facebook səhifəsində bir şeir parçası yerləşdirmişdi. Şeirdə deyilirdi ki, "şair öz cinsiyyət orqanina cənab prezidentin portretini döydürüb və bundan sonra sevgilisi ilə arası dəyib".
Bundan az sonra şair prezident Teyn Seynin "ləyaqətini təhqir etdiyinə görə" 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.Muxalifet - 17-07-2017
"Rusiyanın mövqeyi dəyişmədikcə, bu təşəbbüsün nəticə verəcəyi sual altındadır" - POLİTOLOQ
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə gündəliyə ciddi məsələlər qoyulmalıdır.
Bu sözləri politoloq Qabil Hüseynli deyib. O, ATƏT-in təşkil etdiyi xarici işlər nazirlərinin görüşlərində istənilən nəticələrin alınmadığını diqqətə çatdırıb:Muxalifet - 18-07-2017
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc DOSYE
200 milyon dollarlıq korrupsiya faktları ortalıqda; metropolitenin sabiq rəisi sualları dinləyib susur...
Keçmiş MTN generalı Akif Çovdarov məhkəmədə YAP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun korrupsiya əməlləri barədə son dərəcə ilginc və detallı məlumatlar açıqlayıb.
A.Çovdarovun açıqladığı faktlara T.Əhmədov ümumi sözlərlə münasibət bildirib, yalan olduğunu deyib. Amma bu da mümkün olmayıb. Mövzu günlərdir ki, gündəmdədir.Muxalifet - 18-07-2017
Tanınmış jurnalist təzyiqlərlə üzləşib – ONU HƏDƏLƏYİRLƏR
Müxalifet.az saytının əməkdaşı Amid Həsənova qarşı təzyiqlər davam edir. Qeyd edək ki, əməkdaşımız son günlər naməlum şəxslər tərəfindən izlənilir və ona gizli nömrələrdən təhdid xarakterli zənglər edilir.Muxalifet2 - 18-10-2016
General generaldan pul alırmış... - ŞOK İDDİA
Son günlər baş verən proseslərdən maraqlı məqalar orataya çıxır.
Muxalifet - 18-07-2017
Asfalt zavodunun fəhləsi iş zamanı öldü - FOTO
Masallı rayonunun Yeddi Oymaq kəndində yerləşən asfalt zavodunda fəhlə iş zamanı ölüb.
Zavodda elektrik işləyən, Yardımlı rayon sakini, 1958-ci il təvəllüdlü Əfsər Hüseynov iş zamanı qəza keçirib və ağır bədən xəsarətləri alıb. Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet - 18-07-2017
Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərin dərs yükü az olacaq - Nazirlik
Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.
Muxalifet - 18-07-2017
Tapança satan TUTULDU
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 18-07-2017