Axtarış
The search found 105783 results in 0.021 seconds.
Search results
Müsavat üzvü keyfiyyətli müdafiədən məhrum olunur
Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın işi üzrə hazırlıq iclası keçirilib.
Bu barədə müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
Müdafiə tərəfi hazırlıq iclasında bir sıra vəsatət qaldırıb. Vəsatətlərdən biri təqsirləndirilən şəxsin vəkillərilə bir yerdə oturması barədə olub. Dövlət ittihamçısı "vəkil təqsirləndirilən şəxsin düşüncələrinə təsir edə bilər" deyərək vəsatəti təmin etməyib.Muxalifet - 18-07-2017
Usta seyf oğrusu çıxdı
Yasamal rayonu ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, izahatında hadisənin iyulun 15-də baş verdiyini, lakin aradan ötən müddətdə öz axtarışlarının nəticə vermədiyini bildirib.Muxalifet - 18-07-2017
Kür çayında boğulan ata və oğuldan birinin meyiti tapılıb - YENİLƏNİB
Meyitlərin tapılması istiqamətində axtarışlar davam etdirilir
Hacıqabul rayonunda Kür çayında boğulan ata-oğuldan birinin meyiti sudan çıxarılıb.
Bu gün hadisə yerinə cəlb olunan FHN-nin dalğıc-xilasedicilərinin axtarışları müsbət nəticə verib. Çayda boğulan 43 yaşlı Bəxtiyar Ağavəli oğlu Ağavəlizadənin meyiti batdığı yerdən 10-15 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Qeyd edək ki, 15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun axtarışları davam edir.Muxalifet - 18-07-2017
Ağsuda AYI insanlara hücum edib
Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb
Ağsu rayonunda ayı kənd sakinlərinə hücüm edib.
Rayonun Dilman kənd sakinləri Məlik Məmmədov və Behbud İsgəndərov kəndin yaxınlığındakı otlaqda iribuynuzlu mal-qaranı otararkən ayının hücumuna məruz qalıblar. Kənd sakinləri özlərini müdafiə etsələr də naxıra girən ayının qarşısını ala bilməyiblər. Ayı iki iribuynuzlu heyvanı parçalayaraq öldürüb və bir neçəsini isə yaralayıb.Muxalifet - 18-07-2017
Kürdə batan ata və oğlunun meyiti tapılıb - YENİLƏNİB
Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin meyiti tapılıb.
43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəridin meyiti sudan çıxarılıb./apaMuxalifet - 18-07-2017
Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, generalı Akif Çovdarovun kassasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib.Muxalifet - 18-07-2017
İran XİN: “Səudiyyə ilə döyüşmək məcburiyyətində deyilik”
"Yəməndə, Suriyada razılaşmasaq da, böhranlara son vermək üçün Səudiyyə Ərəbistanı ilə başqa istiqamətlərdə birlikdə çalışa bilərik".
Bu sözləri jurnalistlərə açıqlamasında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
“Döyüşmək məcburiyyətində deyilik. İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqdən bir-birini xaric etməməlidir”, – deyə nazir bildirib.Muxalifet - 18-07-2017
DYP-dən polislə dalaşan qadınlarla bağlı - Açıqlama
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda qadınla yol polisi əməkdaşları arasında yaranmış mübahisəyə aydınlıq gətirib.
Muxalifet - 18-07-2017
Goranboyda ağır yol qəzası – 5 nəfər yaralanıb
Goranboyda ağır avtomobil qəzası baş verib.
Hadisə axşam saatlarında rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb. Onlardan 4-nün qadın olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların arasında ağır vəziyyətdə olanlar da var.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-07-2017
Tblisidə "Samtredia" fanatları "Qarabağ" azarekşlərinə hücum ediblər
Xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına Dinamo stadionunun önündə yaşanıb
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.
Xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.Muxalifet - 18-07-2017
Türkiyə S-400-lər üçün Rusiyadan kredit alacaq
Rostexin baş direktoru: Texniki məsələlərin müzakirəsi yekunlaşıb
"Çox guman ki, Türkiyə S-400 raket sisteminin alınması üçün lazım olan vəsaitin bir qismini Rusiyadan borc alacaq."
TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə MAKS-2017 aviasalonunda verdiyi müsahibədə "Rostex"in Baş direktoru Sergey Çemezov deyib.Muxalifet - 18-07-2017
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib.
“Associated Press”-in verdiyi xəbərə görə, sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib.
Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunur. Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib.Muxalifet - 18-07-2017
Ucarda avtomobil aşıb, sürücü yaralanıb
Ucarda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.
Rayonun Rəstəcə kənd sakini, 1979-cu il təvəllüdlü Rza Cavad oğlu Əliyevin idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif xəsarətlər alıb. O, Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.Muxalifet - 18-07-2017
Avtomobil yol polisini vuraraq qaçıb - MASALLIDA
Masallıda avtomobil yol polisini vuraraq qaçıb.
Muxalifet - 18-07-2017
Kişi arvadı tərəfindən bıçaqlandı - GƏNCƏDƏ
Gəncədə bıçaqlanma olub.
Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, B. Ağayev yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).Muxalifet2 - 18-07-2017
Goranboyda qadın sürücü qəza törətdi – ÖLƏN VƏ YARALANANLAR VAR - YENİLƏNİB
Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilib.
APA-nın xəbərinə görə, ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır.
Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet2 - 18-07-2017
Çörək sexinin sahibi şərikinin dayısı tərəfindən bıçaqlandı - AĞDAŞDA
Ağdaş rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon mərkəzində çörək sexlərindən birinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Ağdaş şəhər sakini Məmmədov Valeh Məmməd oğlu çalışdığı sexin yaxınlığında bıçaqlanaraq ağır xəsarət alıb. O baş, boyun və üz nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, Valeh Məmmədov çörək sexinin sahibi olan dostu ilə şərikdir. Elə hadisəni dostunun əvvəllər məhkum olunmuş dayısı törədib.Muxalifet2 - 19-07-2017
""Qarabağ"da Reynaldonu əvəzləyəcək futbolçular var" - ALMEYDA
"İlk oyunda böyük hesabla qalib gəldiyimiz üçün rəqibin istəkli olacağını, matçın çətin keçəcəyini bilirdik".
"Report"un Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ" komandasının yarımmüdafiəçisi Riçard Almeyda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Gürcüstan təmsilçisi "Samtredia" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.
-Əvəzlənməyiniz nə ilə bağlı idi?Muxalifet2 - 19-07-2017
23 yaşlı qız küçədə bıçaqlandı – TANIMADIĞI ŞƏXS TƏRƏFİNDƏN
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Belə ki, axşam saatlarında Maştağa qəsəbəsindəki küçələrdən birində Pərvanə adlı 23 yaşlı qadın tanımadığı şəxs tərəfindən bir neçə bıçaq xəsarəti alıb.
O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 19-07-2017
Rusiyada zənginlərdən 500 mlrd. rubl "almaq" təklif olundu - "KRİZİSƏ ÇARƏ"
Rusiya İctimai Palatasının katibi Valeriy Fadeyev Dövlət Dumasında zəngin ev təsərrüfatlarının xəzinəyə 500 mlrd.rubl və ya 8,3 mlrd. ABŞ dolları ödəmədiklərini bildirib.
"Gazeta.ru" xəbər verir ki, o, çıxışında "Rusiyada həqiqətən çox zəngin 200-300 min adam var: "Bunlar maaşı orta sinif kimi 500 min-1 mln. rubl (8300-16600 dollar) olan insanlar deyil. Çox bahalı maşın, böyük ev, xaricdə mülkləri olan insanlardır. Hesablamalarımıza görə, bu zənginlər xəzinəyə 500 mlrd. rubl az ödəyirlər."Muxalifet2 - 19-07-2017