40 yaşlı kişini elektrik cərəyanı vuraraq ÖLDÜRÜB - LERİKDƏ
19-07-2017 08:57

Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas edə bilməyiblər
Lerikdə 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Bədbəxt hadisə rayonun Günəşli kəndində baş verib.
40 yaşlı kənd sakini, Şərifov Müzəffər Şahvəli oğlu yaşadığı evin hamamında kustar üsulla düzəldilmiş qızdırıcı ilə ehtiyatsız davranıb. Elektrik enerjisinin kəsildiyindən xəbərsiz olan M.Şərifov qızdırıcının naqilində problem olduğunu düşünüb. Xətti təmir etmək istəyəndə enerji verilişi bərpa olunub. Nəticədə cərəyan onu vurub. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas edə bilməyiblər.