Axtarış

The search found 105783 results in 0.072 seconds.

Search results

  1. 3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü başlayıb.
     
    Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edir.
    Nazirlər üç ölkə arasında əməkdaşlığın perspektivlərini və digər aktual məsələləri müzakirə edəcəklər.
    Görüşdən sonra XİN başçılarının birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

    Muxalifet - 19-07-2017

  2. 60 yaşlı kişinin güllələnməsi yalan çıxdı? - YENİLƏNİB

    İyulun 19-da bəzi internet saytlarda Bakının Xətai rayonu ərazisində silahlı insident olması, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlunun Naximov küçəsində evdə güllələnməsi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
     
    Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, həmin şəxs hazırda evindədir, sağ-salamatdır və onun haqqında yalan məlumatlar yayan saytları məhkəməyə verməyə hazırlaşır.

    Muxalifet - 19-07-2017

  3. Gürcüstan sərhəd xəttini 200 metr irəli çəkib? – DSX-dən AÇIQLAMA

     “Bu məlumatlar həqiqətə uyğun deyil”
     
    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib.
    DSX-nın Mətbuat Mərkəzindən bildirilib ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.

    Muxalifet - 19-07-2017

  4. Zaqatalada canavarlar yeniyetməyə hücum edib

    Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.
     

    Muxalifet - 19-07-2017

  5. Jurnalistlərin siyahısı bu saytdan açıqlanacaq

    Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.
    Muxalifet.az Turkustan.info-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.
    Siyahı fondun rəsmi internet səhifəsi olan http://kivdf.gov.az/ saytından elan olunacaq.
    Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah – iyulun 20-də təqdim ediləcək.

    Muxalifet2 - 19-07-2017

  6. Sevinc Osmanqızı MeydanTV-dən ayrıldı - FOTO

    ANS-in tanınmış simalarından olan Sevinc Osmanqızı Meydan TV-dən ayrılıb.
     
    BakuPost.az xəbər verir ki, bu barədə S.Osmanqızı özü feysbuk səhifəsində elan yerləşdirib.
    Jurnalist fəaliyyətini sosial şəbəkələrdə davam etdirəcəyini açıqlayıb.
    Qeyd edək ki, görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyevin qızı olan Sevinc Osmanqızı uzun müddət ANS TV-də çalışıb.

    Muxalifet - 19-07-2017

  7. ABŞ prezidenti: "Putinlə iki dəfə görüşməmişəm"

    ABŞ prezidenti növbəti dəfə Amerika mətbuatının xəbərlərindən narazı olduğunu bildirib.
     
    ABŞ mətbuatı Trampın "G20" sammiti çərçivəsində Rusiya lideri Putinlə ikinci dəfə gizli görüşü barədə məlumat yayıb. Tramp isə Tvitter hesabında məsələyə münasibət bildirib.

    Muxalifet - 19-07-2017

  8. Fransalı jurnalistlər Azərbaycan qanunlarını heçə saydı

    Fransalı jurnalist qrupu Dağlıq Qarabağa qanunsuz səfər edib.
     
    Ermənistan KİV xəbər verir ki, “France Culture”, “Le Dauphine Libere” və s. nəşrlərin əməkdaşları Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyandan müsahibə alıb.
     Fransalı jurnalistlər bu haqda materialları öz jurnallarında və qəzetlərində yerləşdiriblər.

    Muxalifet - 19-07-2017

  9. “Elçibəyin adının əbədiləşdirilməsi üçün müraciət edəcəm” – Elçibəyin qardaşı

     “Avqustun 15-dən sonra Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı müraciət edəcəyəm. İndi kimisə yerində tapmaq olmur. Bu məsələ neçə vaxtdır ki, uzanır. Görək sonu necə olacaq”.
     
    Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib.
    Almurad Əliyev indi onunla heç kəsin maraqlanmadığından da söz açıb.

    Muxalifet - 19-07-2017

  10. Akif Çovdarov kimlərə mesaj göndərdi?

    Bu günlərdə mühakimə olunan MTN-in keçmiş  zabiti Akif Çovdarov sensasion açıqlama ilə çıxış edərək AP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun əmlakını,hansı yolla sərvət toplamasına aydınlıq gətirmişdi.
     

    Muxalifet - 19-07-2017

  11. ​ Əbülfəz Qarayev səfir gedir? - SENSASİON İDDİA

    Ölkə də başlanan islahatlar əhatə dairəsini genişləndirməkdədir.
     
    10may.az saytına daxil olan məlumata görə, yaxın günlərdə Əfülfəz Qarayev Azərbaycanın Rusiyadakı səfiri postuna gətiriləcək. Hazırda səfir olan Polad Bülbüloğlu isə diplomatik fəaliyyətinə xitam verib, YUNESKO-da baş katib kimi fəaliyyət göstərəcək.
    Xatırladaq ki, onun baş katib seçilməsi kifayət qədər realdır.

    Muxalifet - 19-07-2017

  12. Roqozin Putinin dondurma təklifindən imtina etdi – VİDEO

    Jukovskdakı sərgidə Rusiya Prezidenti Vladimir Putindən dondurmanı qəbul etməyən baş nazirin müavini Dmitri Roqozin bunun səbəblərini açıqlayıb.
     
    Jurnalistlərə açıqlama verən Roqozin bunu özünü formada saxlaması ilə əlaqələndirib:
    "Dondurma çox dadlıdır. Ancaq sabiq professional idmançı kimi gərək çəkimi qoruyum".

    Muxalifet - 19-07-2017

  13. Canavarın yaraladığı 16 yaşlı Ramizin həkimindən- AÇIQLAMA

    Canavar dişləyən Ramizin vəziyyəti yaxşıdır.
     
    Bu sözləri Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi Şamil Xalbayev Teleqraf.com-a açıqlamasında deyib.

    Muxalifet - 19-07-2017

  14. Türkmənistan prezidenti Azərbaycana gəlir

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gələcək.
     
    Bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə deyib.
    Nazir qeyd edib ki, səfərin yaxın zamanda baş tutması planlaşdırılır.

    Muxalifet - 19-07-2017

  15. Trampın kürəkəninə Kremlə görə ETİMADSIZLIQ

    Ağ Ev rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüşdə iştirak edən ABŞ prezidentinin kürəkəni və məsləhətçisi Cared Kuşnerin məxfi informasiyaya girişdən məhrum ediləcəyindən ehtiyat edib.
     
    Bu haqda Ağ Ev administrasiyanın anonim məmuruna istinadən CNN telekanalı bildirib.

    Muxalifet - 19-07-2017

  16. Yəhudilər məscidə gələn müsəlmanı gülləbaran etdi - VİDEO

    Müsəlmanların ilk qibləsi Fələstində yerləşən Əl Aqsa məsçidinə getmək üçün mübarizə aparan əliyalın müsəlmanı yəhudilər gülləbaran edib.
     
    Təxminən 5-6 yəhudi müsəlmanı eyni anda atəşə tutublar.
    Görüntüləri qeydə alın şəxs “Allahu əkbər” deyə qışqırıb.

    Muxalifet - 19-07-2017

  17. Putin gedir, mən isə SSRİ-ni bərpa edəcəm - Jirinovski

    Rusiya Prezidenti Vladimir Putin 2018-ci il seçkisində məğlubiyyət riskinin böyük olması ucbatından iştirak etməyəcək.
     
    Bunu “Komsomolskaya Pravda” radiosuna müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.
    “Ədalətli seçkilər olsa, Putin qələbə qazana bilməz. İnsanlar artıq başqa şəxsi prezident görmək istəyirlər. Əgər qələbə qazansam, Rusiyanın sərhədlərini SSRİ sərhədlərinə çatdıracağam”, – deyə o bildirib.

    Muxalifet - 19-07-2017

  18. Rusiya-Amerika görüşü çətin olub - ABŞ

    ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Amerika və Rusiya nümayəndələri arasında görüş olduqca çətin keçirilib. Bildirilib ki, hələ görüləcək çox iş var.
     
    Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət katibinin müavini Tomas Şannonun görüşü Moskvada baş tutub.
    Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında deyib: “Biz ümid edirik ki, bizim amerikalı həmkarlarımız müəyyən siyasi müdriklik və siyasi iradə nümayiş etdirəcəklər”.

    Muxalifet - 19-07-2017

  19. Əli Həsənovla Elçin Quliyev quda oldu

    Azərbaycanda daha iki yüksək vəzifəli məmur bir-biri ilə quda olub.
     
    Axşam.az xəbər verir ki, bir neçə gün öncə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub.
    Onların toy məclisi Binə Atçılıq Mərkəzində keçirilib.

    Muxalifet - 19-07-2017

  20. FETÖ-nun müsadirə edilən sərvətinin həcmi AÇIQLANDI - 48 MİLYARD...

    1 il əvvəl Türkiyədə hərbi yolla dövlət çevrilişi törətməyə cəhd edən FETÖ təşkilatına məxsus nəhəng sərvət dövlət büdcəsinin nəzarətinə keçib.
     
    Sözcü.com.tr xəbər verir ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasına daxil olan "FETÖ ilə mübarizə hesabatı”nın maliyyə bölümündə qeyd edilir ki, təşkilatın bütün pul toplama kanalları bağlanıb. Eyni zamanda təşkilatın nəzarətində olan 7,5 milyard lirəlik daşınar əmlak, 41 milyard lirəlik şirkət əmlakları dövlətin nəzarətinə keçib. Qeyd edilib ki, bu pul ilə 10 ədəd Avrasiya tuneli də tikmək mümkündür.

    Muxalifet - 19-07-2017

Pages