Axtarış
The search found 105783 results in 0.011 seconds.
Search results
42 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
İyulun 19-da Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50% olacaq.Muxalifet - 18-07-2017
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq – SİYAHI SABAH AÇIQLANACAQ
"Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək".
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:Muxalifet2 - 18-07-2017
"Üçüncü bina da 255 mənzilli olacaq" – VÜQAR SƏFƏRLİ
"Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihə davamlı olacaq.Muxalifet2 - 18-07-2017
Milli Şura xalqa çağırış etdi - "KÜTLƏVİ, DİNC, ARDICIL MÜBARİZƏ BARƏDƏ DÜŞÜNÜN"
Azərbaycanda benzinin növbəti dəfə bahalaşması ilə bağlı Milli Şura etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:
“İyulun 14-də Azərbaycan hökuməti ölkədə benzinin qiymətini yenidən bahalaşdırdı. Tarif Şurasının qərarı ilə 92 markalı benzinin 1 litri 70 qəpikdən 90 qəpiyə qaldırıldı.Muxalifet - 18-07-2017
Rüşvət verənlərin rüşvət alanlardan çox olduğu ÖLKƏNİN PORTRETİ
Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin mətbuata açıqlamasında naraqlı bir məqam olub. Baş idarə rəisinə görə, ölkədə rüşvət vermə cinayətləri rüşvət almaq cinayətlərindən çox imiş.
Muxalifet - 18-07-2017
“Qida təhlükəsizliyi ciddi problem olaraq qalır”
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində qida təhlükəsizliyindən və istehsalçıların hüquqlarının qorunmasından danışıb.
– Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqları necə qorunur? Qida məhsulları gigiyenik normalara cavab verirmi?Muxalifet - 18-07-2017
"Sərt maliyyə siyasəti iqtisadi vəziyyəti daha da ağırlaşdırır" - EKSPERT
Samir Əliyev
Muxalifet - 18-07-2017
“S-400-lərlə bağlı müqavilə imzalanacaq” – Müdafiə naziri
Türkiyə Rusiya ilə S-400 zenit-raket sistemlərinin alışı haqqında müqavilə imzalamağa yaxındır.
Trend-in məlumatlına görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
Nazir qeyd edib: "Biz sənəd imzalanmasının yekun mərhələsindəyik, heç bir problem müşahidə olunmur. İmzalanmanın vaxtını deyə bilmərəm, lakin bütün çətinlikləri arxada qoymuşuq".
Xatırladaq ki, ayın əvvəlində F.İşık Türkiyənin S-400-lərin alışının maliyyələşdirilməsi məsələsi üzərində işlədiyini bildirmişdi.Muxalifet - 18-07-2017
“Qardaşının həbsi Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək” - PREZİDENTİN SÖZÇÜSÜ
“Prezidentin qardaşı və müşaviri Hüseyn Fereydunun həbsi prezident Həsən Ruhaninin iradəsinə təsir göstərməyəcək və onu yolundan döndərməyəcək”.
Bunu prezidentin müavini və dövlət sözçüsü Məhəmmədbağır Nobəxt keçirdiyi mətbuat konfransında deyib.Muxalifet - 18-07-2017
Vitse-prezident: "Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək"
Sizə söz verirəm ki, gün gələcək, prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkə Prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə dair fikrini təsdiqləyib.
Bu barədə "Qazeta.Ru" xəbər verir.
"Sizə söz verirəm ki, gün gələcək, Prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. Məsələ yalnız zamana bağlıdır", - "Christians United for Israel" sammitində çıxışı zamanı M.Pens deyib.Muxalifet - 18-07-2017
Avtomobildən 8 min manat oğurlandı - BAKIDA
Bakıda avtomobildən oğurluq olub.
Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, C.Məmmədquluzadə küçəsi ev 326 ünvanın qarşısında dayanmış “Hyundai” markalı avtomobildən cibində 8 000 manat pul olan gödəkçə oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-07-2017
Kür çayında ata-oğulun boğulmasının TƏFƏRRÜATI
Meyitlərin tapılması istiqamətində axtarışlar davam etdirilir
Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.
Hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.Muxalifet - 18-07-2017
34 yaşlı kişi özünü 17-ci mərtəbədən atdı - BAKIDA
Bakıda 34 yaşlı kişi intihar edib.
1983-cü il təvəllüdlü Cəlal Qazanov özünü Yasamal rayonunda yeni tikilmiş hündürmərtəbəli binalardan birinin 17-ci mərtəbəsindən atıb.
C.Qazanov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı istintaq aparılır.Muxalifet - 18-07-2017
Tramp İngiltərə səfərindən niyə imtina etdi? – İlginc SƏBƏB
London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın İngiltərəyə gözlənilən səfəri ilə bağlı açıqlama verib.
O, Trampın ayaqları altına qırmızı xalı sərilməyəcəyini bildirib.
CNN telekanalına danışan Xan Trampın siyasətinin bir sıra ölkələr tərəfindən qəbul edilmədiyini bildirib.
Qeyd edək ki, Böyük Britaniya Baş naziri Tereza Mey Trampı ölkəsinə səfərə dəvət etmişdi. Ancaq ABŞ prezidenti səfərdən imtina edib.Muxalifet - 18-07-2017
Fransadan Rusiyaya “Malorusiya” çağırışı
Rusiyanı “Malorusiya” məsələsini qınamağa çağırırıq.
Bu sözləri Fransanın Xarici İşlər naziri Aqnes Romate-Espan deyib. Minsk razılaşmasının münaqişənin yeganə həll yolu kimi beynəlxalq aləmdə qəbul olunduğunu deyən nazir bildirib:
“Biz Rusiyanı Minsk danışıqlarında razılaşdırılmış şərtləri pozan bu qərarı qınamağa çağırırıq. Rusiya konfliktin həll edilməsi üçün səylərini artırmalıdır”.Muxalifet - 18-07-2017
Rusiyanın “Malorossiya” layihəsinə Almaniyadan təpki
Ukraynada “Malorusiya” adlı kvazidövlətin yaradılması qəbuledilməzdir.
Bu barədə bəyanatı Almaniya Federal Hökuməti yayıb.
“Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko Ukrayna haqqında danışmaq haqqına sahib deyil. Ümid edirik ki, Rusiya bu addımı dərhal pisləyəcək və Malorusiyanı tanımayacaq”, – deyə bəyanatda bildirilib.Muxalifet - 18-07-2017
Təcridxanada Gözəl Bayramlının səhhəti pisləşib
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib.
Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.
İyulun 17-də o, təcridxanada G.Bayramlıya baş çəkib.
“Gözəl Bayramlı osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Artıq dizində iltihab yaranıb, ayağını qatlaya bilmir. Bu səbəbdən çətinliklə yeriyir”, – Z.Sadıqova Turan-ın müxbirinə bildirib.
Vəkilin sözlərinə görə, G.Bayramlı təcridxanada effektiv müalicə almır.Muxalifet - 18-07-2017
Cəzasının üçdə-ikisini çəkən məhbuslar azadlığa çıxacaq
“Bu, siyasi məhbuslara da şamil olunacaq”
İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin prezidentin azadlığın məhdudlaşdırılmasıyla bağlı imzaladığı sərəncamı ratifikasiya edəcəyini deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbuslar bundan sonra azadlığa çıxa biləcək.Muxalifet - 18-07-2017
“Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək” - Ekspert
Azərbaycanda yanacağın qiymətinin artması bahalaşma gözləntisi yaradıb.
İqtisadçı Azər Mehtiyev hesab edir ki, bu artım da SOCAR-ı düşdüyü durumdan çıxara bilməyəcək. Bu qərardan öncə 2017-ci ilin büdcə dəyişiklərində istehsal etdiyi qazı maya dəyərindən aşağı satdığı üçün SOCAR-a əlavə 250 milyon manat subsidiya ayrılmışdı.Muxalifet - 18-07-2017
FHN-dən təkzib gəldi: “Kəmaləddin Heydərovun istefa xəbəri yalandır”
Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefaya gedəcəyi ilə bağlı yayılan məlumatlar yalandır, həqiqətəuyğun deyil.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Turan-ın sorğusunun cavabında bildirib.
Xatırladaq ki, son günlər bir sıra saytlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istefa ərizəsi yazdığı, istefaya gedəcəyi ilə bağlı məlumatlar yayıblar.Muxalifet - 18-07-2017