Axtarış
The search found 105785 results in 0.068 seconds.
Search results
Lapşinə hökm oxundu - DÖVLƏT İTTİHAMÇISI 6 İL YARIM İŞ İSTƏDİ, HAKİM...
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan blogger Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Lapşin 3 il müddətinə azadlıqdan məhrim edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı A.Lapşinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Muxalifet - 20-07-2017
Bakı məktəblisi 2 erməni idmançısını məğlub edib, 1-ci yerə çıxdı - FOTOLAR
Paytaxt məktəblərinin təmsilçiləri beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin on şagirdi və bir müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər.
BŞTİ-dən verilən məlumata görə, təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar.Muxalifet - 20-07-2017
Cavid Qurbanov “Dəmiryol” xəstəxanasını bağladı
Lənkəranda dəmiryol xəstəxanası fəaliyyətini dayandırıb.
BakuPost.az-a verilən xəbərə görə, xeyli sayda tibb işçisi işsiz qalıb.
Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.
Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb. Bu günə kimi xəstəxanada çalışanlar işlə təmin olunmayıblar.Muxalifet - 20-07-2017
38 yaşlı müəllim avtomobili AŞIRDI – YERİNDƏCƏ ÖLDÜ
Ağdaşda ağır yol qəzası baş verib.
Bakı-Qazax yolunun 270-ci kilometrliyində - Ağdaş rayonu ərazisində, Əmirarx kənində Sabirabad rayon sakini Ramid Eyyubov idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə 38 yaşlı sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, R.Eyyubov Sabirabad rayon Əsdəli kənd orta məktəbində idman müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır./lent.azMuxalifet - 20-07-2017
Millimiz Ermənistanla qarşılaşacaq
20 yaşadək kişi basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib.
BakuPost.az xəbər verir ki, Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qrup mərhələsinə V turun oyunları ilə yekun vurulub.
B qrupunda mübarizə aparan Azərbaycan millisi sonuncu turda Hollandiya ilə görüşüb. "Narıncılar” bu matçda 85:54 (21:16, 20:22, 24:11, 20:5) hesablı qələbə qazanıb. Cordan Devis komandamızda daha çox – 16 xal toplayıb.Muxalifet - 20-07-2017
Yeniyetmə 600 manat oğurladı - TUTULDU
Goranboyda oğurluq edən yeniyetmə saxlanılıb.
DİN-in saytının verdiyi məlumata görə, iyulun 17-də Goranboy rayonu ərazisindəki evlərdən birindən 600 manat pul oğurlamaqda şübhəli bilinən Dəliməmmədli şəhər sakini olan bir yeniyetmə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 20-07-2017
Sumqayıtda “Mersedes” piyadanı vuraraq ÖLDÜRÜB
Sumqayıtda maşın yoldan keçən şəxsi vurub.
DİN-in saytının verdiyi məlumata görə, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 20-07-2017
AB-dən Londona TƏLƏB – PULUMUZU VERİN...
Fransanın İqtisadiyyat naziri Bruno Le Maire İngiltərənin Avropa Birliyinə (AB) borclarını ödəməli olduğunu deyib.
Nazir borc məsələsinin Londonun üzvlükdən çıxışı ilə bağlı müzakirələr zamanı gündəmə gətirilmədiyini qeyd edib:
“Biz pulumuzu istəyirik. İngiltərə AB-yə olan borcunu ödəməlidir”.
Nazir əlavə edib ki, İngiltərənin AB-yə üzvlüyü ilə əlaqədar məsuliyyətdən irəli gələn borcu 100 milyard avro ətrafındadır.Muxalifet - 20-07-2017
Mağazadan 17 minlik oğurluq etdi - TUTULDU
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Rayon ərazisindəki mağazalardan birindən 17.000 manat dəyərində santexnik əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Aydın Nəcəfov tutulub.Muxalifet - 20-07-2017
Ukrayna BMT-ni ittiham etdi - "İşğalçı Kremlin qarşısını almaq üçün heç nə etmədi”
"Krım 2014-cü ildə Rusiyanın tərkibinə qatılarkən BMT faktiki olaraq heç nə etmədi"
Bu sözləri Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislitsa deyib:
“BMT-nin münaqişələrin qarşısının alınması və insan hüquqlarının pozulması hallarının sayının artması məsələlərinə sürətli reaksiya verməsi kritik əhəmiyyət daşıyır. 1994-cü ildə Ruandadakı genosidin qarşısını ala bilmədiyi kimi, bundan 20 il sonra da Təhlükəsizlik Şurası və baş katib Krımın işğalı və işğalçı Kremlin qarşısını almaq üçün heç nə etmədi”.Muxalifet - 20-07-2017
“Elə yeməklərimiz var ki, onları milli mətbəximizə qaytarmalıyıq” – FİKRƏT YUSİFOV
Dünya Turizm Təşkilatının 80 ölkə üzrə apardığı tədqiqatlar göstərdi ki, hər bir ölkəyə gələn turistin yadında qalan xatirələr içərisində 82%-dən çox pay o ölkənin milli mətbəxinə məxsus olur. Nə qədər qəribə səslənsə də bu bir həqiqətdir. Turizmlə bağlı bu göstərici çox suallara cavab verməklə yanaşı, eyni zamanda çoxlu sayda suallar da yaradır.
Muxalifet2 - 20-07-2017
Moldova Rusiyanın silah “boss”una qadağa qoydu
Moldova rəhbərliyi Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin ölkəyə hərbi təyyarə ilə gəlməsini qadağan edib.
Moldova Xarici İşlər naziri Andrey Qalubr artıq bununla bağlı Rusiya səfirliyinə məktub da təqdim edib. Məktubda Rusiya hərbi təyyarəsinin qəbul edilməməsinə səbəb kimi Moldova hava limanlarında bunun üçün şəraitin olmaması göstərilib.
Qeyd edək ki, Roqozin Kişinyovla bərabər, qondarma Dnestryanıya da səfər edəcək./axar.azMuxalifet - 20-07-2017
London Türkiyəyə qadağanı ləğv etdi
İngiltərə Türkiyəyə qadağanı ləğv edib.
Türkiyə mediası İngiltərədən Türkiyəyə uçuş həyata keçirən təyyarələrdə sərnişinlərin elektron cihazlardan istifadə etməsinə artıq icazə verildiyini yazıb.
Qeyd edək ki, bir müddət öncə Britaniya bəzi müsəlman ölkələrindən gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan edib. Buna səbəb həmin cihazların terakt törədilməsində istifadə olunma ehtimalıdır.Muxalifet - 20-07-2017
"Putin böyük müharibəyə hazırlaşır" – RUS EKSPERT
Malorusiyanın yaradılması Rusiya rəhbərliyinin Ukraynada böyük müharibəyə hazırlaşması deməkdir.
Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı müxalif siyasətçi Leonid Qozman paylaşıb.
“Rusiya rəhbərliyi konfliktin sülhlə həll edilməsi cəhdlərini imitasiya etməkdən imtina edərək, böyük müharibəyə başlamağa qərar verib. Putinin 2018-ci ilin mart seçkisindəki yüksək fəallığının qarşılığı qanla ödənəcək”, – deyə o bildirib.Muxalifet - 20-07-2017
ABŞ-la Çinin danışıqları nəticəsiz başa çatdı
Washington-da ABŞ-la Çin arasında başa çatan ticarət danışıqlarında nəticə hasil olunmayıb.
Görüşdən sonra birgə bəyanat elan olunmayıb.
Tərəflər həmçinin nəzərdə tutulmuş mətbuat konfransını ləğv ediblər.
ABŞ iki tərəfli ticarət əlaqələrində Çinin xeyrinə olan müsbət saldodan narazıdır və "daha ədalətli" razılaşma tələb edir.
Çindən idxal olunan polad mübahisələr mövzusudur.
Bundan əlavə ABŞ prezidenti Donald Trump Çində istehsal olunmuş polad məmulatına tariflərin tətbiq edilməsinin gündəmdə qaldığını deyir.Muxalifet - 20-07-2017
Türkmənistanın XİN rəhbəri Azərbaycana pul üçün gəlibmiş
Son bir neçə gün ərzində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Özbəkistana, Tacikistana, Gürcüstana və Azərbaycana baş çəkib, həmkarları və dövlət başçıları ilə görüşlər keçirib.
Virtualaz.org xatırladır ki, əvvəlcədən bildirildiyi kimi, görüşlər zamanı müxtəlif sferalarda əməkdaşlıq məsələləri müzakirə edilib.Muxalifet - 20-07-2017
İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu - Bir şey əskik qaldı
Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət başçısına mükafatı Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin bölüşdürülməsi mərasimində təqdim edib.Muxalifet - 20-07-2017
Avropa Məhkəməsi müxalifətçi fəallarla bağlı qərarını açıqladı - İsa Qəmbərin oğlu 10 min avro təzminat alacaq
Avropa Məhkəməsi bir qrup müxalifət fəalı ilə bağlı qərarını açıqlayıb.
Muxalifet.az bildirir ki, bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. Onun müdafiə etdiyi 4 ərizəçinin işi üzrə bu gün qərarlar elan olunub. Bu qərarlarla ərizəçilərin qanunsuz həbs olunması, onların ədalətli araşdırma və sərbəst toplaşma hüquqlarının pozuntusu tanınıb.
Ərizəçilər aşağıdakılardır:
1.Qəmbər Turqut -(iki iş), mənəvi zərərə görə 10000 avro+maddi zərərə görə 2860 avro (bir işdə 3000 manat cərimə olunmuşdur)
2.Babayev Dəyanət -(iki iş)10000 avroMuxalifet2 - 20-07-2017
Mosulun azad olunmasında 40 min insan həlak olub
Mosul şəhərinin azad olunması uğrunda 9 ay davam edən döyüşlər zamanı azı 40 min sakinin həlak olduğu bildirilir.
“İndependent” nəşrinin yazdığına görə, bu barədə kürd kəşfiyyatı məlumat verib.
Qeyd olunur ki, sakinlər İraq ordusunun, İŞİD-çilərin və aviazərbələrin qurbanı olub. Eyni zamanda çoxlu sayda sakinin cəsədinin tanınmaz halda olduğu da bildirilir.
Mosulun azad edilməsi uğrunda əməliyyat 2016-cı ilin oktyabrında başlanılmışdı və iyul ayının 10-na qədər davam edib.Muxalifet - 20-07-2017
Əfqan Muxtarlıya görüş üçün icazə verilmir
Həbsdə olan jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşməsinə icazə verilmir.
Bu barədə gənc fəal Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, iyulun 19-da Əfqan Muxtarli və vəkilləri 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovla görüşüblər. Görüş zamanı Əfqan Muxtarlı Samir Əsədli, Məsud Əsgər və Mustafa Hacıbəylinin görüşə buraxılması üçün ərizə yazıb.
“Ancaq rəis Rəşid Səfərov vəd etsə də, 2 gündür görüşə icazə vermir” – Samir Əsədli deyib.Muxalifet - 20-07-2017