Axtarış

The search found 105783 results in 0.07 seconds.

Search results

  1. Təhsil Nazirliyinin işlətdiyi fəhlələrin pulu mənimsənilib - YEYİNTİ

    Təhsil Nazirliyi tərəfindən tikilən məktəbdə işləyən ustalar əmək haqlarını hələ də ala bilmirlər.
     
     Bu barədə BakuPost.az-a müraciət ünvanlayan Sabirabadın Qarağac kənd sakini Əsgərzadə Əsgər Nizami oğlu məlumat verib.
     O, Ağdamın Mirəşəlli kəndində nazirliyinin sifarişi ilə "BƏRPA” MMC tikinti şirkəti tərəfindən 2 mərtəbəli, 800 kv.m ölçüdə orta məktəbin tikintisində çalışdığını qeyd edib.

    Muxalifet - 19-07-2017

  2. Azərbaycan üçün Qazaxıstan nümunəsi

    Qubad İbadoğlu
     
    Qısa müddət ərzində aparılan islahatlar bu ölkədə böhranı aradan qaldırıb
     
    İlk 6 ayda Azərbaycanda ÜDM 1,3 faiz, sənaye istehsalı 5,5 faiz azalıb.
    Böhran yenə də davam edir, il yarımdır ki, ÜDM aşağı düşür, ikirəqəmli inflyasiya “at oynadır”, hakimiyyət nümayəndələri hələ də ağ yalanlar danışır.

    Muxalifet - 19-07-2017

  3. AzTV sədrinin torpaq alverinə etiraz

     “Vəzifəli şəxslərin köməyi sayəsində AzTV sədri Arif Alışanov Quba rayonu Çartəpə kəndinin 70-dən çox sakininin torpaq sahəsini su qiymətinə ələ keçirib. Əkin-biçinə yararlı sahələrin əldən çıxması adamlarımızı çıxılmaz vəziyyətə salıb. Biz həyat və yaşamaq üçün əsas mənbə olan torpaqlarımızdan məhrum edilmişik” – bu sözləri adı çəkilən kəndin sakini H.Kərimov bildirib.
     

    Muxalifet - 19-07-2017

  4. SOCAR Azərbaycandan 444 dəfə varlı Avropaya sponsorluq edir

    AXCP sədri Əli Kərimli Facebook səhifəsində SOCAR-ın növbəti idman yarışına sponsorluq etməsinə münasibət bildirib:
     
    “Siz həyatda kiminsə özündən 444 dəfə zəngin birinə sponsorluq etdiyini görmüsünüz? Azərbaycan hakimiyyəti indi bu işlə məşğuldur. Avropadan idarəetməni, səhiyyəni, təhsili, sosial müdafiə sistemini öyrənmək əvəzinə öz aləmlərində Avropada qadın futbolunu inkişaf etdirirlər.

    Muxalifet - 19-07-2017

  5. "Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi" - İSA QƏMBƏR - VİDEO

    İsa Qəmbər: “…bizi helikopterə mindirib havalananda, Xəzər dənizinə doğru sürdülər. Yarızarafat, yarıciddi bir-birimizə dedik ki, deyəsən, bunlar bizi dənizə atmağa hazırlaşırlar…”

    Muxalifet - 19-07-2017

  6. "Qarabağ münaqişəsi birliyə mane olan əsas məqamdır" - İrina Xakamada

    "MDB ərazisindəki qanlı münaqişələrdən çıxış yolu hələlik görünmür".
     
    Bunu Rusiya prezidenti yanında insan haqqları və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə Şuranın üzvü, tanınmış siyasətçi və publisist İrina Xakamada deyib.
    Onun sözlərinə görə, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələr bir zəncirin halqalarıdır: "Dağlıq Qarabağ postsovet məkanında birliyə mane olan əsas məqamdır. Mən artıq 10 ildir ki, bu problemlərlə məşğul olmuram və hansısa mühakimə yürütmək mənim üçün çətindir.

    Muxalifet - 19-07-2017

  7. Polis rəisinin oğlu adam öldürdü

    Bakıda rəisin oğlu “Porsche” ilə piyadanın üstündən keçdi
     
    Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub.
    Hüquq-mühafizə orqanlarının  məlumatına görə, qəzanın Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu törədib.

    Muxalifet - 19-07-2017

  8. Dondurma istehsalı da monopoliyaya alınır

    Dünən İqtisadiyyat Nazirliyi əksər istehsalçıların dondurmalarının insanların həyat və sağlamlığı üçün təhlükəli olduğunu bəyan etdi.
     

    Muxalifet - 19-07-2017

  9. Həbsdəki jurnalist və hüquq müdafiəçisindən çağırış

    Cavid Şirəliyev: “Rüfət bəyi, eləcə də rejimin qanunsuz təqibi altında olanları qorumağa, hifz etməyə çağırıram”
     
    Ölkə ictimaiyyətinə məruz qaldığım amansz siyasi təqib, yaşadığım məşəqqətlər barədə həm özüm, həm də hörmətli müdafiəçim Bəhruz bəy, cəsarətli aydınlarımız tərəfindən təfərrüatı ilə məlumat verilmişdir. Heç şübhəsiz, düşüncələrimi inkişaf etdirib yaxin gələcəkdə aktual problemlərlə ilgili oxucularla görüşmək fikrindəyəm.

    Muxalifet - 19-07-2017

  10. “Mersedes” “Ford”la toqquşdu – Sürücü ÖLDÜ

    Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə İyulun 18-də Balakən şəhəri ərazisində qeydə alınıb.
    Belə ki, rayon sakiniləri Tofiq Məcidovun idarə etdiyi "BMV" və Qurban Alqayevin idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
    Nəticədə xəstəxanaya yerləşdirilən sürücü T.Məcidov orada ölüb.
    Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 19-07-2017

  11. Azərbaycanda xarici kəşfiyyat CASUSU YAXALANDI

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.
     
    Bu barədə "Report"a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

    Muxalifet - 19-07-2017

  12. Bilgəh, Mərdəkan, Şüvəlan, Şıx çimərliklərində gürzələr var - XƏBƏRDARLIQ

    Su mənbələrinin quruması və şəhərdə tikinti işlərinin aparılması ilanların aktivləşməsinə səbəb olub
     
    Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.
    "Report" problemlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İntitutunun kiçik elmi işçisi, herpetoloq Anar Cəfərovun fikir və məsləhətlərini öyrənib.

    Muxalifet - 19-07-2017

  13. “Ermənistan təxribatlara son qoymalıdır” - Çavuşoğlu

     “Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var”.
     
    Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
     O nəzərə çatdırıb ki, vəziyyəti bərpa etmək üçün potensial var.

    Muxalifet - 19-07-2017

  14. Oğlu piyadanı öldürən rəisdən AÇIQLAMA

    Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimov oğlu 24 yaşlı Əhəd Kərimovun qəza törətməsindən danışıb.
     
    O unikal.org-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı oğlu hazırda istintaqa ifadə verir: "Əvvəla oğlum icarəyə götürdüyü "Porşe Cayenne” markalı avtomobillə qəza törədib.

    Muxalifet - 19-07-2017

  15. Kilsədə BİABIRÇILIQ - Azyaşlılar 60 ildir cinsi təcavüzə uğrayır

    Almaniyanın Regensburger şəhərindəki bir katolik kilsəsində yüzlərlə azyaşlının fiziki istismara və cinsi təcavüzə uğraması ortaya çıxıb.
     
     “Regensburger Domspatzen” adlı uşaq xoru məktəbinin 547 üzvünün 60 ildən çoxdur ki, cinsi təcavüzə uğradığı iddia edilib.
    Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar nəticəsində Katolik kilsəsinin 49 üzvünün cinayətdə iştirak etdiyi ortaya çıxıb.
    Hadisələrə müdaxilə etməməkdə günahlandırılanlar arasında 16-cı Papa Bendiktin böyük qardaşı, 30 il boyunca xora rəhbərlik edən Corc Ratzingerin də adı var.

    Muxalifet - 19-07-2017

  16. Körfəz ölkələri güzəştə getdi: Tələblərin sayı azaldıldı

    Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər (BƏƏ), Bəhreyn və Misir Qətər üçün tələblərin siyahısını azaldıb və konkret müddət qoymadan onları yerinə yetirməyə çağırıb.
     
     “Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.
    Onun məlumatına görə, ərəb ölkələri 13 tələbin əvəzinə 6 ümumi “prinsip” formalaşdırıb.
    “Sözsüz ki, hamınız güzəştləri dəstəkləyirik, amma altı prinsiplə bağlı güzəşt olmayacaq”, - nəşr səudiyyəli diplomatın sözlərini sitat gətirib.

    Muxalifet - 19-07-2017

  17. Qarabağla bağlı nazirlərin Nyu-York görüşü hazırlanır

     “Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün keçirilməsini hazırlayırlar”.
     
    Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirilən Moskva-Vyana videokörpüsündə deyib.
    Onun sözlərinə görə, həmsədrlər bundan sonra da tərəflərin təmasları sürdürülməsi üçün səylərini davam etdirir.

    Muxalifet - 19-07-2017

  18. Mənsimov bir foto paylaşdı – İnstaqramda nələr yazdı...

    Azərbaycanlı milyarder Mübariz Mənsimov İnstaqramda Azərbaycanın tanınmış simaları ilə şəklini paylaşıb.
     
    Kult.az xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov xalq artısti, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və mərhum nazir Natiq Əliyev ilə dostluğundan bəhs edərək, “Yaxşı dostlar ulduz kimidir. Hər zaman görə bilməzsən. Amma orada olduqlarını bilirsən” sözlərini yazıb.
    Qeyd edək ki, mərhum nazir Natiq Əliyevin bu gün 40 mərasimidir.

    Muxalifet - 19-07-2017

  19. İrəvan Qərbə Rusiyaya təsir üçün lazımdır - Markov

    Rusiyanın tərəfdaşı Qərblə münasibətləri yoluna qoymağa cəhd edəndə Moskva öz maraqlarına uyğun olaraq buna səbirlə yanaşır.
     
    Bunu “Moskva-Bakı” saytına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.

    Muxalifet - 19-07-2017

  20. ABŞ Kürdüstanın müstəqillik referendumundan NARAHATDIR

    İraq Kürd Regional Rəhbərliyinin sentyabr ayında keçirməyi planladığı müstəqillik referendumu diqqətləri İraqın prioritet hədəflərindən başqa istiqamətə çevirə bilər.
     
    Bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Jan Kubis ilə görüşündən sonra deyib. O, ABŞ-ın bundan narahat olduğunu bildirib.
    Qeyd edək ki, sentyabrın 25-də Kürdüstanın müstəqilliyi ilə referendumun keçirilməsi nəzərdə tutulur.

    Muxalifet - 19-07-2017

Pages