Axtarış

The search found 105783 results in 0.015 seconds.

Search results

  1. Neft Fondunun aktivləri 35 milyard dollara yaxındır

    Fondun aktivləri 34,8 mlrd. dollara çatıb
     
    Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 4,96% artıb.
    Fonddan verilən məlumata görə, nəticədə Fondun aktivlərinin həcmi iyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib.
    Bildirilib ki, aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına baş verib.

    Muxalifet - 17-07-2017

  2. Eks-prezident “persona non qrata” oldu

    Venesuela Meksikanın sabiq prezidenti Visente Foksu "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.
     
    “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, qərarı Venesuelanın Xarici işlər naziri Samuel Monkada elan edib. Onun sözlərinə görə, Foks Venesuelada prezident Nikolas Maduronun siyasətinə qarşı xalq referendumu keçirilməsinin əsas dəstəkçisidir.

    Muxalifet - 17-07-2017

  3. İsrail TANAP-a qoşulur

    2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisində dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır.
     
    Türkiyə mətbuatı xəbər verir ki, bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib.
     Onun sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan dörd mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub.

    Muxalifet - 17-07-2017

  4. VAZ-2107 “Mersedes”lə TOQQUŞDU – 2 NƏFƏR ÖLDÜ

    Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Üçtəpəyə gedən yolda "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub.
     
    Nəticədə "VAZ 2107"ni idarə edən 30 yaşlı Bəhlul Nağıyevlə sərnişini, 55 yaşlı Arifə Rüstəmova vəfat edib. Daha iki nəfər isə ağır bədən xəsarətləri alıb.
     Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 17-07-2017

  5. Bakıda yol kənarında meyit tapıldı

    Bakıda naməlum kişi meyiti tapılıb.
     
    Qaradağ rayonu ərazisində, Bakı Dairəvi yolun kənarında 40-45 yaşlı kişi meyiti aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
    Faktla bağlı araşdırma aparılır, ölən şəxsin kimliyi dəqiqləşdirilir./lent.az

    Muxalifet - 17-07-2017

  6. Hikmət Hacızadə ilə siyasətdən kənar MÜSAHİBƏ

    Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı ictimai xadim, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadədir.  Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılacaq.   
     
    - Hikmət bəy, mütaliənizdən başlayaq. Necə oxuyursunuz?
    - Gün ərzində bir saat mütləq oxuyuram. Daha çox internetdən. Son vaxtlar kitablar bahadır deyə çalışıram internetdən pdf variantda tapım.
    - Kitab seçiminiz necədir?

    Muxalifet - 17-07-2017

  7. Azərbaycanlıya 8 il iş verildi – RUSİYADA

    O, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək
     
    Arxangelsk şəhərinin Lomonosov rayon Məhkəməsi Azərbaycan vətəndaşı olan 33 yaşlı Əkbər A-nı dövlət sərhədini qanunsuz keçməkdə və sui-qəsd cəhdində təqsirli bilib.
    Bu barədə Rusiya mətbuatı xəbər verir.
    Məlumata görə, təqsirləndirilən şəxs 2013-ci ildə miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar Rusiyadan çıxarılıb və 2018-ci ilin dekabr ayına qədər Rusiya ərazisinə girişinin qadağan olunması barədə məlumatlandırılıb.

    Muxalifet - 17-07-2017

  8. Məşhur idmançımız gecə klubunda qızı döyməsi xəbərindən DANIŞDI

    Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava salmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
     
    Məşhur idmançı "Ölkə.Az"-a açıqlamasında xəbəri təkzib edib:
    "Gecə klubunda dava salmamışam. Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur"
    Qeyd edək ki, Yenicag.az-ın yaydığı xəbərə görə, hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində, şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb.

    Muxalifet - 17-07-2017

  9. Mübariz Mənsimov xüsusi açıqlama verdi — “Hər cür çevrilişə qarşıyam”

    Mübariz Mənsimov: ”Bu gün Azərbaycan elə gücdədir ki, Qarabağ məsələsini öz gücü ilə həll edə bilər”
     
    Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə 15 iyul və Alxanlı hadisələri ilə bağlı Doğan Xəbər Agentliyinin müxbiri Ali Kana öz fikirlərini bölüşüb. İş adamı 15 İyulun demokratiya və milli birlik günü olduğunu ifadə edərək,çevrilişin yaşandığı ilk dəqiqələrdə Azərbaycan xalqının ürəyi və qardaşlığı ilə Türk millətinin yanında olduğunu qeyd edib.

    Muxalifet - 17-07-2017

  10. "Bundan sonra 20 il də keçsə güzəşt olmayacaq..." – SARKİSYAN

    Xəbər verildiyi kimi ötən həftə Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib.
    Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib. Telekanal həmin müsahibəni ötən axşam yayımlayıb və məlum olur ki, Sərkisyan Qarabağ məsələsi və Rusiyanın Azərbaycana silah satması kimi mövzularda geniş danışıb.

    Muxalifet - 17-07-2017

  11. Ermənistanın müdafiə naziri işğal altda olan Qarabağa səfər edib

    Ermənistanın müdafiə naziri Vigen Sarkisyan işğal altında olan Qarabağa səfər edib. Bu gün səhər o, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüş keçirib.
     
     “Sputnik” xəbər verir ki, Ermənistanın Qarabağdakı işğalçı qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə ordu quruculuğu ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

    Muxalifet - 17-07-2017

  12. Qarabağda “qondarma prezident seçkiləri” ilə əlaqədar Azərbaycan XİN-dən açıqlama

    Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalıdır
     
    Azərbaycan XİN iyulda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə əlaqədar şərh verib.

    Muxalifet - 17-07-2017

  13. İrandan heroin keçirmək istədi, TUTULDU

    Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
     
    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

    Muxalifet - 17-07-2017

  14. “Mersedes” piyadanı vuraraq öldürdü - TOVUZDA

    Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Hadisə yolun Tovuz rayonunun Əyyublu kəndidən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.
     Piyada hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

    Muxalifet - 17-07-2017

  15. 25 min İŞİD-çi öldürüldü – NÖVBƏTİ HƏDƏF TELAFERDİR

    İraq ordusu Mosulu İŞİD-dən aldıqdan sonra qədim türkmən şəhəri olan Telaferə hücum əməliyyatı hazırlayır.
     
    “Hürriyyet” xəbər verir ki, Mosul əməliyyatına rəhbərlik edən general-leytenant Əbdüləmir Yarullah bəyan edib ki, Telafer və digər bölgələrin İŞİD işğalından azad edilməsi üçün yaxın günlərdə əməliyyata başlanacaq.

    Muxalifet - 17-07-2017

  16. Türkiyədə Milli Təhlükəsizlik toplantısı – ƏRDOĞAN SƏDRLİK EDƏCƏK

    Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
     
    Toplantının əsas müzakirə mövzusu fövqəladə vəziyyət olacaq.
    Şuranın toplantısında müzakirə ediləcək digər bir mühüm məsələ isə terrorla mübarizə məsələsidir.
    Ölkənin cənub-şərqində davam edən əməliyyatlar, İraq və Suriyadakı hadisələr də müzakirə ediləcək mövzular arasında olacaq.

    Muxalifet - 17-07-2017

  17. ABŞ Rusiyanın diplomatik mülkiyyətini qaytaracaq - AĞ EVDƏN AÇIQLAMA

    “Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil”.
     
    Ağ Evdəki yüksək vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyi bildirib.
    Daha əvvəl – iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya müharibəsini xatırladıb.

    Muxalifet - 17-07-2017

  18. Abşeron İcra Hakimiyyətinin işçiləri gülləbaran edildi

    Abşeron rayonunda silahlı insident baş verib.
     
    Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.
    Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
    Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 17-07-2017

  19. Kreml “Rus NATO”-sunu Suriyaya göndərə biləcəkmi...

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının görüşü bu gün Minskdə keçiriləcək.
     
    Görüşdə əsas müzakirə mövzusu beynəlxalq və regional təhlükəsizlik, Əfqanıstan və Yaxın Şərqdəki terror təhdidinə qarşı mübarizə olacaq. İclas zamanı MDB ölkələrinin kontingentinin Suriyadakı deeskalasiya zonalarına göndərilməsi müzakirə olunacaq.
    Bununla bağlı yekun qərarın bu iclasda qəbulu gözlənilmir.

    Muxalifet - 17-07-2017

  20. Ermənistanda yeni baş nazirin təyinatı ətrafında İNTRİQA... Badalyandan açıqlama

    Ermənistan ictimaiyyəti amorf vəziyyətə gətirilir və miqrant psixologiyasına sahiblənir.
     
    Bunu “Tert.am” saytına açıqlamasında erməni politoloq Armen Badalyan söyləyib. Onun sözlərinə görə, Ermənistanın daxili siyasi vəziyyəti ölü haldadır:

    Muxalifet - 17-07-2017

Pages