Axtarış
The search found 105857 results in 0.037 seconds.
Search results
Postlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHI AÇIQLANDI
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qaydaya əsasən, polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:
Muxalifet4 - 28-03-2020
Britaniyada son gündə koronavirusdan yüzlərlə insan öldü
Böyük Britaniyada bir gün ərzində koronavirusa 2 510 yoluxma qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, son sutkada ölkədə 260 nəfər koronavirusun qurbanı olub.
Bildirilir ki, 120 776 nəfərdən analiz götürülüb, onlardan 103 687-nin analizinin nəticələri mənfi, 17 089 koronavirus testinin nəticəsi isə müsbət olub. Ölkədə ümumilikdə 1 019 pasiyent ölüb.
Muxalifet4 - 28-03-2020
SON DƏQİQƏ: Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 NƏFƏR ÖLÜB
Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat etmişdir.
Muxalifet4 - 28-03-2020
Azərbaycanda 163 nəfər koronavirus xəstəsi var – 23 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR… / Rəsmi açıqlama
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Muxalifet4 - 28-03-2020
Marneuli və Bolnisidə 86 min nəfər tibbi yoxlanışdan keçirilib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində 86 min nəfər koronavirusla əlaqədar tibbi yoxlanışdan keçirilib.
Bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yoxlanış zamanı 8 nəfər yaradılmış səhra xəstəxanalarına yerləşdirilib, onlardan birində koronavirus simptomları aşkarlanıb.
Muxalifet4 - 28-03-2020
Rusiya sərhədlərini bağlayır - KORONAVİRUSA GÖRƏ
Rusiya koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində dövlət sərhədlərini bağlayacaq.
"TASS"-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Nazirlər Kabineti qərar verib. Qərara əsasən martın 30-dan etibarən ölkənin sərhəd keçid məntəqələri (piyada, avtomobil, dəmiryolu) bağlanacaq.
Məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.
Muxalifet4 - 28-03-2020
Karantin rejimi qaydalarını pozanlar həbs edildi - FOTOLAR
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.
Muxalifet4 - 28-03-2020
Bir gündə koronavirusdan 16 nəfər öldü - TÜRKİYƏDƏ
Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.
Bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib.
O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir.
Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib.
Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 70 nəfərdir./apa
Muxalifet4 - 28-03-2020
Azərbaycan sərhədləri tam bağlayır, uçuşlar dayandırılır - RƏSMİ AÇIQLAMA
“Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Muxalifet4 - 28-03-2020
Gürcüstanda koronavirusa yoluxanların sayı 90 nəfərə çatdı
Gürcüstanda daha beş nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə koronavirusa yoluxma hallarının sayı 90-a çatıb. Virusdan sağalanların sayı isə 16 nəfər təşkil edir.
Karantində 4 534, stasionar nəzarətdə isə 276 nəfər saxlanılır. Aktiv virus daşıyıcılarının sayı 74 nəfərdir./report
Muxalifet4 - 28-03-2020
DƏHŞƏT: Bu ölkədə koronavirus qurbanlarının sayı 10 min nəfəri ötdü
Son sutka ərzində İtaliyada koronavirusdan 889 nəfər ölüb.
Bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.
O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10min nəfəri ötüb.
"Bu gün 70 065 italiyalı koronavirusa yoluxub, bu göstərici bir gün ərzində 3 651 pasiyent artıb", - Borrelli keçirdiyi brifinqdə deyib.
"889 insan ölüb, 12 384 nəfər sağalıb, dünənki sayla müqayisədə 1 434 nəfər artıb”, - Borrelli qeyd edib.
Muxalifet4 - 28-03-2020
Kosmosa 74 peyk göndərən şirkət koronavirusun qurbanı oldu
Koronavirus bu dəfə ABŞ-ın telekommunikasiya şirkəti "OneWeb"-nin “canını alıb”.
Ovqat.com xəbər verir ki, şirkət koronavirusun (COVİD-19) yaratdığı böhran səbəbindən əlavə maliyyə mənbəyi tapa edə bilmədiyi üçün iflas etdiyini açıqlayıb.
ABŞ-da fəaliyyət göstərənOneWeb, kosmosdan yüksək sürətli genişzolaqlı internet vasitəsilə dünyanın hər yerinə ucuz və əlçatan internet təqdim edirdi.
Muxalifet4 - 28-03-2020
Məşhur klubda koronavirus həyəcanı: 25 nəfər yoluxdu
İspaniyanın "Valensiya" futbol klubunda 25 nəfər koronavirusa yoluxub.
Onlardan 15-i klubun əməkdaşı, 10-u isə oyunçusudur.
La Liqa təmsilçisində koronavirusa yoluxan futbolçulardan isə cəmi 3 nəfərin - Esekyel Qaray, Elyakim Manqala və Xose Luis Qayyanın adı açıqlanıb./publika
Muxalifet4 - 28-03-2020
Bu dəqiqədən rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı
Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Muxalifet4 - 29-03-2020
Bakı metrosu sutkada 5 saat işləyəcək - BU GÜNDƏN ETİBARƏN
Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib.
Belə ki, martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq.
Xatırladaq ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Muxalifet4 - 29-03-2020
Nəhəng hava limanı morqa çevrildi
Böyük Britaniyanın ikinci ən böyük şəhəri Birminhemdə koronavirusdan ölənlərin sayının sürətlə artması hökuməti əlavə tədbirlər görməyə məcbur edib.
Muxalifet4 - 29-03-2020
“Fonda 1 manat köçürənlərə də “çox sağ ol” deyirik!” - PREZİDENT
Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verildi. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm.
Muxalifet4 - 29-03-2020
Rüştü Rəcbər koronavirusa yoluxub
Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçunun həyat yoldaşı İşıl Recber açıqlayıb.
O bildirib ki, 47 yaşlı Rəcbər COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib: “Ailəliklə verdiyimiz testlərdə mənim, qızımın və oğlumun analizləri neqativ çıxdı. Rəncbərdə isə pozitiv oldu. Buna görə də o xəstəxanaya yerləşdirilib”.
Muxalifet4 - 29-03-2020
ABŞ-da koronavirusa yoluxanların sayı 112 mini ötdü
ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 112 468 nəfərə çatıb.
“Reuters” xəbər verir ki, bu barədə “Johns Hopkins” Universitetinin günlük bülletenində bildirilib.
Muxalifet4 - 29-03-2020
Almaniyada nazirin meyiti aşkarlandı - FOTO
Alman siyasətçisi, Hessen federal ərazisinin maliyyə naziri Tomas Şefer ölmüş vəziyyətdə aşkarlanıb.
TASS xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.
Məlumata görə, nazirin meyiti Hokkaym-am-Mayn şəhərində, dəmir yolunda tapılıb.
Muxalifet4 - 29-03-2020