Axtarış
The search found 105857 results in 0.032 seconds.
Search results
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.
Elə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında Yer üzündə bir gün ərzində virusa yoluxanların daha 60 min nəfər artdığı bildirilir. Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı isə 26,5 minə çatıb.
Muxalifet4 - 29-03-2020
Papa koronavirusa yoluxub? - VATİKANDAN AÇIQLAMA
Vatikan nümayəndəsi Matteo Bruni şənbə günü Papa Fransiskin yaşadığı iqamətgahda koronavirusa qarşı test nümunələrinin götürüldüyünü bildirib.
“Reuters”-in verdiyi xəbərə görə, qeyd edilib ki, aparılan sınaqlar zamanı 83 yaşlı Papanda və ən yaxın köməkçisində koronavirusun əlamətləri aşkarlanmayıb.
Muxalifet4 - 29-03-2020
Azərbaycanda 3 saata elektron viza almaq mümkün olacaq - DƏYİŞİKLİK
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik təklif edilir.
Bu dəyişikliklə Məcəllənin 36-cı maddəsinin (Elektron viza) 6-cı bəndi yeni redaksiyada verilir.
Muxalifet4 - 29-03-2020
Milli Məclis yeni medalların təsis olunması ilə bağlı toplanır - SABAHKI İCLASIN GÜNDƏLİYİ
Sabah – martın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.İclasın gündəliyinə 16 məsələ daxil edilib.
Muxalifet4 - 29-03-2020
Bakı metrosunda sıxlıq yarandı - SƏBƏB
Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.
Tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.
Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.
Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır./qafqazinfo
Muxalifet4 - 29-03-2020
Koronavirus pandemiyası fonunda Qarabağda “seçkilər” - PAŞİNYANIN NAMİZƏDİNİN RUSİYAYA GİRİŞİ QADAĞAN EDİLDİ / Sənəd
Dünyada və o cümlədən Ermənistanda koronavirus epidemiyasının tüğyan etdiyi bir vaxtda işğal altında olan Azərbaycan ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilir.
Virtualaz.org xəbər verir ki, hələlik Xankəndindəki qondarma rejim Dağlıq Qarabağda “bir dənə də olsun koronavirusa yoluxma qeydə alınmadığını” bildirir və nəticədə martın 31-nə təyin edilmiş “seçkilərin” təxirə salınmasına dair çağırışları yaxına buraxmır.
Muxalifet4 - 29-03-2020
ŞOK ƏMƏLİYYAT: Türk pilotsuz aparatı generalı MƏHV ETDİ
Liviyada Xəlifə Haftarın rəhbərliyindəki üsyançı ordunun generalı məhv edilib.
Bu barədə Haftara yaxınlığı ilə bilinən televiziya məlumat yayıb. Bildirilib ki, vacib əməliyyatları idarə edən Salim Diyak hava hücumu nəticəsində öldürülüb. İddialara görə, general Türkiyənin pilotsuz uçuş aparatı ilə hədəfə alınıb.
Əməliyyat zamanı həmçinin bir qərargah yerlə bir edilib./publika
Muxalifet4 - 29-03-2020
Koronavirusun orqanizmdə qalma müddəti müəyyənləşdi
Beynəlxalq alimlər qrupu koronavirusun orqanizmdə qalma müddətini müəyyən etmək üçün Pekin Tibb Mərkəzində tədqiqatlar aparıb.
Elmi işin nəticələri “ATSJournals” nəşrində dərc olunub.
Aparılan tədqiqatdan sonra həkimlər qənaətə gəliblər ki, virus COVID-19-dan sağalananların yarısının orqanizmində hətta simptomlar yoxa çıxdıqdan sonra 1-8 gün ərzində qalıb.
Buna görə də, alimlər koronavirus infeksiyasından sağalanların karantin müddətinin bir və ya iki həftə uzatmaq lazım olduğunu düşünürlər.
Muxalifet4 - 29-03-2020
Bakıda apteklərdə maska qıtlığı yaşanır - VİDEOREPORTAJ
Koronavirusun yayılması ilə əlaqədar Bakı sakinləri arasında qoruyucu maskalara tələbat gündən-günə artır. Nəticədə paytaxtda apteklərdə maska qıtlığı yaşanır.
Bu, “Report”un Bakıda yerləşən bir neçə aptekdə apardığı araşdırmadan məlum olub.
Əczaçılar sorğumuza cavab olaraq satışda maska qalmadığını bildiriblər. Məlum olub ki, bəzi apteklərə günaşırı, bəzilərinə isə 2-3 gündən bir 50 ədəd maska verilir və hamısı dərhal satılır.
Muxalifet4 - 29-03-2020
Zəncəfilin koronavirusa təsiri varmı? - MÜTƏXƏSSİS RƏYİ
Azərbaycanın baş infeksionisti Cəlal İsayev zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib.
O “Report”a açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.
Muxalifet4 - 29-03-2020
Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb
Sabunçu rayonunun Bilgəh qəsəbəsində 68 yaşlı taksi sürücüsü bıçaqlanıb.
APA xəbər verir ki, sürücü Atlasov Aleksandr sərnişindən ödəniş tələb edib. Bu zaman sərnişin pul verməkdən imtina edərək sürücüyə bıçaqla zərbə endirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 29-03-2020
Koronavirusun aktivləşdiyi temperatur BƏLLİ OLDU - Bu səthlərdə daha çox qalır
Koronavirusun aktivləşdiyi temperatur açıqlanıb.
Honkonq Universitetinin tədqiqatçıları COVID-19-un fəallaşdığı temperatur barədə məlumat yayıb.
Alimlər hesab edirlər ki, koronavirus dörd dərəcə temperaturda uzun müddət qalır və dezinfeksiya olunmadıqda, aktivliyi yalnız 14 gündən sonra azalmağa başlayır.
SARS-CoV-2 yüksək temperatura dözümlü olmur və 70 dərəcə temperaturda beş dəqiqə ərzində deaktiv olur.
Mütəxəssislər həmçinin koronavirusun müxtəlif obyektlərin səthində nə qədər qala biləcəyini müəyyənləşdiriblər.
Muxalifet4 - 29-03-2020
Nazirlik tibbi maskalarla bağlı əhaliyə müraciət etdi
Üz üçün tibbi maska tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin tibbi maskalar barədə yaydığı maarifləndirici məlumatda bildirilib.
Muxalifet4 - 29-03-2020
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı - DEPUTAT AÇIQLADI
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb”.
Muxalifet.az xəbər verir ki, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
Muxalifet4 - 29-03-2020
Azərbaycanda 14 yaşlı qızla evlənən oğlan HƏBS OLUNDU - 3 il müddətinə...
Şəmkir rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Asif Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Asif Musayev 1997-ci il təvəllüdlü Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub. Həmin kənddə yaşayan Asif Musayev orta təhsillidir, heç bir yerdə işləməyib.
Evlənmək başına bəla oldu
Muxalifet4 - 29-03-2020
Erməni yalanının carçısı koronavirusdan öldü - FRANSADA
Fransanın sabiq naziri koronavirusdan vəfat edib.
Fransa mətbuatının verdiyi xəbərə görə, Nikola Sarkozi hökumətində nazir postunda çalışmış erməni əsilli Patrik Devecyan 75 yaşında koronovirusdan vəfat edib. Devecyan martın 26-da "Twitter" səhifəsində COVID-19 virusuna yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini qeyd etmiş və tibb işçilərinə ona göstərilən qayğıya görə təşəkkür etmişdi.
Muxalifet4 - 29-03-2020
Azərbaycanda vergi ödənişlərinin müddəti aprelin 6-dək artırıldı
Vergilər Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 6 aprel 2020-ci il tarixə keçirilib.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qərar ölkə ərazisində xüsusi əmək rejiminin tətbiq olunması ilə əlaqədardır.
Muxalifet4 - 29-03-2020
Xızıda maarifləndirmə tədbirləri davam etdirilir – KORONAVİRUSLA ƏLAQƏDAR / Fotolar
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədi ilə rayon ərazisində yerləşən küçə və prospektlərdə, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.
Muxalifet4 - 29-03-2020
GORANBOYDA XÜSUSİ KARANTİN REJİMİ... - Rayona giriş-çıxış məhdudlaşdırılıb / Video, Fotolar
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Muxalifet4 - 29-03-2020
Gəncədə polis apteklərdə reyd keçirdi – SÜNİ QİYMƏT ARTIMI VƏ...
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması eləcədə maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.
Muxalifet4 - 29-03-2020