Nəhəng hava limanı morqa çevrildi
29-03-2020 00:36
Baxış sayı:
2115
Böyük Britaniyanın ikinci ən böyük şəhəri Birminhemdə koronavirusdan ölənlərin sayının sürətlə artması hökuməti əlavə tədbirlər görməyə məcbur edib.
Publika.az xəbər verir ki, Birminhem hava limanı müvəqqəti morqa çevrilib. Məlumata görə, burda 12 min cəsəd yerləşdirilə bilər. Bildirilir ki, bu tədbir ölənlər üçün yas mərasiminin keçirilməsini də asanlaşdıracaq.
Qeyd edək ki, krallıqda 800-ə qədər insan virusdan dünyasını dəyişib. 14543 nəfər virusa yoluxub.