Bakı metrosu sutkada 5 saat işləyəcək - BU GÜNDƏN ETİBARƏN

Baxış sayı:
1882

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib.

Belə ki, martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq.

Xatırladaq ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.