Axtarış
The search found 105857 results in 0.047 seconds.
Search results
Bəzi deputatlar sabahkı iclasa qatılmayacaq
Milli Məclisin sabah - martın 30-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.
“Report”un əldə etdiyi məlumata görə, yaşı 65-dən yuxarı olan deputatlara xüsusi karantin rejiminə əməl etmək və sabahkı iclasa qatılmamaq tövsiyə edilib.
Qeyd edək ki, Milli Məclisin sabahkı iclası saat 11:00-da başlayacaq. İclasın gündəliyinə 16 məsələ daxil edilib.
Muxalifet4 - 29-03-2020
İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb
İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.
Onun sözlərinə görə, ötən sutka ərzində virusa 2901 yeni yoluxma faktı aşkarlanıb. Ölkə üzrə virusa yoluxanların ümumi sayı 38309 nəfər təşkil edir.
Muxalifet4 - 29-03-2020
SON DƏQİQƏ: Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - DƏHŞƏTLİ VİRUSA YOLUXANLARIN SAYI 190 NƏFƏRƏ ÇATDI
"Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb".
Muxalifet4 - 29-03-2020
Rusiyada koronavirusdan ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Rusiyada koronavirusdan daha bir ölüm halı qeydə alınıb.
"RİA Novosti"nin xəbərinə görə, bununla da Rusiyada "COVİD-19"dan ölənlərin sayı 9-a çatıb.
***
12:22
Son sutka ərzində Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 270 nəfər təşkil edərək ümumilikdə 1534 nəfərə çatıb.
Muxalifet4 - 29-03-2020
Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ
"Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb".
Bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib.
Muxalifet4 - 29-03-2020
Marneuli və Bolnisidə 100 mindən çox şəxs tibbi yoxlamadan keçirilib
“Marneuli və Bolnisidə mobil qruplar sakinlərin temperaturunu ölçməkdə davam edirlər”.
Bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, bu gün Marneulidə 8 994, Bolnisidə isə 6 393 nəfər tibbi yoxlamadan keçirilib: “Hər iki bələdiyyədə ümumilikdə 106 755nəfərin termoskrininq metodu ilə hərarəti ölçülüb”.
Qubernator yüksək hərarətin qeydə alındığı şəxslərin tibbi nəzarətə alındığını söyləyib.
Muxalifet4 - 29-03-2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 131 nəfər oldu – BİR GÜNDƏ 23 NƏFƏR HƏYATINI İTİRDİ
Türkiyədə koronavirusa yoluxanların sayı 9217 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
“Bu gün 9982 test aparıldı, onlardan 1815-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 9217 koronavirusa yoluxma var. Biz daha 23 pasiyenti itirdik, ölənlərin ümumi sayı 131 nəfərə çatdı”, - deyə nazir bidirib.Muxalifet4 - 29-03-2020
Vətəndaşlara 250 manat vəsait ayrılacaq - ŞAD XƏBƏR
Nazirlər Kabineti yanında operativ qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.
Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir.
Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.Muxalifet4 - 29-03-2020
“Bu gün “Evdə qal”ı bəyənməyənlər əvəzində “gorda qal”ı seçəcəklər” - DEPUTAT
Evdə qal” tələbinə əməl etməyən vətəndaş bu gün müharibə şərtlərində nələrisə bəhanə edib səngərdən qaçan fərari kimidir".
Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Muxalifet4 - 29-03-2020
İcra başçısının oğlu əlində 20 min dollar və qolunda 130 min manatlıq saatla POZ VERDİ / VİDEO+FOTO
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat müzakirələrə səbəb olub.
Belə ki, sosial şəbəkələrdə Abdin Fərzəliyevlə və onun birinci müavini Şahmar İbadovla bağlı video paylaşılıb.
Muxalifet4 - 29-03-2020
Moskvada inanılmaz qadağa TƏTBİQ EDİLDİ
Moskvada sabahdan (30 martdan) özünütəcridlə bağlı ev rejimi tətbiq olunacaq.
Bu barədə Moskvanın meri Sergey Sobyaninin saytında məlumat yayılıb.
“Sabahdan başlayaraq, yaşından asılı olmadan Moskvanın bütün sakinləri üçün ev rejimi - özünütəcrid rejiminin tətbiqinə başlanılır”, - məlumatda qeyd edilib.
Bildirilir ki, evi yalnız təxirəsalınmaz tibbi xidmətə ehtiyac olduqda, həyat və sağlamlıqla bağlı birbaşa təhdid yarandıqda, məcburi qaydada işə getməli olduqda tərk etmək olar.
Muxalifet4 - 29-03-2020
Koronavirus xəstələri hərbi təyyarələrlə daşınır - Səhiyyə sistemi ÇÖKDÜ
İtaliya koronavirus xəstələrini müalicə üçün Almaniyaya göndərir.
Publika.az xəbər verir, xəstələrin daşınması İtaliya hökumətinin xahişi ilə Almaniyanın hərbi hava qüvvələri tərəfindən həyata keçirilir. Məlumata görə, yüzlərlə xəstə artıq Almaniyaya göndərilib. Onlar Bohum və Bonn xəstəxanalarına yerləşdirilib.
Qeyd edək ki, İtaliyada koronavirus xəstələrinin sayı sürətlə artdığına görə, xəstəxanalar tələbi qarşılamır.
Muxalifet4 - 29-03-2020
Azərbaycanın 42 vətəndaşının Türkiyə və Bolqarıstana keçidi təmin edildi
Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan etibarən dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Muxalifet4 - 29-03-2020
“XƏSTƏXANALARDA VƏZİYYƏT OLDUQCA ACINACAQLIDIR” - Koronavurusa yoluxan azərbaycanlı xanım danışdı
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva vəziyyəti ilə bağlı açıqlama yayıb.
M.Fətəliyeva deyib ki, bütün dünyanı təşvişə salan COVID-19 virusu, təəssüf ki, ondan da yan keçməyib:
"Elm aləmi, eləcə də hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub-olmayan bir çox məlumat yayılıb.
Muxalifet4 - 29-03-2020
Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ
Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.
E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.
Muxalifet4 - 29-03-2020
Koronavirus xəstələrinin 90 faizini ənənəvi Çin təbabəti sağaldıb
Çin tibb laboratoriyasının tədqiqatçıları yeni koronavirus pnevmoniyasının (COVID-19) müalicəsində ənənəvi Çin təbabəti (ƏÇT) preparatlarının effektini qiymətləndirmək üçün siçan modeli yaradıblar.
Çinin mərkəzi Uhan şəhərində COVID-19 epidemiyasının baş verməsi zamanı hava şəraitinə əsaslanaraq Çin Ənənəvi Təbabət Akademiyası nəzdində ÇƏT İnstitutundakı ABSL-2 laboratoriyası soyuq və rütubətin səviyyəsinə uyğun siçan modeli yaradıblar.
Muxalifet4 - 29-03-2020
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 1228 nəfərə çatdı
Böyük Britaniyada gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 200-dən çox artaraq 1 228 nəfərə çatdı.
Bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, ümumilikdə COVİD-19 virusuna yoluxmuş xəstələrin sayı ölkədə 19 522 nəfərdir.
Britaniya hökumətində etiraf edirlər ki, yoluxmuş şəxslərin real sayı təsdiqlənmiş halların sayından xeyli çox ola bilər, çünki analizlər yalnız xəstəxanalarda olan pasiyentlərdə aparılır.
Muxalifet4 - 29-03-2020
Rusiyalı mütəxəssis: 2-3 ay ərzində vəziyyət düzələcək
Rusiyanın Uşaq Cərrahiyyəsi və Travmatologiya araşdırma İnstitutunun baş həkimi, tanınmış mütəxəssis Leonid Roşal koronavirusun yayılması ilə bağlı açıqlama verib.
O bildirib ki, koronavirusun Rusiyada yayılması 2-3 ay ərzində səngiyəcək. Həkim hesab edir ki, bu müddət ərzində insanlarda virusa qarşı immunitet sistemi güclənəcək. Həkimin sözlərinə görə, o, xaricdən gələn koronavirus xəstələrinin epidemiyanın inkişafını sürətlənirdiyi barədə iddialara qatılmır./publika
Muxalifet4 - 29-03-2020
DİM tərəfindən keçirilən onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI
Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.
Muxalifet4 - 29-03-2020
Koronavirusa necə qalib gəlməli: beş səmərəli strategiya
Muxalifet4 - 29-03-2020