Axtarış

The search found 105857 results in 0.037 seconds.

Search results

  1. “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - Azərbaycan əsgəri XALQA SƏSLƏNDİ / VİDEO

    Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Müdafiyə Nazirliyinin bir qrup əməkdaşı videoçarx hazırlayıb.
    Muxalifet.az xəbər verir ki, nazirlik əməkdaşları çarxda vətəndaşlara özlərinin və ətrafdakıların sağlamlığı üçün evdə qalmağı tövsiyə ediblər.
    “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - çağırışda deyilir.

    Muxalifet4 - 26-03-2020

  2. "Növbəti ayın əvvəlində yerli maska istehsalı başlayacaq" - İBRAHİM MƏMMƏDOV

    “Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.

    Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib.

    O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:

    Muxalifet4 - 26-03-2020

  3. Apteklərdə maskaları gizlədirlər? -VİDEO-REPORTAJ

    Operativ Qərargahın elan etdiyi kimi, ölkəyə 500 min tibbi maska gətirilib.

    Buna rəğmən apteklərdə tibbi maskanın olmaması diqqət çəkir.

    Real TV-nin bununla bağlı hazırladığı video-reportajda maraqlı məqamlar əksini tapıb:

    Muxalifet4 - 26-03-2020

  4. Naxçıvanda 150 tələbə bir zalda saxlanılır, analiz götürülmür - VALİDEYNDƏN ŞOK AÇIQLAMA

    Türkiyədən Naxçıvana gətirilmiş tələbələr saxlanma şəraitindən narazılıq edirlər.
    Tələbələrin Meydan TV-yə verdiyi məlumata görə, Türkiyədən gələn 150 nəfər Duzdağı sanatoriyasında və Fövqəladə Hallar Nazirliyinin kazarmasında eyni zala yerləşdirilib. Sanatoriyanın işığı və istiliyi yoxdur.
    “Heç kimdən analiz götürülməyib. Maskadan başqa heç nə ilə təmin olunmamışıq. Günorta və axşam dönər verilir. Narazılıq edən tələbələrdən ikisini polis aparıb, xəbərdarlıq edib”, - sanatoriyada saxlanılan tələbə deyib.

    Muxalifet4 - 26-03-2020

  5. TÜRKİYƏDƏ BİR GÜNDƏ 16 NƏFƏR ÖLDÜ - Koronavirusdan həyatını dəyişənlərin sayı 75 nəfərə çatdı

    Türkiyədə koronavirusa yoluxanların sayı 3629 nəfərə çatıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.
     
    O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
     
    “Bu gün 7286 test aparıldı, onlardan 1196-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 36293 koronavirusa yoluxma var. Biz daha 16 pasiyenti itirdik, ölənlərin ümumi sayı 75 nəfərə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb.

    Muxalifet.az

    Muxalifet4 - 26-03-2020

  6. "Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik" - İBRAHİM MƏMMƏDOV

    “Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.
    Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

    Muxalifet4 - 27-03-2020

  7. “Vətəndaşlar qətiyyən bu hadisənin ciddiliyini qəbul etmək istəmirlər” - YAQUT QARAYEVA

    “Bu xəstəlikdən mübarizənin yeganə yolu ciddi şəkildə karantinə riayət etməkdir”.

    Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində deyib. O bildirib ki, buna Çini misal göstərmək olar:

    Muxalifet4 - 27-03-2020

  8. ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yerə çıxdı

    ABŞ-da koronavirusa yoluxanların sayına görə dünyada liderliyə yüksəlib.

    “RİA Novosti” xəbər verir ki, ölkədə yoluxanların sayı artaraq 83,3 min nəfər təşkil edib.

    ***

    26 mart, saat 23:30

    ABŞ-da koronavirusa yoluxanların sayı 79 785 nəfərə yüksəlib.
    Bu barədə “Johns Hopkins” Universitetinin son hesabatında bildirilib.
    Qeyd olunub ki, ölkə üzrə virusdan ölənlərin sayı 1124-ə yüksəlib./apa

    Muxalifet4 - 27-03-2020

  9. Bərdədə ticarət obyektləri yanıb

    Bərdə şəhərində yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Halar Nazirliyinə (FHN) xəbər verir.

    Məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 66 kvadrat metr olan, bir dam altında tikilən müxtəlif təyinatlı ticarət obyektlərinin (gözəllik salonu və şirniyyat satışı mağazası) yanar konstruksiyaları yanıb.

    Bitişik ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet4 - 27-03-2020

  10. Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatdı

    Son gün ərzində Çində koronavirus qurbanlarının sayı daha beş nəfər artıb.

    TASS xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

    Qeyd edilir ki, ölkədə koronavirusa xaricdən yoluxmuş insanların sayı daha 54 nəfər, ümumilikdə isə 595 nəfərə qədər artıb. 

    Komitənin məlumatına görə, Çində koronavirusun epidemiyanın başlanğıcından koronavirusa yoluxanların 91,6faizi, son gün ərzində isə 537 nəfər sağalıb. 

    Muxalifet4 - 27-03-2020

  11. Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

    Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

    Bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb. 

    Layihə əsasən, hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif edilir. 

    Layihə Milli Məclisin martın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq./apa

    Muxalifet4 - 27-03-2020

  12. Karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq olundu - AZƏRBAYCANDA

    Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Astara rayonunda da davam etdirilir.

    Muxalifet4 - 27-03-2020

  13. Digər rayonlara da giriş-çıxış bağlandı - VİDEO

    Koronavirus təhlükəsi ilə əlaqədar olaraq rayonların ərazilərinə giriş-çıxış məhdudlaşdırılıb.

    Bu barədə Avtosfer.az-a izləyicilər videomaterial göndəriblər.

    Belə ki, Gəncə və Ağdam rayonlarının girişində artıq polis postları qurulub. Səsgücləndirici vasitəsilə 27 mart saat 8:00-dan etibarən rayonların ərazisinə giriş-çıxış olmayacaq. Ehtimal olunur ki, digər rayonlarda da karantin rejimi tətbiq olunacaq. Vətəndaşları bu qaydalara əməl etməyə çağırırıq.

    Atılan addımlar hər birimiz üçün virusdan qorunma və təhlükəsizlik məqsədi daşıyır.

    Muxalifet4 - 27-03-2020

  14. Balakəndə “Vitka” ləqəbli narkobaron saxlanıldı

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini,  “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. 

    Muxalifet4 - 27-03-2020

  15. “Bu şəxlər dövlətimiz tərəfindən mənə verilməli olan mənzili satıblar” – 25 İLDİR DAXMADA YAŞAYAN MƏCBURİ KÖÇKÜNDƏN PREZİDENTƏ ŞOK MƏKTUB / Video

    “Bir ölkədə ki, Prezidentin sərəncamı ilə tikilən binalardakı mənzillər pul ilə satılır, o ölkədə heç bir ədalət ola bilməz”

    Muxalifet4 - 27-03-2020

  16. Tbilisidəki Azərbaycan teatrının aktyorları işdən qovuldu - QALMAQAL

    Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında səs-küyə səbəb olan qalmaqallı vəziyyət yaranıb.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, teatr rəhbərliyi 8-i peşəkar aktyor olmaqla 11 nəfəri işdən azad edib.

    İşdən çıxarılanlar bu qərarı ədalətsiz adlandırıblar. Onların arasında uzun illər teatrda çalışanlar da var. Aktyorların sözlərinə görə, bu addımla Gürcüstandakı Azərbaycan mədəniyyətinə böyük zərbə vurulub.

    Muxalifet4 - 27-03-2020

  17. Deputatlar koronavirus pandemiyası ilə əlaqədar analiz veriblər

    Bu gün Milli Məclisin deputatları koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar analiz veriblər.

    Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

    V.Əhmədov laborator nəticələrin nə vaxt açıqlanacağı barədə məlumatsız olduğunu deyib:

    “Ayın 30-da iclasdı. Yəqin ki, o vaxtadək açıqlanacaq”.

    Muxalifet4 - 27-03-2020

  18. Binədə koronavirus həyacanı... - BAZARDA BİR NƏFƏR YIXILIB ÖLDÜ, İNSANLAR TƏŞVİŞƏ DÜŞDÜ

    Təxminən 1 saat öncə, Binə qəsəbəsində, aeroport yolunda yerləşən “Kolxoz” bazarında bir nəfər orta yaşlı adam öskürüb, sonra yerindəcə dünyasını dəyişib.

    Muxalifet4 - 27-03-2020

  19. Bakıya maşının “baqaj”ında adam daşıyanlar saxlanıldı - FOTOLAR

    Bildiyiniz kimi koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Təəssüflə qeyd edək ki, bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

    Muxalifet4 - 27-03-2020

  20. "3 ay kredit ödənilməsində güzəştlər edilsin" - DEPUTAT

    Deputat, tanınmış iqtisadçı Vüqar Bayramov koronovirus böhranın Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin həyata keçirmək istədiyi dəstək proqramları barədə “Azadlıq” radiosunun suallarını cavablandırıb. 

    Muxalifet.az müsahibəni oxuculara təqdim edir:

    Muxalifet4 - 27-03-2020

Pages