Axtarış
The search found 105857 results in 0.111 seconds.
Search results
Bakıda polis inzibati tədbirlərə başladı - VİDEO
Bakı Şəhər Baş Polis İdarəsi şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırıb.
Muxalifet.az xəbər verir ki, qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunur.
Muxalifet4 - 28-03-2020
QAZAXDA XÜSUSİ KARANTİN REJİMİ - Rayona giriş-çıxış məhdudlaşdırıldı / VİDEO
Qazax rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, mart ayının 27-si səhər saatlarından etibarən xüsusi rejimin tələblərinə uyğun olaraq rayona giriş-çıxış məhdudlaşdırıb.Muxalifet4 - 28-03-2020
“Azərbaycanda yoluxmanın sürəti getdikcə artır” – NAZİRLƏR KABİNETİNİN RƏSMİSİ
“Qaydalara tabe olmayan vətəndaşlara qarşı cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq”.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O bildirib ki, artıq vətəndaşlar özləri daha sərt tədbirlərin görülməsini istəyirlər:Muxalifet4 - 28-03-2020
Dövlət koronavirusla bağlı hansı addımları atmalıdır - TƏHLİL
Dövlət cəmiyyətin “atasıdır”. Çətin vəziyyətə düşən “ailə üzvlərini” xilas etməlidir. Onun təkcə mənəvi məsuliyyəti yoxdur, həm də iqtisadi vəzifələri var. Qlobal miqyas alan pandemiya kimi qəbul olunan koronavirusun ölkə sərhədlərini keçməsi dövlətlərin iqtisadi məqsədlərdən irəli gələn çeşidli addımlar atmağına səbəb olub.
Muxalifet4 - 28-03-2020
İran sanksiya və koronavirus məngənəsində -“Behişti-Zəhra” qəbiristanlığında 10 min qəbir yeri qazılıb
Qonşuda yanğındır. Evimizdə necə rahat otura bilərik? Göylərə yüksələn alov dillərinin bizi də yandırıb-yaxacağı qaçılmaz görünür. Söhbət koronavirusa təslim olmuş İrandan gedir. Bəli, İranla sərhədi bağlamışıq. Ancaq əhalisinin az qala yarısı soydaşımız olan İranda vəziyyət kritik həddə pisdir. O da gün kimi aydındır ki, sabah daha da pis olacaq. İran gözümüzün qabağında matəmgaha çevrilir.
Muxalifet4 - 28-03-2020
KORONAVİRUS CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNƏ NƏ VƏD EDİR? – Ekspertin müqayisəli təhlili: “Azərbaycan çox ciddi iqtisadi problemlər yaşayacaq...”
“Azərbaycanın iqtisadi uzantısı olan Gürcüstanın iqtisadiyyatı turizm üzərində qurulub. ÜDM-in 11,3%-i tək turizmdə formalaşır, əmək qabiliyyətli əhalinin 28%-i turizmə bağlı çalışır. Ölkəyə son illər turizmdən 3-3,5 mlrd. dollara yaxın vəsait daxil olurdu. Larini ayaqda saxlayan məhz turist dollarları idi, indi lari ciddi dəyər itirib, otellər, kafe-restoranlar bağlıdı. Bu gün 1 dollar 3 lari 40 tetriyə satılır. Halbuki, cəmi 1 ay öncə dollar 2 lari 85 tetri idi”.
Muxalifet4 - 28-03-2020
PAYTAXTDA DƏHŞƏTLİ QƏTL - Qadın qaynı tərəfindən öldürüldü
Bakıda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Muxalifet4 - 28-03-2020
Dünyada koronavirusa yoluxanların sayı sürətlə artır - ÜST-dən AÇIQLAMA
Dünyada koronavirus qurbanlarının sayı 23 335 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
Məlumata görə, dünyada infeksiyaya 509 164 yoluxma təsdiq edilib. Son sutka ərzində virusa 46 000 nəfər yoluxub, 2 501 nəfər isə dünyasını dəyişib.
Yeni növ koronavirus səbəbindən ən çox ölüm və yoluxma halları Avropada qeydə alınıb – 286 697 yoluxma, 16 105 ölüm. Son sutkada köhnə qitədə yoluxanların sayı 36 414, ölənlərin sayı isə 2 155 nəfər artıb.
Muxalifet4 - 28-03-2020
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırdı
ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbayacana maliyyə dəstəyi ayırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.
ABŞ Dövlət Departamaneti bildirib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk komunikasiyasını qurmağa kömək edəcək.
Muxalifet4 - 28-03-2020
“Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır” - VAHİD ƏHMƏDOV
Karantin şəraitində və neftin belə ucuzlaşdığı bir dövrdə ərzaq məhsullarının qiymətlərinin sabitliyini bir ay təmin etmək olar.
Muxalifet.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov virtualaz.org-a açıqlamasında deyib.
Muxalifet4 - 28-03-2020
Azərbaycanda icra başçısının müavini xəstəxanaya yerləşdirildi - KORONAVİRUS ŞÜBHƏSİ...
Cəlilabad rayon İcra başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
İcra başçısının müavinində koronavirusun siptomları aşkarlanıb.
Dilavərov Alıcı dərhal karantin qaydalarına riayət edilərək xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 28-03-2020
Koronavirusdan sağalan xəstələrin qanından dərman kimi istifadə ediləcək - TÜRKİYƏDƏ
Türkiyədə yeni tipli koronavirusun müalicəsi üçün artıq bu xəstəlikdən sağalmış xəstələrin qanından istifadə eləmək planlaşdırılır.
Yaponiyadan sonra Türkiyədə ilk dəfə Qaziantep Universiteti tərəfindən belə bir araşdırılma aparılır. Araşdırma müsbət nəticələnərsə, Kovid-19 virusuna qarşı patogenlərdən təmizlənmiş plazma nəqli üsulu ilə mübarizə aparılacaq.
Yeni müalicə üsulu ilə bağlı açıqlamanı universitetin rektoru doktor Ali Gür keçirdiyi mətbuat konfransında verib./Hurriyyet.org
Muxalifet4 - 28-03-2020
“Bu, sülh danışıqlarına əngəl törətmək cəhdidir” - İRƏVAN AZADLIQ TƏŞKİLATI BƏYANAT YAYDI
İrəvan Azadlıq Təşkilatı (İAT) Ermənistanın azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salması ilə bağlı bir sıra nüfuzlu dövlətlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Muxalifet.az ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İran, İsrail, İtaliya, Gürcüstan, Polşa, Ukrayna, Yunanıstan, BMT və Avropa Şurasının Bakı nümayəndələyinə göndərilən müraciəti olduğu kimi oxucularına təqdim edir:Muxalifet4 - 28-03-2020
“Get hara istəyirsən de, bu ölkənin yiyəsi bizik” – AĞCABƏDİDƏ PREZİDENTƏ VƏ QANUNLARA "MEYDAN OXUYAN" SAHİBKAR... / Şikayət
Ağcəbədi rayon sakini, H.Haciyev küçəsi, ev 42-də yaşayan Quliyev Kamran Ələsgər oğlu və anası Yolçuyeva Məhbub tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
Muxalifet4 - 28-03-2020
Dustaqlar kəskin qızdırmadan əziyyət çəkir? - RƏSMİ AÇIQLAMA
Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Muxalifet4 - 28-03-2020
Karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edildi - XAÇMAZDA / Fotolar
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Muxalifet4 - 28-03-2020
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidir
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncam ilə hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Muxalifet4 - 28-03-2020
Quba polisi gücləndirilmiş iş rejimində çalışır - FOTOLAR
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin DYP bölməsinin inspektorları tərəfindən elan edilmiş xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.Muxalifet4 - 28-03-2020
İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusdan öldü – Yoluxanların sayı isə 8189 nəfər artdı
İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusun qurbanı olub.
“Sky News” xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.
Məlumata görə, krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8 189 nəfər artaraq 72 248 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 614 158-ə çatıb. Bunların 137 271 nəfəri sağalıb, 28 239 nəfəri isə ölüb./report
Muxalifet4 - 28-03-2020
Koronavirus haqqında yalan məlumat yayan daha bir nəfər saxlanıldı - ZAQATALADA
Sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib.
Muxalifet4 - 28-03-2020