Axtarış
The search found 105857 results in 0.058 seconds.
Search results
Dünyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi
Bazar günü səhər saatlarına olan məlumatlara əsasən, dünyada koronavirusa yoluxduqları təsdiq olunmuş insanların sayı 680679 nəfərə çatıb, onlardan 146395 nəfər sağalıb, 31918 nəfər isə ölüb.
Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?
Muxalifet4 - 29-03-2020
Dünya liderlərinə koronavirusla mübarizə üçün "QLOBAL HÖKUMƏT" təklifi
İngiltərənin keçmiş baş naziri Gordon Brown dünya liderlərini koronavirus böhranı ilə mübarizə üçün müvəqqəti qlobal hökumət yaratmağa çağırdı.
Muxalifet3 - 29-03-2020
Ukraynada şok istefalar - İKİ NAZİR VƏZİFƏSİNİ TƏRK ETDİ
Ukraynanın Maliyyə naziri İqor Umanskiy və Səhiyyə naziri İlya Yemeç istefa veriblər.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Avropa Həmrəyliyi Partiyası”ndan Ali Radaya deputat seçilən İrina Qeraşenko özünün “Facebook” səhifəsində yazıb.
“Zelenskinin ( Ukrayna prezidenti Vladimir Zelenski - Red) ikinci hökuməti nazir dəyişikliyi üzrə rekordu yeniləyib. Koronavirusun yayıldığı bir vaxtda Maliyyə və Səhiyyə nazirləri bir ay işləyib istefa verdilər”.
Muxalifet4 - 30-03-2020
Neftin qiymətində növbəti antirekord - YENİLƏNİB
“WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.
Belə ki, Bakı vaxtı ilə saat 02:40-a Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.
Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.
Muxalifet4 - 30-03-2020
Hamıya "evdə qal" dedi, özü iki maşını əzdi - VİDEO
İngiltərənin "Aston Villa" klubunun futbolçusu Cek Qriliş karantin qaydalarını pozub.
"The Sun"-un verdiyi məlumata görə, kapitan gecəni tanışının yanında keçirib.
Daha sonra 25 yaşlı yarımmüdafiəçi 89 000 avro dəyərindəki "Range Rover"i ilə parklanmış vəziyyətdə olan iki "Mercedes"i əzib. O, xəsarət yetirdiyi avtomobillərin sahiblərinə dəyən zərəri ödəyəcəyini söyləyib.
Muxalifet4 - 30-03-2020
Almaniyada koronavirusdan ölənlərin sayı 455 nəfərə çatıb
Almaniyada koronavirusdan son sutka ərzində 66 nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, məlumatı martın 30-da Robert Kox adına İnstitut yayıb.
Məlumata görə, son sutka ərzində 4 751 nəfər virusa yoluxub. Bununla da ölkədə koronavirus daşıyıcılarının sayı 57 298 nəfərə çatıb.
Almaniyada koronavirusdan 455 nəfər ölüb.
Yoluxma faktı daha çox Bavariya, Şimali Reyn-Vestfaliya, Baden-Vürtemberq və Berlində qeydə alınıb.
Qeyd edək ki, ötən gün infeksiyaya yoluxanların ümumi sayı 52 547, ölənlərin sayı isə 389 nəfər idi.
Muxalifet4 - 30-03-2020
Deputatlar Milli Məclisin iclasına tibbi maska ilə gəlib / YENİLƏNİB
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.
“Report” xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.
İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.
İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
***
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Muxalifet4 - 30-03-2020
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.
Muxalifet.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Muxalifet4 - 30-03-2020
Koronavirusa qarşı dərman 7 ölkədə sınaqdan keçirilir
Qlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətlərindən gəlib.
“Reuters” xəbər verir ki, iki şirkət “Kevzara” adlı dərmanın 7 ölkədə sınamağa başlandığını açıqlayıb.
Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək.
Muxalifet4 - 30-03-2020
"İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir" - DEPUTAT
“Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.Muxalifet4 - 30-03-2020
"Kommunal xərclər sıfırlansın, kreditlər dondurulsun" - DEPUTATDAN TƏKLİF
“Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.
R. Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq: "Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var".Muxalifet4 - 30-03-2020
"Hökumət bazarda qiyməti tənzimləməlidir" - NAZİM BƏYDƏMİRLİ
“Hökumətin üzərinə düşən görəv obyektiv səbəblər üzrə şəraiti yaratmaqdır ki, qiymətlər optimal qalsın, ya ucuzlaşsın”
Muxalifet4 - 30-03-2020
65 YAŞI KEÇƏN SÜRÜCÜLƏR DƏ CƏRİMƏLƏNƏ BİLƏR... - Karantin rejiminə rəğmən, avtomobillərin texniki baxışdan keçirilməsi tələb olunur
Kamran Əliyev: “Heç kəs bunu bəhanə gətirib, texniki baxışdan keçmədən nəqliyyat vasitəsini idarə etməsin"
Muxalifet4 - 30-03-2020
Koronavirusu yayan qadın diz çöküb üzr istədi! - VİDEO
Ukraynanın Çernovits əyalətinin Kolenkovtsı kəndinin sakini koronavirusu yaydığı üçün həmkəndlilərindən üzr istəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Obozrevatel” məlumat yayıb.
Qadın çörəkpulu qazanmaq üçün getdiyi İtaliyadan yenicə qayıtmasına baxmayaraq, özünütəcrid tələblərinə riayət etməyib. Nəticədə, onda infeksiya aşkarlanıb.
Vətənində olduğu müddətdə o, aralarında öz uşaqları, nəvələri və bir neçə tanışı olmaqla, 14 nəfəri yoluxdurub.
Qadın onun bu hərəkətinin intiqamını qohumlarından almamağa çağırıb.
Muxalifet4 - 30-03-2020
Bill Qeytsdən koronavirusla bağlı ÇAĞIRIŞ: Liderlərin iki əsas vəzifəsi var
Milyarder və “Microsoft”un həmtəsisçisi Bill Qeyts COVID-19-un “bir əsrdir qorxduğumuz patogen” ola biləcəyini düşünür. Onun fikrincə, bu, sülh üçün ciddi təhlükə yaradır, çünki digər ölümcül viruslardan daha qorxuludur.
Qeyts açıqlamasında bildirib ki, böhran vəziyyətində liderlərin iki əsas vəzifəsi var: problemi tez həll etmək və təkrarlanmasının qarşısını almaq:
Muxalifet4 - 30-03-2020
Məhkumların azadlığa buraxılması prosesi davam etdiriləcək – RƏSMİ
“Məhkumların azadlığa buraxılması prosesi intensiv davam etdiriləcək”.
Bunun Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Bu günədək 200 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığını qeyd edən M. Sadıqov bu prosesin gələcəkdə də davam etdiriləcəyini deyib.
Muxalifet4 - 30-03-2020
Qubada evdən oğurluq edən şəxlər saxlanıldı – FOTOLAR
Quba Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqla zərərçəkmişə küllü miqdarda maddi ziyan vuran iki şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakinləri Əli Əliyev və Seyfəlmülk Eldarov olduqları müəyyən edilib.Muxalifet4 - 30-03-2020
Karantin rejimini pozan kafe aşkar edildi - ŞƏKİDƏ
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Muxalifet4 - 30-03-2020
"Reanimasiyadakı xəstələrin çoxu gənclərdir" - Rusiyadan AÇIQLAMA
Rusiyanın paytaxtı Moskvadakı xüsusi koronavirus karantin xəstəxanasında ağır vəziyyətdə olan xəstələrin 40%-nin yaşı 40-dan azdır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
Xəstəxananın baş həkimi Denis Protsenko ağır vəziyyətdə olanların süni tənəffüs aparatına bağlı şəkildə saxlanıldığını bildirib. Reanimasiya bölməsində isə 17 xəstə yatır.
Xəstələrin yaş qrupuna görə sıralanması:
46%: 35-64 yaş arası
33.5%: 18-34 yaş arası
Muxalifet4 - 30-03-2020
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
Son günlərin qorxulu yuxusu COVID-19 virusu dünyanın kabusuna çevrilib. Belə ağır günlərdə Avropada yaşayan tibb işçilərimizin də təcrübəsini paylaşmaq, həmvətənlərimizi maarifləndirmək üçün informasiya xarakterli müsahibələr edirik.
Publika.az-ın müsahibi Belçika Niderland Krallığının koordinasiya şurasının üzvü, həkim-terapevt Kəmalə Ceylinovadır.
- Kəmalə xanım, Niderlandda korona təbili nə vaxt çalınmağa başlandı?
Muxalifet4 - 30-03-2020