Axtarış

The search found 105857 results in 0.03 seconds.

Search results

  1. Cəmi 2-3 il əvvəl alınan milyonluq qatarlar sıradan çıxıb - BAKI METROPOLİTENİNİN ƏMƏKDAŞINDAN SENSASİON AÇIQLAMALAR / Video

    Cəmi 2-3 il əvvəl alınan milyonluq qatarlar sıradan çıxıb - BAKI METROPOLİTENİNİN ƏMƏKDAŞINDAN SENSASİON AÇIQLAMALAR / Video

    Muxalifet4 - 27-03-2020

  2. İranda koronavirusa yoluxanların sayı 30 mini ötdü

    Son sutka ərzində İranda 144 nəfər koronavirusdan ölüb.

    "RİA “Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd edilir ki, bununla da İranda koronavirus qurbanlarının sayı 2 378 nəfərə çatıb. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 30 mini ötüb./report

    Muxalifet4 - 27-03-2020

  3. “Heç kim dəfn mərasiminə gəlməsin” - NAZİRLİK

    Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Report-a açıqlama verən nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb:

    Muxalifet4 - 27-03-2020

  4. PUTİN QƏRBDƏN YARDIM İSTƏDİ – “Koronavirusa görə sanksiyaları qaldırın...”

    Rusiya prezidenti Vladimir Putin “Böyük iyirmilər”in (G20) videobağlantı ilə keçirilən konfransında ölkələrin koronavirus pandemiyası ilə daha effektli mübarizə apara bilmələri üçün iqtisadi sanksiyaların qaldırılmasını istəyib. Bu barədə Qərb mediası məlumat yayıb.

    Xatırladaq ki, bütün dünyada 500 min insan koronavirusa yoluxub. İndiyədək bu virusdan 23 min nəfər ölüb.

    Muxalifet4 - 27-03-2020

  5. Milli Məclisdə deputatlar bir-birindən 2 metr aralı oturacaq

    Ölkədə koronavirusun (COVID-19) yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi, Milli Məclis Sədrinin təşəbbüsü ilə parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır. 

    Milli Məclisin Mətbuat xidmətindən bildirilib ki, parlamentin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb. 

    Muxalifet4 - 27-03-2020

  6. Fransa açıqladı: Koronaya qarşı bu dərmandan istifadə edin

    Fransa dövləti malyariya xəstəliyinin müalicəsində istifadə edilən xlorokin dərmanının yeni növ koronavirusa qarşı müalicədə istifadə edilməsinə razılıq verib. Bu dərmanı koronavirus xəstələri üzərində istifadə edən ilk həkim Didier Raoult olub. Onun sayəsində xəstələrin 75 faizində yaxşılaşma qeydə alınıb.

    Muxalifet4 - 27-03-2020

  7. ABŞ-da 2020-ci İLİN PREZİDENT SEÇKİLƏRİ TƏXİRƏ SALINA BİLƏR: Ordu küçələrə niyə yeridilib? - ARAŞDIRMA

    Koronavirus kral ailələrinə qədər sıçradımı? Bəli. Şahzadə Çarlz koronavirusa yoluxdumu? Yoluxdu.

    Dünən “Çinli xidmətçilərdən yoluxma ilə bağlı açıqlama gələrsə, təəccüblənmərəm” deyərək, yazmışdım. Buna yaxın bir addım atıldı. Şahzadə Çarlzın virusa iş adamı olan yaxın bir dostundan yoluxduğu açıqlandı. İş adamı da Çindən yeni gəlibmiş.

    Baxın, heç bir şey yazılıb cızıldığı kimi deyildir. Heç kim hazırda gedən savaş haqqında detallı danışa, yazı yaza bilmir. Bu, bilmədiyi üçün də, çəkindiyi üçün də ola bilər. Mən bilmirəm.

    Muxalifet4 - 27-03-2020

  8. Putinin işçisi koronavirusa yoluxdu - KREMLDƏ HƏYƏCAN

    Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Prezident Administrasiyasında koronavirusa yoluxma halı qeydə alınıb.

    Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Prezident Administrasiyasında çalışan bir nəfərdə koronavirus aşkar edildiyini söyləyib, bununla əlaqədar zəruri sanitar-epidemioloji tədbirlər görüldüyünü bildirib. O, xəstəliyə yoluxmuş əməkdaşın prezidentlə təmasda olmadığını söyləyib.

    Ümumilikdə Moskvada 703 yoluxma halı qeydə alınıb.

     

    Muxalifet4 - 27-03-2020

  9. Böyük Britaniyanın baş naziri koronovirusa yoluxdu

    Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.
     
    Müxalifet.az
     Welt.de informasiya potralına istinadən xəbər verir ki, bu barədə baş nazir özünün "Twitter"dəki səhifəsində yazıb.

    55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

    Baş nazirin sözlərinə görə, son 24 saat ərzində siyasətçidə xəstəliyin əlamətləri üzə çıxıb. Onun koronavirus analizlərinin nəticələri pozitiv olub.
     

    Muxalifet3 - 27-03-2020

  10. Rayonlara giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ AÇIQLAMA

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. 
    DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
    Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

    Muxalifet4 - 27-03-2020

  11. Naxçıvana gediş-gəliş qaydaları AÇIQLANDI - Uçuş günləri və...

    ZAL aviaşirkəti, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını açıqlayıb.

    Aviaşirkətdən bildirilib ki, bu qaydalara Azərbaycan vətəndaşları qeyd-şərtsiz əməl etməlidir. 

    Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar: 

    Muxalifet4 - 27-03-2020

  12. Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

    Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki,  bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

    Muxalifet4 - 27-03-2020

  13. Koronavirus pandemiyası: ABŞ 2.2 milyon adamın ölümünü proqnozlaşdırır

    ABŞ-da koronavirus pandemiyası nəticəsində dünyada ölənlərin sayının əvvəlcə proqnozlaşdırılandan daha az olacağını nəzərdən keçirir.

    Muxalifet.az virtualaz.org-a istiandən xəbər verir ki, bu barədə Ağ evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birks keçirdiyi brifinqdə bildirib.

    Muxalifet4 - 27-03-2020

  14. Bulvar ərazisinə daxil olmaq qadağan olunub? - AÇIQLAMA

    “Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

    Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib. 

    Muxalifet4 - 27-03-2020

  15. Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

    Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır. 

    Muxalifet4 - 27-03-2020

  16. ŞOK: Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - DƏHŞƏTLİ VİRUSA YOLUXANLARIN SAYI 147 NƏFƏR OLDU

    Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

    Muxalifet4 - 27-03-2020

  17. Koronavirusla bağlı yalan informasiya yayan 3 nəfər həbs edildi - AZƏRBAYCANDA

    Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir. Məlum olduğu kimi, həmin tədbirlər çərçivəsində iaşə müəssisələrinin iş rejimi saat 15:00-dək müəyyən edilmiş, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmış, kütləvi tədbirlərin, toplantıların keçirilməsi isə təxirə salınıb.

    Muxalifet4 - 27-03-2020

  18. Azərbaycanda karantində 3485 nəfər saxlanılır - RƏSMİ

    Azərbaycanda infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3 485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
     
    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
     
    Qeyd olunub ki, Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
     

    Muxalifet4 - 27-03-2020

  19. Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir - QADAĞALAR ARTDI

    Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti məlumatı açıqlanıb. 

    Məlumata əsasən, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

    Muxalifet4 - 27-03-2020

  20. Bakı metrosu gün ərzində cəmi 5 saat işləyəcək - 2 SAAT SƏHƏR, 3 SAAT AXŞAM

    Bakı metrosu üçün xüsusi karantin rejimi dövründə yeni iş vaxtı müəyyən edilib.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

    Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib./Report

    Muxalifet4 - 27-03-2020

Pages