Axtarış
The search found 105857 results in 0.049 seconds.
Search results
OMBUDSMAN DƏYİŞDİ, APARATI ƏVVƏLKİ AMPLUASINDADIR - İnsan hüquqları deyil, “rüşvət hüquqları” qorunur…
İnsan hüquqları üzrə müvəkkilin – Ombudsmanın adından göründüyü kimi, bircə görəvi insanların hüquqlarını qorumaqdır. Nə yazıq, insanlar gerçəkdə hüquqlarının qorunmasının imitasiyasından özgə bir qorunma görmürlər.
Muxalifet4 - 30-03-2020
Döyülən Mingəçevir sakininin şikayətinə baxılmır? – POLİSDƏN AÇIQLAMA
Sosial şəbəkələrdə və bəzi saytlarda Mingəçevir şəhər sakini Nazir Əliyevin onun müraciətinə baxılmaması ilə bağlı fikirləri yer alıb.
Muxalifet4 - 30-03-2020
Rusiyada azərbaycanlı 44 min maska alıb yerli sakinlərə payladı - VİDEO
Rusiyanın Orenburq vilayətində yerləşən Qay şəhərində azərbaycanlı iş adamı İ.H.Məmmədov 44 min tibbi maska alaraq onları təmənnasız yerli əhaliyə paylayıb.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, azərbaycanlı biznesmen martın 28-də maskaların yerli sakinlərə paylanılmasında şəxsən iştirak edib və onlardan necə istifadə olunacağını izah edib.
Muxalifet4 - 30-03-2020
Çində yarasa ətinin satışına qoyulan qadağa ləğv olundu
Dünya əhalisinin 1/3 hissəsinin karantində qalmasına baxmayaraq, Çində həyat əvvəlki axarına qayıdıb. Ölkə bazarlarında yarasa, əqrəb kimi heyvanların satışı bərpa olunub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Çində küçədə yerləşən bazarlar yenidən açılıb.
Burada satıcılar adi ətdən başqa, vəhşi heyvanların ətlərini də satmağa başlayıblar.
“Bazarda xalq təbabəti üçün istifadə edilən itlər, pişiklər, əqrəblər və digər canlılar ciddi antisanitariya şəraitində satılır”,- “Daily Looks”qəzetinin müxbiri bildirib.
Muxalifet4 - 30-03-2020
Daxili Qoşunların hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb edildilər - BAKIDA
Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumatı təsdiqləyib.
O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:
"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".
Muxalifet4 - 30-03-2020
İranda koronavirusdan ölənlərin sayı 2757-yə çatdı
İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 3186 nəfər artıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, bununla da İranda virusa yoluxanların ümumi sayı 41 min 495 nəfərə çatıb. Bundan əlavə, son 24 saatda ölkədə daha 117 nəfər virusdan dünyasını dəyişib və ölü sayı 2757 nəfərə yüksəlib.
Muxalifet4 - 30-03-2020
"3 ay möhlət verilsin" - Krediti olanların NƏZƏRİNƏ
“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.
V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var:
“3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.
Muxalifet4 - 30-03-2020
Ərdoğan Liviyaya ordu göndərir – HAFTARA BÖYÜK ŞOK
Türkiyə Yaxın Şərq və Şimali Afrikada maraqlarını fəal şəkildə həyata keçirir.
Bunu rusiyalı politoloq Boris Dolqov deyib.
Ekspert Ankaranın legitim Milli Razılıq Hökuməti (PNC) ilə Liviyada neft yataqlarının istismarı hüququnu əldə edən bir müqavilə bağladığını qeyd edib:
Muxalifet4 - 30-03-2020
Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.
Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.
Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.
Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.
Muxalifet4 - 30-03-2020
DƏHŞƏT: Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.
Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan vəfat edib.
Muxalifet4 - 30-03-2020
Karantin rejiminin tələblərini pozanlar həbs olundu – GƏNCƏDƏ 33 NƏFƏR BARƏSİNDƏ İSƏ… / Fotolar
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə edirlər.
Muxalifet4 - 30-03-2020
"Xüsusi karantin rejiminə ciddi əməl edin!" - OPERATİV QƏRARGAHDAN NÖVBƏTİ XƏBƏRDARLIQ
Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti dəfə vətəndaşlara müraciət edib.
Bu barədə qərargahda bildirilib.
Qeyd olunub ki, bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.
Muxalifet4 - 30-03-2020
"TOFİQ YAQUBLUNUN HƏBSİ SABOTAJDIR..." - ADP sədrindən şok açıqlama
Bildiyiniz kimi, bugünlərdə Nizami Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nəzərinizə çatdıraq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Səttar oğlu Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.
Muxalifet4 - 30-03-2020
AZƏRBAYCANDA ŞOK OLAY – Xəstəxanada “sağlam” diaqnozu qoyulan xəstə evə çatan kimi koronavirusdan öldü / YENİLƏNİB
Mart ayının 24-də 1969-cu il doğumlu Pirəliyev Cabir Vəzir oğlu ambulator müalicə üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirilib. Müalicə aldıqdan sonra evinə yola salınıb. Elə həmin gün, yəni mart ayının 24-ü evdə vəziyyəti ağırlaşan Cabir Pirəliyev dünyasını dəyişib.
Bu haqda Hürriyyət.org-a adının çəkilməsini istəməyən mərkəz əməkdaşı xəbər verib.Muxalifet4 - 30-03-2020
Evdə qalan valideynlər “dəhşətli” görüntülər paylaşırlar - FOTOLAR
Koronavirus pandemiyasına görə ən çox əziyyət çəkənlər arasında uşaqlar xüsusi yer tutur. Çünki fiziki cəhətdən fəal dövrlərində evdən çölə çıxa bilmirlər.
“Daily Mail”in məlumatına görə, bütün dünyadan olan valideynlər də sosial şəbəkələrdə uşaqlarının necə əyləndikləri barədə “dəhşətli” fotolar paylaşırlar.
Muxalifet4 - 30-03-2020
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Muxalifet4 - 30-03-2020
Gürcüstanın bütün ərazisində karantin elan olundu
Gürcüstan hökuməti ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria brifinqdə bildirib.
Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib: “Sabah saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunur”.
Muxalifet4 - 30-03-2020
Tiflisdə metro və sərnişin avtobuslarının işləməsi qadağan olundu - BAŞ NAZİRDƏN AÇIQLAMA
Tbilisi Metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria brifinqdə bildirib.
O deyib ki, həm şəhərdaxili, həm də şəhərlərarası istənilən növ ictimai nəqliyyatın fəaliyyəti qadağan olunur: “Taksilər də daxil olmaqla yalnız minik avtomobillərinin hərəkətinə icazə verilir. Bu nəqliyyat vasitələrində arxa oturacaqda iki nəfər əyləşməklə yalnız üç nəfər ola bilər”.
Qeyd edək ki, Gürcüstanda sabah saat 08:00-dan ümumi karantin rejimi qüvvəyə minəcək./Report
Muxalifet4 - 30-03-2020
Ronaldo "Evdə qal" çağırışına əməl etmədi - FOTOLAR
Sosial media vasitəsilə "evdə qal" çağırışı edən portuqaliyalı futbolçu Kriştiano Ronaldo sevgilisi və uşaqları ilə birlikdə gəzintiyə çıxıb.
Publika.az xəbər verir ki, koronavirus epidemiyasına görə Portuqaliyadakı evində məskunlaşan ulduz oyunçunun ailə üzvləri ilə birlikdə dənizkənarı gəzintiyə çıxması, eyni zamanda maska və əlcəkdən istifadə etməmələri izləyicilər tərəfindən sərt qarşılanıb.
Onlar Ronaldonu sözünə əməl etməməkdə təqsirkar bilib.
Muxalifet4 - 30-03-2020
“Ən kiçik səhlənkarlıq çox böyük faciələrə yol aça bilər” – MÜXALİF PARTİYA ÖLKƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI VİRTUAL TOPLANTI KEÇİRDİ
Dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirləri çərçivəsində 1 ay müddətinə bütün toplantılarını ləğv edən ADP İdarə Heyəti ölkədə baş verən bir sıra mühüm hadisələri müzakirə etmək məqsədilə özünün növbəti toplantısını virtual qaydada keçirib.
Muxalifet4 - 30-03-2020