Axtarış
The search found 105857 results in 0.056 seconds.
Search results
Türkiyədə koronavirusdan ölənlərin sayı 92 nəfər oldu – BİR GÜNDƏ 17 NƏFƏR HƏYATINI İTİRDİ
Türkiyədə koronavirusa yoluxanların sayı 5698 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
“Bu gün 7533 test aparıldı, onlardan 2069-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 5698 koronavirusa yoluxma var. Biz daha 17 pasiyenti itirdik, ölənlərin ümumi sayı 92 nəfərə çatdı”, - deyə nazir bidirib.
Muxalifet.az
Muxalifet4 - 27-03-2020
İTALİYADA DƏHŞƏT: Bir gündə 919 nəfər öldü
İtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artmaqdadır.
İtaliya hökumətinin verdiyi açıqlamada son sutka ərzində ölkədə 919 nəfərin koronavirusdan öldüyü qeyd edilib. Bu İtaliyada bir gündə ən yüksək ölüm sayıdır.
Qeyd edilib ki, İtaliyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 9134-ə çatıb.
Son 1 gündə 5909 nəfər bu virusa yoluxub və test yoxlanışı pozitiv çıxan insanların sayı 86498-ə yüksəlib./Publika.az
Muxalifet4 - 27-03-2020
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərdən MÜRACİƏT - VİDEO
Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Bakıdakı xəstəxanalardan birində, koronavirusa yoluxmuş şəxslərin saxlanıldığı Xüsusi təhlükəli infeksiya şöbəsindən reportaj hazırlayıblar.
Muxalifet.az xəbər verir ki, TV əməkdaşları xüsusi geyimlərlə şöbədəki xəstələrlə görüşüb, onlarla həmsöhbət olublar. Videosüjet AzTV-nin yeni layihəsi olan "#Evdəqal" verilişində yayımlanıb.
Qeyd edək ki, REAL TV də koronavirus xəstələrinin saxlanıldığı Xüsusi karantin xəstəxanasından reportaj hazırlayıb.
Həmin reportajları təqdim edirik.
Muxalifet4 - 27-03-2020
Azərbaycanda küçəyə çıxma qadağası xəbərləri barədə DİN-dən RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan məktubla bağlı açıqlama yayıb.
Nazirlik xəbər verir ki, məktubda guya, martın 28-dən paytaxt ərazisində nəqliyyatın hərəkətinə tam məhdudiyyət qoyulacağı yazılıb.
"Vətəndaşlarımızı bu məlumata inanmamağa çağırırıq. Bildiririk ki, bu dezinformasiyadır. Polis əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinin icrası ilə əlaqədar fəaliyyətini davam etdirir".
Muxalifet4 - 27-03-2020
Deniel Kiş: Uçmaq üçün qanada, görmək üçün gözə ehtiyac qalmayacaq
Bəzən uçmaq üçün qanada, görmək üçün gözə gərək qalmır.
Deniel Kiş adlı qəhrəmanın həyat hekayəsilə tanış olandan sonra buna bir daha əmin olacaqsınız.
Muxalifet4 - 27-03-2020
Nyu-York küçələrində soyuducular peyda oldu - KORONAVİRUSDAN ÖLƏNLƏR ÜÇÜN
ABŞ-ın Nyu-York şəhərində küçədə koronavirusdan ölənləri yerləşdirmək üçün yük soyuducularına rast gəlinir.
Virtualaz.org xəbər verir ki, onlar koronavirusdan ölənlərin qəbulu zamanı şəhər morqunda yer çatışmayacağı hallar üçün nəzərdə tutulub.
“Biz səhhətimizlə bağlı böhran yaşayırıq, şəhərdə fövqəladə vəziyyət elan edilib”, - deyə şəhərin rəsmi nümayəndəsi Adca Vorsi-Devis bildirib.
Eyni zamanda, Nyu-Yorkda koronavirusdan ölənlərin meyitlərinin saxlanılması üçün çadırlar da qurulur.
Muxalifet4 - 27-03-2020
Türkiyədə fövqəladə vəziyyət elan edilə bilər - NAZİRDƏN AÇIQLAMA
Türkiyə hakimiyyəti koronavirus pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyətin tətbiq olunacağını istisna etmir.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “NTV” kanalına açıqlamasında deyib.
Nazir bildirib ki, bu günə qədər koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir:
“Bundan sonra vəziyyət koronavirusun yayılmasından asılı olacaq. İnsanların çölə çıxış qadağası və ya fövqəladə vəziyyətin elan edilməsi də istisna edilmir”.
Muxalifet4 - 27-03-2020
DİN-dən "insanların küçəyə çıxması qadağan edilir" anonsu barədə AÇIQLAMA - VİDEO
"Sosial şəbəkələrdə yayılan həmin videolar montajdır"
Muxalifet.az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, həmin görüntülər saxtadır, səs montaj edilib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Post Patrul avtomobillərindən guya sabah səhər saatlarından insanların küçəyə çıxmasının və avtomobillərdən istifadə edilməsinin qadağan edildiyi ilə bağlı xəbər yayılmışdı.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet4 - 27-03-2020
“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!
“Nar” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq abunəçilərini, təhlükəsizliklərini təmin etmək məqsədilə “Nar+” tətbiqindən yararlanmağa çağırır. Bu tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. Belə ki, “Nar+” tətbiqi ilə abunəçilər bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Tətbiqlə abunəçilər balanslarının sərfiyyatı haqqında izahlı qaiməni də əldə edə bilərlər.
Muxalifet4 - 27-03-2020
Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir – KORONAVİRUS PANDEMİYASI İLƏ ƏLAQƏDAR / Video
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səsləndikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.
Muxalifet4 - 28-03-2020
"XARİCƏ UÇUŞLAR TAMAMİLƏ DAYANDIRILIR" - Ərdoğan koronavirusla bağlı yeni tədbirlər paketini açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı bu gün yeni tədbirlər paketinin hazırlandığını bildirib.
Türkiyə Prezidenti açıqlamasında qeyd edib ki, dünyada pandemiya halını alan xəstəlik təhlükəsindən qorunmaq üçün xalq müəyyənləşdirilən qaydalara düzgün riayət etməlidir.
Muxalifet4 - 28-03-2020
Tramp mühüm qanunu imzaladı, hər vətəndaşa 1 200 ABŞ dolları veriləcək - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.
Bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.
Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir.
Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard ABŞ dolları həcmində yardım paketini təsdiqləmişdi.
Muxalifet4 - 28-03-2020
Tramp Maduronu devirə bilmədi, indi həbs etmək istəyir - BAŞINA 15 MİLYON DOLLAR PUL QOYDU...
ABŞ prezidenti Donald Trampın Venesuelada prezident Nikolas Maduronu devirmək və onun yerinə hakimiyyətə müxalifət lideri Xuan Quaydonu gətirmək səylərinin nəticəsiz qalmasından sonra indi Vaşinqton başqa taktikaya əl atıb.
Virtualaz.org xəbər verir ki, bu dəfə Birləşmiş Ştatlar Maduronu qandallamaq üçün hərəkətə keçib, hətta onun həbsi üçün 15 milyon dollar mükafat da təyin edib.
Muxalifet4 - 28-03-2020
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".
Bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.
Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.
O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.
Muxalifet4 - 28-03-2020
Britaniya kraliçası da koronaya yoluxdu - BORİS CONSONLA GÖRÜŞDƏN SONRA
Böyük Britaniya kraliçası II Yelizaveta yeni tip koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə “UCR Nyus” məlumat yayıb.
Kraliçanın Böyük Britaniyanın Baş naziri Boris Consonla Bukingem sarayında gerçəkləşən görüşdən sonra virusa yoluxduğu ehtimal olunur./axar.az
Muxalifet4 - 28-03-2020
Ölkədə olma müddəti bitən əcnəbilərə cərimə yazılır? - MİQRASİYA XİDMƏTİNİN RƏHBƏRİNDƏN AÇIQLAMA
"16 mart-30 aprel tarixlərində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri (cərimə) tətbiq edilmir və ümumi olaraq müraciət etmələri, qəbul şöbələrinə gəlmələri tələb edilmir".
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.
V.Hüseynov qeyd edib ki, ölkədə olma (viza və ya 90 gün) müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər:
Muxalifet4 - 28-03-2020
Sabahdan ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək - AÇIQLAMA
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyəti 29 mart 2020-ci il tarixindən xüsusi iş rejimində davam edəcək.
Muxalifet4 - 28-03-2020
“BakuBus” avtobuslarında məsafənin gözlənilməsi qaydaları tətbiq edildi - FOTOLAR
Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.
Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir:
Muxalifet4 - 28-03-2020
80 məhkum həbsxanadan qaçdı - İRANDA
İranın Saqqız şəhərindəki 80 məhkum koronavirusa görə həbsxanadan qaçıb.
Bu barədə məlumatı "Fars" agentliyi yayıb.
Qeyd edək ki, bu günə qədər koronavirus səbəbindən İranda 85 min məhkum azad edilmişdi. Ötən gün də İranın Ali dini lideri Əli Xamenei 10 min dustağı əfv edib.
Muxalifet4 - 28-03-2020
Avropada koronavirusdan ölən ilk məktəbli - FOTO
Fransada 16 yaşlı Culiya koronavirusa yoluxaraq vəfat edib.
“Qafqazinfo”nun “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, yeniyetmə martın 23-də yaşadığı Lonjmuyo şəhərində tənəffüs narahatlığına görə xəstəxanaya aparılıb. Lakin məktəblinin vəziyyəti daha da ağırlaşdığından Parisdə özəl xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da o, Avropada COVİD-19-a görə həyatını itirən ilk yeniyetmə kimi tarixə düşüb.
Muxalifet4 - 28-03-2020