Bir gündə koronavirusdan 16 nəfər öldü - TÜRKİYƏDƏ

Baxış sayı:
1212

Son sutkada Türkiyədə yeni tip koronavirusdan (COVİD-19) 16 nəfər ölüb, 1 704 yeni yoluxma qeydə alınıb.

Bu barədə Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat verib. 

O bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 402, ölənlərin sayı isə 108 nəfərdir. 

Onun sözlərinə görə, bu gün 7 641 nəfər testdən keçirilib. 

Qeyd edək ki, Türkiyədə koronavirusdan sağalanların sayı 70 nəfərdir./apa