Kosmosa 74 peyk göndərən şirkət koronavirusun qurbanı oldu

Baxış sayı:
378

Koronavirus bu dəfə ABŞ-ın telekommunikasiya şirkəti "OneWeb"-nin “canını alıb”.

Ovqat.com xəbər verir ki, şirkət koronavirusun (COVİD-19) yaratdığı böhran səbəbindən əlavə maliyyə mənbəyi tapa edə bilmədiyi üçün iflas etdiyini açıqlayıb.

ABŞ-da fəaliyyət göstərənOneWeb, kosmosdan yüksək sürətli genişzolaqlı internet vasitəsilə dünyanın hər yerinə ucuz və əlçatan internet təqdim edirdi.

Şirkətin ABŞ-dakı qərargahından verilən açıqlamada yeni maliyyə mənbəyi tapmağa çox yaxın olduğu, ancaq koronavirusun yayılması səbəbiylə bu niyyətinin baş tutmadığını açıqlayıb.

OneWeb-in əsas səhmdarı Yaponiyanın SoftBank Texnologiyalar Qrupu idi və bu holdinq səhm qiymətlərinin aşağı düşməsi nəticəsində investorların təzyiqi üzləşirdi.

SoftBank Qrupu səhmləri geri almaq üçün 41 milyard dollarlıq aktivini (Hardasa Azərbaycanın Neft Fondunun vəsaiti qədər) satacağını açıqlamışdı.

OneWeb yüksək sürətli internet xidməti təmin etmək üçün kosmosa indiyədək 74 peyk göndərib.