Axtarış

The search found 105857 results in 0.084 seconds.

Search results

  1. Ağsuda 64 yaşlı şəxs koronavirusdan ölüb? - İDDİA

    Ağsu rayonunun əslən Musabəyli kəndindən olan sakini korona virusundan dünyasını dəyişib.
    Bu barədə "Ağsudan Xəbər" səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, "Səhiyyə Nazirliyi 1956-cı il təvəllüdlü, əslən Musabəyli kəndindən olan Heydərov Qadir Nadir oğlunun koronavirusdan öldüyünü təsdiq edib. Səhifəmizə daxil olan məlumata görə, mərhum 1972-ci ildən Bakı şəhərinə köçərək orada yaşayıb.

    Muxalifet4 - 25-03-2020

  2. ​Azərbaycanda spirt və tibbi maska qıtlığı yaxın günlərdə aradan qalxacaq / RƏSMİ AÇIQLAMA

    Ölkədə spirt və maskalarla bağlı yaranmış qıtlıq bu məhsullara həm dünyada, həm də daxildə tələbatın qısa müddətdə artması ilə əlaqəlidir.
    Hazırda dünyada maska istehsalçıları 24 saatlıq istehsal rejimində işləsələr də tələbi ödəməkdə çətinlik çəkirlər.
    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, əvvəlki illərdə ölkəmizdə ay ərzində 500-600 min maska satılırdısa, indi bu qədər maska 3 günə satılır. 2018-19-cu illərdə ildə təqribən 5-6 milyon maska satılırdısa, təkcə son bir ayda bu rəqəm 3.5 milyon olub.

    Muxalifet4 - 25-03-2020

  3. İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

    İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfərə çatıb.

    "Worldometers.info" saytı xəbər verir ki, bununla İspaniya koronavirusdan ölənlərin sayına görə Çini (3281) geridə qoyub.

    Ölkədə ümumilikdə 47611 nəfər koronavirusa yoluxub.

    Qeyd edək dünya üzrə koronavirusa yoluxanların sayı 460 min 658-ə çatıb./qafqazinfo

     

     

     

    Muxalifet4 - 26-03-2020

  4. Ərdoğandan Türkiyə xalqına “Evdə qal” çağırışı - VİDEO

    “İzolyasiya tədbirləri ilə koronavirus xəstəliyinin yayılma sürətinin qarşısını 2-3 həftə ərzində alaraq bu mərhələdən olduqca ən qısa zamanda və ən az ziyanla çıxacağıq”.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda xalqa müraciətində deyib. Onun sözlərinə görə, Türkiyə xəstəlik meydana çıxdığı andan hadisələri yaxından izləyir və vaxtında tədbirlər görən ölkələrdən biridir. Ərdoğan çıxışına belə davam edib:

    “Böyüklərimizi incidəcək ən cüzi hörmətsizliyi belə qəbul edə bilmərik.

    Muxalifet4 - 26-03-2020

  5. Koronavirusa qalib gələn 64 yaşlı türkiyəli jurnalist başına gələnləri DANIŞDI - FOTO

    Türkiyədə “Vatan” qəzetinin və “Mutlu dərgi” qrupunun keçmiş sahibi, tanınmış jurnalist Zafer Mutlu 12 günlük müalicədən sonra koronavirusa qalib gəlib.
     

    Muxalifet4 - 26-03-2020

  6. İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb

    İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 683 nəfər ölüb.
     
    Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi deyib.
     
    Rəsmi nümayəndə bildirib: "Bu gün biz 683 xəstənin ölümünü qeydə almışıq. Ölənlərin ümumi sayı 7503 nəfər təşkil edir. (Hazırda - red.) koronavirus xəstələrinin sayı 57521 nəfərdir. Son sutka ərzində 1036 xəstə sağalıb, ümumilikdə sağalanların sayı 9362 nəfərdir".
     

    Muxalifet4 - 26-03-2020

  7. Türkiyədə koronavirusdan ölənlərin sayı 59 nəfərə çatdı

    Türkiyədə koronavirusa yoluxanların sayı 2 433 nəfərə çatıb.

    Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.
     
    O, qeyd edib ki, ölkədə virusdan ölənlərin sayı da artıb.
     
    “Bu gün 5 035 test aparıldı, onlardan 561-nin nəticəsi müsbət oldu. Ölkəmizdə ümumilikdə 2 433 koronavirusa yoluxma var. Biz daha 15 pasiyenti itirdik, ölənlərin ümumi sayı 59 nəfərə çatdı”, - deyə nazir “Twitter”dəki səhifəsində yazıb./Report

    Muxalifet4 - 26-03-2020

  8. Koronavirusdan ölənlərin sayı 18 min nəfəri ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötüb.
    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
    Təşkilatın məlumatına görə, koronavirus qurbanlarının sayı 18 min nəfərdən, COVID-19 infeksiyasına yoluxanların sayı isə 414 min nəfərdən çoxdur.

    Muxalifet4 - 26-03-2020

  9. ​“Bu təxribatçılar mütləq cəzalandırılmalıdır” – AZƏR SÜLEYMANOV

    Məlum olduğu kimi artıq iki gündür ki, sosial şəbəkələrdə koronavirusun Marneulidə bir qadında aşkarlanmasından sonra bəzi etnik gürcü vətəndaşlar etnik azərbaycanlılara təhqiramiz ifadələr işlədirlər.
    24News.ge xəbər portalına müsahibə verən "Vahid Milli Hərakat" partiyasının deputatı Azər Süleymanov bu cür məslələrin baş verməsində hazırkı hakimiyyəti günahlandırıb:

    Muxalifet4 - 26-03-2020

  10. Fransa koronavirusa qarşı hərbi əməliyyata başlayır

    Fransa COVID-19 epidemiyasına qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayır.

    Bu barədə ölkə prezidenti Emmanuel Makron “Mulhouse” hərbi xəstəxanasındakı çıxışı zamanı bildirib. 

    Hərbi əməliyyat “Müqavimət” adlanacaq, əhaliyə, ictimai xidmət orqanlarına, habelə xəstəxanalara komək edəcək. 

    E.Makron bildirib ki, hərbi əməliyyat xüsusilə səhiyyə, logistika və müdafiə sahələrinə yeni virusa qarşı mübarizədə dəstək olacaq.

    “Bu hələ ki, başlanğıcdır, lakin biz bunun öhdəsindən gələcəyik”, - dövlət başçısı bildirib.

    Muxalifet4 - 26-03-2020

  11. Bakıda 5-ci mərtəbədən düşən gənc qız öldü - YENİLƏNİB

    Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.

    Hadisə Nizami rayonunda qeydə alınıb.

    Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.

    ***

    Bakıda xəsarətlə nəticələnən hadisə baş verib.

    Hadisə Nizami rayonunda qeydə alınıb.

    Muxalifet4 - 26-03-2020

  12. ABŞ-da ictimai məsafə saxlamağa qarşı çıxan şəxs öldürüldü

    ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar hökumət tərəfindən tətbiq olunan təcridetmə tədbirləri ilə razılaşmayaraq terror hücumu həyata keçirməyi düşünən şəxs öldürülüb.
    “TASS” xəbər verir ki, bu barədə “Fox-4” telekanalı məlumat yayıb.

    Muxalifet4 - 26-03-2020

  13. Almaniyada 200-dən çox insan koronavirusdan ölüb

    Almaniyada 200-dən çox insan yeni növ koronavirus infeksiyasından ölüb, 37 mindən çoxu bu virusa yoluxub.
    “TASS” xəbər verir ki, belə bir məlumatı yerli “n-tv” telekanalı AFR-in federal torpaqlarından əldə olunan özəl analizlərin nəticələri əsasında açıqlayıb.
    Məlumata görə, son sutka ərzində təxminən 4 min nəfər virusa yoluxub, ümumilikdə onların sayı 37 011 nəfərdir. 203 alman virusdan ölüb, bu da bir gün əvvəlki göstəricidən təxminən 50 nəfər çoxdur.

    Muxalifet4 - 26-03-2020

  14. Rusiya digər ölkələrlə hava əlaqələrini bağlayır

    Rusiya hökuməti Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə (“Rosaviasiya”) martın 27-dən müntəzəm və çarter reysləri dayandırmağı tapşırıb.
    Bu barədə Nazirlər Kabinetinin qəbul etdiyi qərarda bildirib.
    Qeyd olunub ki, “Rosaviasiya”ya yalnız xaricdə olan rusiyalıların ölkəyə gətirilməsi reyslərini həyata keçirə bilər.

    Muxalifet4 - 26-03-2020

  15. Məşhur həkimdən koronavirusdan qorunmaq üçün 8 VACİB TÖVSİYƏ

    ABŞ-da yaşayan məşhur türk cərrahı Mehmet Öz yeni tip koronavirusla bağlı önəmli açıqlama verərək virusdan qorunmaq üçün 8 maddəlik tövsiyə ilə çıxış edib.
     Cərrah qeyd edib ki, bu virusdan qaçış yoxdur: "Bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız tutulacağıq. Ancaq nə qədər sonra tutulsaq, o qədər yaxşıdır. Başqa sözlə, tam qorunma təmin etmir. Tam qorunma həmişə immunitetinizdir.".

    Muxalifet4 - 26-03-2020

  16. “İnsanları virusa yoluxdurmayın, metronun fəaliyyətini dayandırın” - QUBAD İBADOĞLU

    Bakı metrosunun fəaliyyətinin dayandırıması təklif edilib.

    Bu təkliflə iqtisadçı Qubad İbadoğlu çıxış edib.

    "Nazirlər Kabinetinə təkrar səslənirəm, mümkün qədər tez müddətdə Bakıda metronu qapadın. Bir daha xatırladıram ki, virusun yayılması üçün yeraltı nəqliyyat vasitələrindən əlverişli yer yoxdur. Özünüz hər saatda bir neçə dəfə dezinfeksiya olunmuş xidməti maşınlarda gəzirsiniz, heç olmazsa kasıb əhalini havalandırma sistemi bərbad olan sərnişinlərlə dolu olan metro vaqonlarında virusa yoluxdurmayın" - Q.İbadoğlu vurğulayıb.

    Muxalifet4 - 26-03-2020

  17. Gürcüstanda koronavirusa yoluxanların sayı 77-yə çatdı

    Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yə çatıb.
    Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
    Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.
    Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusdan 10pasiyent sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 67nəfər təşkil edir. 

    Muxalifet4 - 26-03-2020

  18. Sosial şəbəkələrdə görüntüləri yayılan “avtoş” həbs edildi

    2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb. 

    Muxalifet4 - 26-03-2020

  19. Deputatın qardaşı qızı jurnalistin 4 il həbs olunmasını tələb edir - QALMAQAL

    Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatma Quliyeva jurnalist Aygün Süleymanlının (Muradxanlı) 4 il həbsdə saxlanmasını istəyir. Bu tələblə də xüsusi ittiham qaydasında iddia qaldırıb. Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Fatma Quliyeva jurnalist Aygün Süleymanlının (Muradxanlı) 4 il həbsdə saxlanmasını istəyir. Bu tələblə də xüsusi ittiham qaydasında iddia qaldırıb.

    Muxalifet4 - 26-03-2020

  20. Gürcüstanda beş uşaq koronavirusa yoluxdu

    Gürcüstanda 5 uşağın koronavirusa yoluxması təsdiqlənib.

    Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

    O deyib ki, uşaqların hamısında xəstəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”.

    Qeyd edək ki, qonşu ölkədə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var./Report

    Muxalifet4 - 26-03-2020

Pages