Axtarış
The search found 105857 results in 0.03 seconds.
Search results
Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət varmı? - DİN-dən AÇIQLAMA
Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.Muxalifet4 - 25-03-2020
"BİZ İTALİYA SSENARİSİNƏ HAZIR OLMALIYIQ" - Baş həkim Putinin sualını belə cavablandırdı
Dünən koronaviruslu xəstələrin müalicəsi üçün əsas mərkəzi xəstəxana hesab edilən Kommunarkaya baş çəkən Rusiya prezidenti baş həkim Denis Prosenko ilə söhbət edərək, ondan hadisələrin gedişi barədə məsləhətlər alıb.
Putin Rusiyanı nələr gözlədiyi və virusun qarşısını almaq üçün səhiyyənin necə səfərbər olunması ilə maraqlanıb.
Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, baş həkim prezidentə 2 mümkün ssenari barədə proqnoz verib.
Muxalifet4 - 25-03-2020
Peskov Putinin özünü necə hiss etməsi haqda: “Tfu, tfu, tfu, yaxşıdır....”
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin dövlət başçısının koronavirusa yoluxanların müalicə olunduğu infeksion xəstəxanaya baş çəkməsindən sonra öznü necə hiss etdiyi barədə sualına “tfu, tfu, tfu, yaxşıdır” sözləri ilə cavab verib.
Muxalifet4 - 25-03-2020
SƏFİRİN “ŞƏRƏFİNƏ” TƏŞKİL OLUNAN TƏDBİRDƏN ŞOK GÖRÜNTÜLƏR – AZTV-nin keçmiş xüsusi müxbiri tərəfindən yayılan VİDEONU OXUCULARIMIZA TƏQDİM EDİRİK
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ukraynadakı azərbaycanlılar Azər Xudiyevin səfir vəzifəsindən geri çağırılmasını bayram ediblər.
Muxalifet4 - 25-03-2020
Fövqəladə vəziyyət rejimini pozanlar həbs edildi - QAZAXISTANDA
Qazaxıstanda fövqəladə vəziyyət rejimini pozduğuna görə 60-dan çox adam həbs olunub.
“RİA Novosti” xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayev bildirib.
Qazaxıstanda 80 koronavirusa yoluxma hadisəsi təsdiqlənib. Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət elan edilib. Martın 19-da Nur-Sultan və Alma-Atıda karantin tətbiq olunub.
Muxalifet4 - 25-03-2020
İranda vəziyyət getdikcə gərginləşir... - BİR GÜNDƏ KORONAVİRUSDAN 143 NƏFƏR ÖLDÜ
İranda son sutka ərzində 2 206 yeni koronavirusa yoluxma halı aşkarlanıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə məlumat verib.
O, “Twitter”də yazdığı postda İranda yoluxma hallarının ümumi sayınən 27 017 nəfərə çatdığını bildirib. Nazir müşaviri həmçinin son gün ərzində 143 nəfərin virusdan öldüyünü də əlavə edib.
Onun sözlərinə görə, yoluxanlardan 9 625 nəfər sağalıb, ölənlərin sayı isə 2 077-yə çatıb./Report
Muxalifet4 - 25-03-2020
"Bir neçə axmaq və səfeh insanın yazdığı rəy və şərhləri ciddiyə almayaq" - AZƏRBAYCANLI DEPUTAT
Gürcüstan parlamentinin Marneulidən majoritar deputatı Ruslan Hacıyev koronavirusla bağlı vəziyyətin fonunda sosial mediada etnik zəmində yer alan təhqiramiz ifadələrə münasibət bildirib.
O, bir neçə axmaq və səfeh insanın yazdığı bu cür rəy və şərhləri ciddiyə almamağa çağırıb.
R.Hacıyevin sözlərinə görə, bu məsələ barədə hüquq mühafizə orqanları məlumatlıdırlar və lazımı ölçü götürüləcək.
Muxalifet4 - 25-03-2020
Sumqayıt və Abşeronun ara yollarında da postlar quruldu
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Muxalifet4 - 25-03-2020
Mağazada məhsulları yaladı, TERRORÇU KİMİ HƏBS EDİLDİ
ABŞ-ın Missuri ştatının Warrenton şəhərində supermarketdə məhsulları yalayan şəxs terror təhdidi ilə ittiham edilib.
Bu barədə "Riverfront Times" xəbər verir.
Bildirilir ki, 26 yaşlı Codi Pfister etdiyi hərəkətin videosunu sosial şəbəkələrdə yayımlayıb. O, "Walmart" mağazasının rəflərindəki məhsulları yalayaraq deyib: "Koronavirusdan kim qorxur?"
Video istifadəçilər arasında böyük qəzəbə səbəb olub və yerli polis cinayətkarı işarə etdikləri üçün onlara təşəkkür edib.
Muxalifet4 - 25-03-2020
AXC-nin elan olunduğu binanın bərpası ilə bağlı tender elan edildi
Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının bərpası ilə bağlı tender elan olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisinin İnkişaf Fondundan bildirilib.
Tender üzrə təkliflər aprelin 20-dən 27-dək qəbul ediləcək.
Layihəyə əsasən, mərkəzi Rustaveli prospektində yerləşən tarixi binanın əsaslı təmir-bərpası üçün 34 milyon lari (9,8 milyon ABŞ dolları) həcmində vəsait nəzərdə tutulub. İşlər tenderin qalibi ilə müqavilənin imzalanmasından sonra üç il ərzində başa çatdırılmalıdır.
Muxalifet4 - 25-03-2020
Marneulidə 62 yaşlı qadın minlərlə adamı koronavirusa yoluxdurub? - GÜRCÜSTANDA “54 NÖMRƏLİ PASİYENT” PANİKASI
Koronavirus pandemiyası bütün dünyanı bürüyüb, lakin hər bir ölkədə ən təhlükəli mərhələ var və bu virusun dördüncü ötürməsidir. Hansı ki, bu zaman yoluxma mənbəyini müəyyən etmək mümkün olmur.
Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli bölgəsində də hazırda bu mərhələ yaşanır. Orada “54 nömrəli pasiyentin”-62 yaşlı qadının minlərlə adamı yoluxdurması barədə panika hökm sürməkdədir. Mütəxəssislər qeyd edirlər ki, həmin qadının ucbatından bütün Gürcüstanı koronavirus epidemiyası bürüyə bilər.
Muxalifet4 - 25-03-2020
Azərbaycanda kommunal ödənişlər ləğv oluna bilər - RƏSMİ AÇIQLAMA
Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq.
Muxalifet.az xəbər verir ki, bunu "Qaynarinfo.az"-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Rusiyada koronavirus səbəbilə karantin müddəti üçün kommunal ödənişlərdən azad olunması ilə bağlı təkliflərdən danışarkən deyib.
Onun sözlərinə görə, əhaliyə güzəştlərlə bağlı məsələ hələ ki işçi qrupunun müzakirəsi mərhələsindədir:
Muxalifet4 - 25-03-2020
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü – DƏHŞƏTLİ VİRUSA YOLUXANLARIN SAYI İSƏ 81-Ə ÇATDI
Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb.
Muxalifet4 - 25-03-2020
Ölkə karantində, QHT-lərə Dövlət Dəstəyi Şurası isə qış yuxusunda
Ölkədə bütün səylər, bütün düşüncələr başlıca vəzifəyə – əhalinin pandemiyadan qorunmasına yönəldilib. Xüsusi karantin rejimində fəaliyyətini davam etdirən dövlət orqanları, kütləvi informasiya vasitələri virusun yayılmasının qarşını almağa çalışırlar. Bəs vətəndaş cəmiyyəti təşkilatları?
Muxalifet4 - 25-03-2020
Azərbaycanda tətilin müddəti uzadıldı - Nazirlər Kabinetindən QƏRAR
Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə Nazirlər Kabineti qərar verib.
Muxalifet.az xəbər verir ki, qərarda deyilir:
"Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.
Muxalifet4 - 25-03-2020
Karantin rejimini pozan sürücü və sərnişinlər məsuliyyətə cəlb ediləcəklər - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ
DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə deyilir:
Muxalifet4 - 25-03-2020
Qeyri-iş günləri hansı idarələrə şamil edilmir? - SİYAHI
Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları müəyyənləşib.
Bunlar aşağıdakılardır:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respubikası Nazirlər Kabinetinin Aparatı
Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
Muxalifet4 - 25-03-2020
Azərbaycanda karantində olanların sayı 3 min nəfərə yaxındır - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirua infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Muxalifet4 - 25-03-2020
Tofiq Yaqublunun həbsinin PƏRDƏARXASI... - Prezidentə qarşı sabotaj, yoxsa...
Müsavat partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu martın 22-də saxlanıldı və xuliqanlıq maddəsi ilə haqqında həbs-qətimkan tədbiri seçildi. Bütün dünyanın koronavirus bəlası ilə mübarizə apardığı və Azərbaycanın gündəminin bu olduğu bir vaxtda belə bir addım diqqət çəkməyə bilməz.
Muxalifet4 - 25-03-2020
Türkiyədən gələnlər Naxçıvanda səhra karantin məntəqələrində qalacaq
Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilib.
Muxalifet4 - 25-03-2020