Koronavirusa qalib gələn 64 yaşlı türkiyəli jurnalist başına gələnləri DANIŞDI - FOTO

Baxış sayı:
556

Türkiyədə “Vatan” qəzetinin və “Mutlu dərgi” qrupunun keçmiş sahibi, tanınmış jurnalist Zafer Mutlu 12 günlük müalicədən sonra koronavirusa qalib gəlib.
 
“Sözcü”yə müsahibə verəən jurnalist virusa ABŞ-da yoluxduğunu deyib: “Amerikada idim, özümdə qəribə hal hiss etdim. 7-8 il idi heç qrip olmamışdım, dərhal həkimimə zəng etdim, Türkiyəyə qayıdan kimi qəuluna yollandım və məndə koronavirus əlamətlərinin olduğunu dedilər. İlk testim neqativ çıxsa da, sonrakı testin nəticəsində həqiqətən koronavirusa yoluxduğum məlum oldu. Xəstəxanada mənə 2 antibiotik və bir də hamının da istifadə etdiyi qrip dərmanı ilə müalicə yazdılar. Süni nəfəs aparatına və sair ehtiyac olmadı, Yaxşı ki, xəstəliyin üstünə vaxtında düşdük və 2 həftə tamam olmamış, 12 gün ərzində tam sağaldım. Sonuncu testlərim neqativ çıxandan sonra evə buraxıldım”.
Koronavirusa qalib gələn jurnalist əlavə edib ki, xəstəliyin daşıyıcısı olmasa da, bayıra çıxmır: “Mən hazırda risk qrupunda deyiləm. Bununla belə bayırda qalmamağa çalışıram. Hər kəs tələblərə əməl etsin, başqaları ilə ünsiyyəti kəssin və evində vaxt keçirsin”./Publika.az