Axtarış

The search found 105857 results in 0.031 seconds.

Search results

  1. Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının vəziyyəti yaxşılaşdı

    Gürcüstanda koronavirusa yoluxan 62 yaşlı Marneuli sakininin vəziyyəti nisbətən yaxşılaşıb.

    Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

    O qeyd edib ki, hazırda qadının vəziyyəti sabitdir: “Pasiyentin hazırkı göstəriciləri günün birinci yarısı ilə müqayisədə nisbətən yaxşılaşıb”.

    Qeyd edək ki, azərbaycanlı qadın ötən gün Marneulidən Tbilisiyə çatdırılıb. Onun vəziyyəti xüsusilə ağır qiymətləndirilib./Report

    Muxalifet4 - 24-03-2020

  2. ABŞ-da yaşayan heç bir vətəndaşımız koronavirusa yoluxmayıb

    Azərbaycanın ABŞ-dakı səfirliyi Birləşmiş Ştatlardakı vətəndaşlarımıza dəstək üçün mümkün olan bütün tədbirləri görüb, diplomatik missiya gücləndirilmiş iş rejmində çalışır.

    Azərbaycanın Vaşinqtondakı səfirliyindən verilən məlumata görə, səfirlikdə fasiləsiz “Qaynar xətt” təşkil olunub.

    Muxalifet4 - 24-03-2020

  3. 7 avtomobilin əzilməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO

    Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb.

    APA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.

    "Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini idarə edərkən avtomobil "Hyundai" markaılı digər nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan "Volkswagen" yol kənarında dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində ümumilikdə 7 nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisəni törədən sürücü daha sonra ərazidən qaçıb.

    Muxalifet4 - 24-03-2020

  4. BVF Ukraynaya 10 milyard dollar yardım edəcək

    BVF Ukraynaya 10 milyard dollar yardım edəcək

    Muxalifet4 - 24-03-2020

  5. Koronavirus Almaniya şəhərlərində həyatı durdurub - REPORTAJ / VİDEO

    1990-cı ilə qədər Almaniyanın “Hökumət mərkəzi” olan Bonn şəhəri koronavirus pandemiyasının sürətlə yayıldığı bu günlərdə “ruh şəhər”ini xatırladır. Burada bütün ticarət obyektləri bağlanıb, avtobus və tramvay dayanacaqları boşdur. Bir zamanlar nəqliyyat vasitələrinin daim tıxac yaratdığı yollarda isə indi avtomobillər arabir gözə dəyir.

    Şəhər bələdiyyəsinin sədri Aşok Sridrahan jurnalistlərə açıqlamasında bildirib ki, Bonnda koronavirusa yoluxanların sayı hər gün artır. Onun sözlərinə görə, son rəsmi məlumata əsasən Bonnda 133 nəfər virusa yoluxub.

    Muxalifet4 - 24-03-2020

  6. "Koronanın dərmanı budur..." - Adil Qeybulla ÜST-ə MƏKTUB YAZDI

    Bütün dünyada xəstəliklərin reyestri genişlənməkdədir. Vərəm özünün yeni rezistent forması ilə yenidən baş qaldırıb. Bu forma deyilənə görə, Rusiya həbsxanalarından başlanğıc götürmüşdür.

    Bu sözləri tanınmış tibb eksperti, professor Adil Qeybulla Nazirlər kabineti yanında Operativ Qərargaha ünvanladığı məktubda qeyd edib.

    O bildirib ki, məhbusların dərmanları yarımçıq və rejimsiz qəbul etməsi ona həssaslığı azaltmış və yeni rezistent formanın təkamül etməsinə başlanğıc vermişdir:

    Muxalifet4 - 24-03-2020

  7. "Marketlərdə qablaşdırılmamış ərzağa əl vurmayın, almayın!" - DÖVLƏT AGENTLİYİ

    Azərbaycanda ərzaq marketlərində qablaşdırılmamış məhsulların alıcıların özləri tərəfindən götürülməsi qadağan edilib.

    "Report" xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

    Muxalifet4 - 24-03-2020

  8. Ermənilər təxribata cəhd etdi, bir hərbçini itirdi - MEYİTİ NEYTRAL ZONADA QALIB...

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

    Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

    Muxalifet4 - 24-03-2020

  9. Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırıldı

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

    Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

    Muxalifet4 - 24-03-2020

  10. Gürcüstanda 28 Azərbaycan vətəndaşı karantində saxlanılır

    Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. 

    Bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.
    O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib./apa

    Muxalifet4 - 24-03-2020

  11. Gürcüstan XİN Azərbaycana təşəkkür etdi - ƏRAZİ BÜTÖVLÜYÜNƏ DƏSTƏK VERDİYİ ÜÇÜN

    Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
    Bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.
    "Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə möhkəm dəstəyinizə görə və işğal edilmiş Abxaziyada keçirilən qondarma "prezident seçkilərini" qeyri-qanuni qiymətləndirdiyinizə görə təşəkkür edirik", - paylaşımda bildirilib.

    Muxalifet4 - 24-03-2020

  12. Gürcüstanda karantinə alınanların sayı 4 mini ötdü

    Gürcüstanda koronavirusla bağlı karantində saxlanılanların sayı 4 055 nəfər təşkil edir.

    Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

    Qonşu ölkədə 57 aktiv koronavirus daşıyıcısı var. Stasionar nəzarətdə 252 nəfər saxlanılır.

    Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 66 yoluxma halı təsdiqlənib. Yoluxanların 9-u tam sağalaraq evə buraxılıb./report

    Muxalifet4 - 24-03-2020

  13. Azərbaycanda bu deputatların evdən çıxması qadağan edildi - SİYAHI

    Nazirlər Kabineti martın 23-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq olunması haqqqında qərar qəbul edib. Bu qərara əsasən, 65 yaşdan yuxarı insanların aprelin 20-nə qədər  evdən çıxması qadağan edilib.

    Ölkədə yaşı 65-dən yuxarı olan və hələ də dövlət strukturunda çalışan müxtəlif peşə sahibləri və vəzifəli şəxslər də var ki, onlar da yüksək riskli yaş qrupuna aid edilirlər.

    Muxalifet4 - 24-03-2020

  14. Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? – DİN-dən AÇIQLAMA

    Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib.
     

    Muxalifet4 - 24-03-2020

  15. Çinli həkimdən SENSASİON AÇIQLAMA: Yeni korona dalğası gəlir

    Çin yeni koronavirus dalğası ilə üzləşə bilər.

    Muxalifet.az xəbər verir ki, bu barədə Çinin ekspert qrupunu üzvü, professor Li Lançzüyan deyib.

    O bildirib ki, tibb işçiləri böyük şəhərlərdə yaşayan insanların xaricdən gələn həmvətənləri və əcnəbilərlə ünsiyyəti nəticəsində yarana biləcək yeni epidemiyadan ehtiyat edirlər.

    O, Pekin, Şanxay, Şençjen və Hançjonu xüsusi risk qrupuna daxil edib.

    “Bu vəziyyət bizdən yorulmadan çalışmağımızı və səylərimizi əsirgəməməyimizi tələb edir”, – o deyib. /Axar.az

    Muxalifet4 - 24-03-2020

  16. Britaniyada küçəyə çıxmaq qadağası: Qaydalar nədir?

    Britaniyalılar "tamamilə zəruri" işə gedib-gəlmək, nadir hallarda “əsas ehtiyaclar” üçün bazarlıq etmək və tibbi səbəblər istisna olmaqla, üç həftə evdə qalmalıdırlar.

    Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində yeni qadağaların tətbiqinə bazar ertəsi başlanılıb.

    Britaniyada artıq 335 nəfər koronavirusa görə ölüb, 6000-dən çox insan infeksiyaya yoluxub.

    Üç həftə ərzində geyim və elektronika mağazaları da daxil olmaqla "zəruri olmayan mallar" satan mağazalar, kitabxanalar, oyun meydançaları, açıq idman salonları və ibadət yerləri bağlanacaq.

    Muxalifet4 - 24-03-2020

  17. Rusiyanın hava bazasına hücum! - ŞƏHƏRİ SİLKƏLƏYƏN BÖYÜK PARTLAYIŞ!

    Dünən Suriyanın liman şəhəri olan Lazkiyədə Rusiya hərbi qüvvələrinin yerləşdiyi Hmeymim hava bazasının yaxınlığında şəhərdə güclü əks-səda doğuran partlayış baş verdiyi bildirilib.

    Suriyanın SANA dövlət agentliyinin verdiyi xəbərə görə, Lazkiyə şəhərini silkələyən partlayış Hmeymim hava bazasına qarşı dron hücumu nəticəsində baş verib.

    Muxalifet4 - 24-03-2020

  18. “Bank kreditlərinin, vergilərin, kommunal xərclərin ödənilməsinə moratorium qoyulmalıdır“ - TANINMIŞ İQTİSADÇIDAN HÖKUMƏTƏ TƏKLİFLƏR

    "Hazırkı xüsusi rejimli karantin şəraitində həlli vacib olan aşağıdakı sosial və iqtisadi xarakterli məsələlərə dair aprelin 1-dək təcili qərarlar verilməlidir”.

    Bu barədə açıqlama verən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu 6 təklif irəli sürüb:

    Muxalifet4 - 24-03-2020

  19. DİN-dən məhdudiyyətlə bağlı VACİB AÇIQLAMA - “Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa…”

    Daxili İşlər Nazirliyi ailə üzvlərindən biri Bakı qeydiyyatı olan və paytaxtda işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması məsələsinə aydınlıq gətirib.

    Muxalifet.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu cür məsələlərə polis postunda yerindəcə qərar veriləcək.

    Muxalifet4 - 24-03-2020

  20. Bir gündə koronavirusdan 514 nəfər öldü - İSPANİYADA

    Son 24 saatda İspaniyada koronavirusdan (COVID-19) 514 nəfər vəfat edib.

    Muxalifet.az-ın xəbərinə görə, ümumilikdə İspaniyada COVID-19 virusundan ölənlərin sayı 2696-ya çatıb.

    Son sutka ərzində ölkədə 6584 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da, ümumilikdə virusa yoluxanların sayı 39673-ə çatıb./apa

    Muxalifet4 - 24-03-2020

Pages