Axtarış
The search found 105857 results in 0.034 seconds.
Search results
Azərbaycanlı qadın ailə üzvlərini də koronavirusa yoluxdurub - GÜRCÜSTANDA
“Bu gün Gürcüstanda təsdiq olunan 4 yeni koronavirus halı Marneuli ilə bağlıdır”.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.
Onun sözlərinə görə, həmin şəxslər koronavirusa yoluxan 62 yaşlı qadının ailə üzvləridir: “Hazırda həmin qadın Tbilisidə müalicə olunur. Onun ilkin olaraq yerləşdirildiyi Marneuli xəstəxanasındakı digər pasiyentlər və tibbi heyət koronavirusla bağlı testdən keçiriliblər və nəticələr mənfi olub”.
Muxalifet4 - 24-03-2020
Qaradağın icra başçısına töhmət verildi - KORONAVİRUSA QARŞI MÜBARİZƏ YETƏRSİZDİR...
Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.
Muxalifet4 - 24-03-2020
Tofiq Yaqublunun həbsi ilə bağlı birgə məlumat - BAKI POLİSİ VƏ PROKURORLUQ İDDİA EDİR Kİ...
2020-ci il martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq, eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Muxalifet4 - 24-03-2020
Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək
Gürcüstanda ilk olaraq azərbaycanlıların yaşadığı Marneuli rayonunun sakinləri koronavirusla bağlı test olunacaqlar.
Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, Gürcüstan bu gün Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək: “İlk növbədə, Marneuli əhalisi bu testlər vasitəsilə yoxlanılacaq. Bu, bizə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək”.
Qeyd edək ki, ötən gündən Marneulidə ciddi karantin rejimi qüvvədədir.
Muxalifet4 - 24-03-2020
"Sahibkarlara xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək" - PREZİDENT
"Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər.
Muxalifet4 - 24-03-2020
“Ölkəni 27 ildi “qamçı” ilə idarə edirsiniz, arada bir “kökə” də göstərin” – NATİQ CƏFƏRLİ NAZİRİN ÇIXIŞINA REAKSİYA VERDİ
“Dünən İqtisadiyyat Naziri hörmətli Mikayıl Cabbarov koronavirusla bağlı hökumətin atacağı addımlar, tədbirlər haqqında maraqlı çıxış etdi. Bu günə qədər səsləndirdiyimiz bir çox məsələlərə doğru istiqamətdə yanaşdı, amma sonda iki cümlə dedi ki, bütün əvvəl söylədiklərinin üzərindən xətt çəkdi”.
Muxalifet.az xəbər verir ki, bu bu sözləri REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.Muxalifet4 - 24-03-2020
Çində yeni dəhşətli virus aşkarlandı - SİÇANLARDAN KEÇİR
Çində Kovid-19 virusunun ardından yeni bir virusun meydana çıxdığı xəbəri yayılıb. Ölkənin Yunnan əyalətində bir nəfər avtobusda həyatının itirib. Aparılan testlər nəticəsində həmin şəxsin hanta virusunu daşıdığı aşkara çıxdıqdan sonra həmin avtobusda olan 32 nəfər karantin altına alınıb.
Muxalifet4 - 24-03-2020
Xarici ölkələrdən daha 230 nəfər vətəndaşımız Azərbaycana gətirildi
Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarılıb.
Muxalifet4 - 24-03-2020
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı 76-ya çatdı - BU GÜN DAHA 15 NƏFƏRDƏ DƏHŞƏTLİ VİRUS AŞKARLANDI
Azərbaycan Respublikasında 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
Muxalifet4 - 24-03-2020
Azərbaycanda karantində olanların sayı 2 126 nəfərə çatdı - DÜNƏN 1000 NƏFƏRƏ YAXIN İDİ / RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2 126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.
Muxalifet4 - 24-03-2020
Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı qərar verildi - BU GÜNDƏN ETİBARƏN...
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.
Muxalifet4 - 24-03-2020
Gürcüstanda azərbaycanlılar yaşayan iki rayon tibbi maska ilə təmənnasız təmin edilir
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarını yerli istehsal olan tibbi maskalarla təmənnasız olaraq təmin edir.
Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib. Nazir deyib ki, ötən gün hər iki bələdiyyə üçün 10 min ədəd tibbi maska göndərilib.
N.Turnava bu günün sonuna qədər Marneuli və Bolnisiyə daha 50 min tibbi maskanın çatdırılacağını qeyd edib:
Muxalifet4 - 24-03-2020
Almaniyada koronavirus 134 can aldı
Almaniyada 30 mindən çox insan koronavirusa yoluxmuşdur.
Müxalifet.az yerli mediaya istinadən bildirir ki, yoluxanların əksəriyyəti Şimali Reyn –Vestifaliya əyalətindəndir.
Rəsmi açıqlamada 134 nəfərin isə öldüyü bildirilir.
Muxalifet3 - 24-03-2020
MİLYONLARLA QORUYUCU MASKA OĞURLANDI - Almaniya sifariş etmişdi...
Almaniya koronovirusdan qorunmaq üçün alti milyon qoruyucu maska sifarişi edib.
Müxalifet.az SPİEGEL-ə istinadən bildirir ki, bu ölkəyə tədarük olunmalı olan maskalar Keniya hava limanında heç bir iz olmadan, müəmmalı şəkildə yoxa çıxmışdır.
Rəsmi mənbələr bildirir ki, hazırda qoruyucu maskaların hansı şəraitdə yoxa çıxması araşdırılır.
Muxalifet3 - 24-03-2020
İsveçdə koronavirusa yoluxanların sayı 2,3 minə yaxınlaşır
İsveçdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı son bir gündə 2 016-dan 2 272 nəfərə çatıb (hər 100 min nəfərdən 22-si COVID-19-a yoluxub).
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Krallıqda koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb ki, onlardan 56%-i kişilər olub. Ölənlərin orta yaşı 82-yə bərabər olub. Hazırda daha 115 nəfər reanimasiya şöbəsindədir, onların orta yaşı isə 66-dır. Ölkədə COVID-19-a yoluxan insanların ümumi sayı əslində daha çox ola bilər, çünki İsveç yalnız xəstəxanaya müraciət edənləri test edir.Muxalifet4 - 24-03-2020
Koronavirusla bağlı qorxudan araşdırma - 17 gün yaşayırmış...
Yaponiyada karantinə alınan kruiz gəmisində iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Diamond Princess” kruiz gəmisində virusun izlərinə sərnişinlərin təxliyə edilməsindən 17 gün sonra rast gəlinib.Araşdırmaçıları təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.
Bundan əvvəl aparılan araşdırma zamanı virusun üç günə qədər yaşaya bildiyi və gün keçdikcə zərər verməsinin zəiflədiyi bildirilirdi.
Muxalifet4 - 24-03-2020
65 yaşdan yuxarı insanları hansı cəza gözləyir? - DİN AÇIQLADI
Daxili İşlər Nazirliyi (DİN) yaşı 65 və yuxarı olan vətəndaşlar evdən çıxmaq qadağasını pozduqları halda, onları hansı cəzanın gözləməsi məsələsinə aydınlıq gətirib.
Muxalifet4 - 24-03-2020
İŞİD Allahı kafirlərə qarşı koronavirusu gücləndirməyə çağırdı
İslam Dövləti (İŞİD Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı) Allahı kafirlərin əzabını şiddətləndirmək üçün koronavirusu gücləndirməyə çağırıb.
Bu barədə "Al-Naba" qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Uca Allah bütpərəstliyin cəzası olaraq dünyaya xəstəlik göndərib. İnfeksiyaya görə "səlibçilər"in ordusu öz ölkələrinə geri çəkilməli və epidemiya ilə mübarizə aparmalı idilər.
Muxalifet4 - 24-03-2020
Naxçıvanda yas mərasimləri bir gün keçiriləcək
Naxçıvan Muxtar Respublikasında yas mərasimlərinin keçirilmə günü azaldılıb.
Bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.
Muxalifet4 - 24-03-2020
Dostuna pul ödəyib keçmiş arvadının qətlini sifariş etdi - VİDEO
Keçmiş arvadını qətlə yetirmək üçün dostuna 8500 lirə(2430 AZN) pul verdi. Dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Bildirilir ki, Yasin Y. adlı şəxs polisə müraciət edərək, 1,5 ay əvvəl evini kirayələyənLalə Bayramla əlaqə yarada bilmədiyini deyib.
Ev sahibi polislərin müşayiəti ilə evə gəlib, ehtiyat açarla qapını açaraq içəri girib. Mənzildə Lalə Bayramın meyiti aşkarlanıb. Cəsəd ekspertizaya göndərilib və hadisə ilə bağlı istintaqa başlanılıb.
Muxalifet4 - 24-03-2020