Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
Axtarış
The search found 105857 results in 0.028 seconds.
Search results
“Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək” - PUTİN
Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.
Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.
O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: “Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq”.Muxalifet4 - 26-03-2020
Qazaxıstanda insanların küçəyə çıxması QADAĞAN OLUNDU
PQazaxıstan hakimiyyəti Nur-Sultan və Almatı şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, qərara əsasən, martın 28-dən etibarən hər iki şəhərin sakinlərinin evdən çıxışına qadağa qoyulub.
Nur-Sultan və Almatı sakinləri yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün evlərini tərk edə bilərlər.Muxalifet4 - 26-03-2020
Mirvari Fətəliyeva koronavirusa yoluxdu - FRANSADA
Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.
Bu barədə “Vestnik Kavkaza” məlumat verib.
M.Fətəliyeva bildirib ki, bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.
Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.
Muxalifet4 - 26-03-2020
Azərbaycanda 200 məhkum azadlığa buraxıldı - KORONAVİRUSA GÖRƏ
Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.
Muxalifet4 - 26-03-2020
Fərhad Bədəlbəylinin qızı və kürəkəni karantinə yerləşdirildi
“Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.
Muxalifet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır:
Muxalifet4 - 26-03-2020
Cəlilabadda dərman üstündə "qırğın" - VİDEO
Bura Cəlilabaddır. Koronavirusun ən çox can aldığı ölkələrdən olan İranla həmsərhəd bölgəmiz. İrandan ölkəmizə gətirilən koronavirus şübhəlilərinin karantin altına alındığı tibb mərkəzlərindən biri də bu şəhərdə yerləşir. Məntiqlə, sakinlərinin ən çox izoliyasiya tədbirlərinə ehtiyac duyulan rayonların başında gəlir Cəlilabad.
Az qala bir-birinin üzərinə dırmaşa-dırmaşa nəsə almağa çalışan bu insanlar isə Cəlilabadın şəkər xəstələridir. Almaq istədikləri isə dərmandır.
Muxalifet4 - 26-03-2020
Fəxrəddin Abbasovun Yerevanda erməni generalla görüşü haqda sensasion təfərrüat – XƏYANƏTİN TARİXÇƏSİ
Azərbaycan dövlətinə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Qismən qapalı keçirilən məhkəmə araşdırması ilə bağlı dərc etdiyimiz əvvəlki yazıda Fəxrəddin Abbasova qarşı irəli sürülmüş ittihham, Dövlət Təhükəsizlik Xidmətinin (DTX) apardığı araşdırma barədə ətraflı məlumat vermişdik.
Muxalifet4 - 26-03-2020
“Kazarmadayıq, sağlam gəlmişdim, indi qızdırmadan yanıram” - TÜRKİYƏDƏN NAXÇIVANA GƏLƏN AZƏRBAYCANLI
“Burada bizə zülümdür. Elə bilin, bizi həbsxanaya salıblar”.
Bu sözləri martin 25-də Türkiyədən Naxçıvana gəlmiş azərbaycanlılardan biri deyir.
Onun sözlərinə görə, 160-a yaxın azərbaycanlı hazırda hərbi hissəyə yerləşdirilib, ancaq bu rəqəmi rəsmən təsdiqləmək mümkün olmayıb.
Onlar vaxtlı-vaxtında yemək verilmədiyini, su olmadığını, maska, əlcək, spirt verilmədiyini və bir çox adamın bir kiçik otaqda saxlandığını iddia edirlər.
Muxalifet4 - 26-03-2020
Bakıdan Naxçıvana həftədə yalnız bir dəfə uçmaq mümkün olacaq
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm reysləri bu gündən etibarən həftədə bir dəfə cümə axşamları həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" aviaşirkətindən verilən məlumata görə, beləliklə, növbəti Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə reys 2 aprel tarixində həyata keçiriləcək. Bakıdan uçuş saat 13:10-da, Naxçıvandan uçuş saat 15:30-da baş tutacaq.
Muxalifet4 - 26-03-2020
Azərbaycanda xəstəxana həyətindən QORXUNC HADİSƏ - Arvadını öldürdü / FOTO
Bərdədə qətl hadisəsi baş verib.
Hadisə bu gün Bərdə uşaq xəstəxanasının həyətində baş verib.
Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Onlar Bərdənin Cəyirli kənd sakinləridir.
İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə könüllü təslim olub./oxu.az
Muxalifet4 - 26-03-2020
İTV Milli Məclisin buraxılmasından bəhs edən telekomediya çəkdi - Filmdə Əfruz Hacıyeva da rol aldı / VİDEO
İctimai Telelvizya və Radio Yayımları Şirkəti (İTV) Milli Məclisinin beşinci çağırışının buraxılmasından bəhs edən telekomediya filmi hazırlayıb.
Muxalifet4 - 26-03-2020
“ATAMI QORUMAQDAN ÖTRÜ ETMİŞƏM" - Koronavirusla bağlı yalan məlumat yayan qadın danışdı / VİDEO
“WhatsApp”la koronavirus pandemiyası ilə bağlı yalan məlumat yayan qadın saxlanılıb.
Muxalifet.az xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova polisə ifadəsi zamanı etdiyi əməldən peşman olduğunu qeyd edib:
“Mən bu hərəkəti bilmədən etmişəm. Narahat etdiyim insanlardan üzr istəyirəm. Sadəcə, atamı, ailəmi qorumaqdan ötrü “WhatsApp” sosial şəbəkəsi ilə qardaşımın həyat yoldaşına səs göndərdim”.
E.Məmmədova yaratdığı narahatlığa görə Azərbaycan xalqından üzr istəyib.
Muxalifet4 - 26-03-2020
69 yaşlı Salman Cavadov yadplanetlilər tərəfindən oğurlandığını iddia edir - VİDEO MÜSAHİBƏ
Azərbaycanda yadplanetlilərlə görüşən insan yaşayır.
Belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır.
O, yadplanetlilərlə görüşdüyünü iddia edir. Onun sözlərinə görə ilk dəfə o, 1995-ci ildə uçan boşqab tərəfindən qaçırılıb. Amma bu uzun müddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.
Muxalifet4 - 26-03-2020
İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri ötdü
Son sutka ərzində İtaliyada 662nəfər koronavirusun qurbanı olub.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 165nəfərə çatıb. Son gün ərzində daha 4 492 nəfər virusa yoluxub. Hazırda İtaliyada 62 013 nəfər koronavirus xəstəsidir.
Muxalifet4 - 26-03-2020
Fransada koronavirusa yoluxan azərbaycanlıların sayı artdı - FOTO
Fransada 5 soydaşımız koronavirusa yoluxub.
“Report”un Fransa bürosu xəbər verir ki, bu ölkədə virusa yoluxan soydaşlarımızdan biri - Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Asossiasiyasının baş katibiMirvari Fətəliyevadır.
Həmvətənlərimizin vəziyyətləri barədə hələlik məlumat yoxdur.
Muxalifet4 - 26-03-2020
746 nəfər məsuliyyətə cəlb olunub, 1 nəfər isə... - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA
Muxalifet4 - 26-03-2020
Azərbaycanda koronavirusa tutulan xəstə danışdı - VİDEO
"ATV xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.Muxalifet4 - 26-03-2020
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır” - DÖVLƏT AGENTLİYİNİN RƏHBƏRİ
"Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir".
Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Muxalifet4 - 26-03-2020
Ermənilərin Qarabağa getməsi qadağan edildi - PAŞİNYANDAN “QARABAĞ VƏ KORONAVİRUS” AÇIQLAMASI
Ermənistandan ermənilərin Azərbaycanın işğal altına saxlanılan Qarabağ bölgəsinə getməsi qadağan edilib.
Virtualaz.org-un məlumatına görə, bu barədə məlumatı “dqr” yayıb. Bildirilib ki, Ermənistandan Qarabağa gələn yeganə yolun üzərində polis postu qurulacaq.
Qadağa istənilən növ yük daşıyan maşınlara, müşahidəçi (31 martda keçirilən “seçkilər”lə bağlı) və jurnalistlərə aid deyil.
Muxalifet4 - 26-03-2020
Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı
"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar".
Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:
Muxalifet4 - 26-03-2020